UNESCO Azərbaycandakı məktəbəqədər təhsil nailiyyətlərini nümunə göstərdi
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkəmizin məktəbəqədər təhsil üzrə nailiyyətləri UNESCO-nun nüfuzlu beynəlxalq hesabatında işıqlandırılıb
UNESCO-nun mənzil-qərargahında yüksəksəviyyəli təqdimatı keçirilən 2026-cı il Qlobal Təhsil Monitorinqi Hesabatı “2030-a geri sayım” adlı üçhissəli seriyanın ilk buraxılışı olaraq təhsildə əlçatanlıq və bərabərlik mövzusuna həsr edilib.
“Qafqazinfo”nun məlumatına görə, hesabatın məqsədi ölkələrin təhsil sahəsində irəliləyişini xüsusilə əlçatanlıq və bərabərlik baxımından qiymətləndirmək, bu nəticələrə təsir göstərən əsas amilləri təhlil etmək və 2030-cu ildən sonrakı təhsil gündəliyi üzrə müzakirələrə töhfə verməkdir.
Bu çərçivədə, hesabat son 25 il ərzində məktəbəqədər, ibtidai, orta və ali təhsil səviyyələri üzrə əlçatanlıq və bərabərlik göstəricilərini əhatə edir. Hesabatda, eyni zamanda, qeyd olunan istiqamətlər üzrə ölkə nümunələri əsasında əldə olunan nəticələr daha geniş tədqiqatlarla əlaqələndirilir.
Bu kontekstdə, Azərbaycanın məktəbəqədər təhsil sahəsində əldə etdiyi nailiyyətlər nümunəvi ölkə təcrübələri sırasında yer alır. Hesabatda qeyd olunur ki, Azərbaycan Respublikası cəmi 5 il ərzində məktəbəhazırlıq qrupları ilə əhatə olunan 5 yaşlı uşaqların göstəricisini 25 faizdən 92 faizə yüksəltməklə dünya miqyasında nümunəvi nəticə nümayiş etdirib. Hesabatda, həmçinin ölkəmizdə həyata keçirilən qanunvericilik islahatları, müəllim hazırlığı və məzmun sahələrində görülən işlər xüsusi vurğulanıb.
Xatırladaq ki, təqdimat mərasimində 30-dan çox ölkənin təhsil nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və təhsil üzrə ekspertlər iştirak ediblər.
UNESCO-nun Qlobal Təhsil Monitorinqi Hesabatı ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 28 Mart 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















