Icma.az
close
up
RU
Azərbaycandakı supermarket şəbəkələrinin kassa problemlərinə necə son vermək olar? MÜTƏXƏSSİS FOTO

Azərbaycandakı supermarket şəbəkələrinin kassa problemlərinə necə son vermək olar? MÜTƏXƏSSİS FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər iri ticarət şəbəkələrinin sayı sürətlə artır. Demək olar ki, hər məhəllədə, hər küçədə ən azı bir supermarketə rast gəlmək mümkündür.

Avtosfer.az xəbər verir ki, bu marketlər müştəriləri cəlb etmək üçün tez-tez endirim kampaniyaları elan edir, rəflərdə iri hərflərlə “aksiya” yazılmış etiketlər göz oxşayır. Vətəndaş da düşünür ki, gündəlik alış-verişini daha sərfəli qiymətə edə biləcək. Amma iş kassaya çatanda mənzərə dəyişir. Etiketdə yazılan məbləğlə kassada çıxan qiymət uyğun gəlmir. İstehlakçı aldığı məhsulu endirimli görsə də, kassada tam qiymət ödəmiş olur. Bu isə vətəndaşda “aldadılma” hissi yaradır və haqlı olaraq narazılığa səbəb olur. Bəs bu vəziyyətin səbəbi nədir? 

Məsələ ilə bağlı Strateji Kommunikasiya məsələləri üzrə mütəxəssis Səfər Aslanov Avtosfer.az saytına açıqlamasında bildirib ki, orta ölçülü supermarketlərdə SKU (stock keeping unit) sayı 5000 ilə 15000 arasında dəyişir:

“Bu kateqoriyaya rayon mərkəzlərindəki və ya şəhərdaxili ərazilərdə yerləşən yerli supermarketlər daxildir. Böyük supermarketlər və ya hipermarketlərdə məhsul çeşidi sayı 20000 – 50000 arasında və bir çox halda dadaha yüksək sayda ola bilir. Hər bir SKU anbardan kassaya çatana qədər ən azı 15–20 prosesdən keçir. Bu rəqəm supermarketin ölçüsünə, texnoloji imkanlarına və idarəetmə sistemlərinə görə daha da artabilər. Supermarketlərdə kassadakı qiymət ilə rəfdə göstərilən qiymətin fərqli olması bir neçə səbəbdən qaynaqlana bilər. Ən çox rast gəlinən hallardan biri odur ki, sistemdə qiymət dəyişdirilsə də, rəfdəki fiziki etiket yenilənmir. Bəzən merçendayzerlər səhvən yanlış etiket yapışdırır və ya köhnəsini çıxarmadan yeni qiymət qoyurlar ki, bu da çaşqınlıq yaradır. Digər tərəfdən, ERP və POS sistemlərinin sinxron işləməməsi texniki nasazlıqlara səbəb olaraq kassada fərqli məbləğin çıxmasına gətirib çıxara bilər. Həmçinin kampaniya müddəti bitdikdən sonra endirim etiketi rəfdə qalarsa, müştəri aldatma təəssüratı ilə üzləşir. Bundan əlavə, eyni görünən, lakin fərqli SKU-lara sahib məhsullar da qarışıqlığa yol aça bilər və nəticədə kassada gözlənilməyən qiymət əksolunur”. 

Səfər Aslanov qeyd edib ki, ümumilikdə belə deyə bilərik ki, bu marketlər tərəfindən qəsdən aldatma aktı deyil, sadəcə proseslərdəki nizamsızlıqlardan qaynaqlanır:

“Qiymət uyğunsuzluqlarının qarşısını almaq üçün supermarketlərdə etiket yeniləmələri avtomatlaşdırılmalı və gündəlik yoxlanmalıdır. Bununla yanaşı, qiymətlərin düzgünlüyünü izləyən xüsusi nəzarət qrupu fəaliyyət göstərməli, hər hansı uyğunsuzluq aşkarlandıqda operativ şəkildə aradan qaldırılmalıdır. Müştəri kassada qiymət fərqi iləbağlı irad bildirdiyi halda, əməkdaşlar problemi dərhal yoxlamalı və yerində həll etməlidirlər. Əgər fərq təsdiqlənərsə, alıcının etimadını qorumaq üçün rəfdə göstərilən qiymət əsas götürülərək məhsul həmin məbləğə satılmalıdır.

Əgər müştəri supermarketdə kassadakı qiymətilə rəfdə göstərilən qiymət arasında fərq görürsə və problem yerində həll olunmursa, o, ilk olaraq mağazanın inzibatçısına və ya məsul şəxsə müraciət etməlidir. Həmçinin hər bir satış məntəqəsində mövcud olan şikayət və təklif kitabına yazılı şəkildə müraciət edə bilər. Rəsmi şikayətlər üçün müştəri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, İqtisadiyyat Nazirliyinin “195” Çağrı Mərkəzinəvə ya “e-gov.az” portalı vasitəsilə elektron formada müraciət edə bilər”.

Fidan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri