Icma.az
close
up
RU
Azərbaycandan Avropa Məhkəməsinin qərarına sərt ETİRAZ

Azərbaycandan Avropa Məhkəməsinin qərarına sərt ETİRAZ

Icma.az bildirir, Ayna portalına istinadən.

“Qondarma quruma legitimlik verilir”

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə 2026-cı il 18 iyun tarixli qərarını ədalətsiz, qərəzli, beynəlxalq hüququn müddəalarına zidd olduğunu, Avropa Məhkəməsinin yenə də siyasi oyunlara çəkilməsinin təsdiq etdiyini vurğulayır.

Bu barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə 2026-cı il 18 iyun tarixli qərarı ilə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin bəyanatında deyilir.

Bildirilib ki, Avropa Məhkəməsi öz qərarında üç şəxsin ifadəsinə əsaslanaraq, heç bir mötəbər sübut olmadan, işin hallarını hərtərəfli araşdırmadan, özünü “DQR” dövlət orqanları adlandıran cinayətkarların “hesabatlarına” istinad edərək, Azərbaycan Respublikası tərəfindən İnsan hüquqlarına dair Avropa konvensiyasının pozulduğunu müəyyən edib: “Xüsusi narahatlıqla qeyd olunur ki, Azərbaycan tərəfinin uzun illər ərzində təqdim etdiyi çoxsaylı məktublara, qeydlərə və etirazlara baxmayaraq, Avropa Məhkəməsi yenidən Azərbaycan üçün qəbuledilməz olan, onun beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən terminologiyadan istifadə etmişdir. “Azərbaycanla ‘DQR’ arasında təmas xətti”, eləcə də qondarma “DQR” ordusu, hakimiyyət orqanları, baş prokuroru və ombudsmanı kimi ifadələr heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmamış qanunsuz qurulmuş separatçı qurumla Azərbaycan Respublikası arasında hüquqi və ya faktiki bərabərlik təsəvvürü yaradır. Bununla əlaqədar bildirilməlidir ki, “Çıraqov və digərləri Ermənistana qarşı” iş üzrə 2016-cı il 16 iyun tarixli qərarında Avropa Məhkəməsinin Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan Respublikası tərəfindən faktiki işğal olunmasınıetiraf etməsinə baxmayaraq, hazırkı qərarda 2020-ci ilin noyabrına qədər işğal altında olmuş ərazilərinin “DQR” adlandırılması məntiqlə uzlaşmır. Avropa Məhkəməsinin 2016-cı ilin qərarında birmənalı olaraq qeyd edilmişdir ki, Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan ərazisində yerləşdirilmiş, Ermənistanın dövlət büdcəsinin xeyli hissəsi həmin ərazilərə xərclənmiş, Azərbaycan ərazisində fəaliyyət göstərmiş işğalçı rejim Ermənistan Respublikasının birbaşa iştirakı və hərtərəfli dəstəyinə görə mövcud olmuşdur. Avropa Məhkəməsinin dünənki qərarında Ermənistan Respublikasının ərazisində anadan olmuş, Ermənistan vətəndaşı olan hərbçinin hansı səbəblərdən Azərbaycan Respublikasının suveren ərazisində xidmət keçməsi məsələsi ümumiyyətlə araşdırılmamışdır. Bu məsələ araşdırılsa idi, Avropa Məhkəməsi beynəlxalq humanitar hüququn müvafiq müddəalarını tətbiq edilməli olardı. Lakin, bu məsələyə “diqqət yetirilməməsi” Avropa Məhkəməsinin istədiyi nəticəyə gəlməsinə xidmət etmişdir. 

Həmçinin, sual yaranır ki, nəyə görə qərarda hadisələrin “DQR” ərazisində baş verməsinə, “DQR dövlət orqanları” tərəfindən araşdırmanın aparılmasına, habelə hadisə barədə məlumatın “DQR ombudsmanının” hesabatında göstərilməsinə istinad edildiyi təqdirdə, iş üzrə sübut kimi, istintaq materialları ərizəçilər tərəfindən deyil, Ermənistan Respublikası tərəfindən Avropa Məhkəməsinə təqdim edilmişdir? Aydındır ki, Avropa Məhkəməsi bu məsələlərə aydınlıq gətirsə idi, qərardakı nəticəyə gəlinməsi xeyli çətinləşərdi. Hesab edirəm ki, “DQR”-in müstəqil qurum kimi göstərilməsi, “DQR” ilə Azərbaycan Respublikası arasında təmas xəttinə istinad edilməsi nəinki Avropa Məhkəməsinin presedent hüququnun təhrif edilməsi, hətta Azərbaycan Respublikasının dövlət suverenliyinə hörmətsizlik göstərilməsi kimi qiymətləndiriməlidir. Qərar faktların açıq-aşkar birtərəfli təqdimatı ilə də səciyyələnir. Məhkəmə mahiyyət etibarilə ərizəçilərin irəli sürdüyü və Ermənistan Hökumətinin dəstəklədiyi hadisələr versiyasını qəbul etmiş, lakin müvafiq dövrdə Azərbaycanın faktiki nəzarəti altında olmayan ərazilərdə baş verdiyi iddia edilən hadisələrlə bağlı irəli sürülən iddiaların yoxlanılmasında Azərbaycanın üzləşdiyi obyektiv çətinlikləri nəzərə almamış və ya əhəmiyyətli hesab etməmişdir”.

Qeyd edilib ki, Ermənistan tərəfinə və qondarma “DQR” strukturlarına aid materiallar etibarlı sübut kimi qəbul edilmiş, Azərbaycanın mövqeyi isə ədalətli hüquqi qiymətləndirmə əsasında deyil, əksinə, birtərəfli mövqe sərgiləmə yolu ilə qiymətləndirilmişdir: “Başqa sözlə, qərar yalnız Ermənistan tərəfinin təqdim etdiyi narratividəstəkləyən ehtimallar üzərində qurulmuşdur. Kompensasiya ilə bağlı qərar da qətiyyən qəbuledilməzdir. Məhkəmə kompensasiyanı zərərçəkmişlərə birgə şəkildə deyil, eyni ailənin hər üzvünə ayrıca təyin etməklə oxşar işlərdə formalaşmış əvvəlki məhkəmə təcrübəsindən kənara çıxmışdır. Bu isə qərarın Məhkəmənin öz presedent hüququnun ardıcıl və prinsipial tətbiqi əsasında deyil, emosional və birtərəfli yanaşma əsasında qəbul edildiyi təəssüratını yaradır. Xüsusilə vurğulanmalıdır ki, Avropa Məhkəməsinin Azərbaycan Respublikasının dövlət suverenliyinə və qanuni maraqlarına hörmətsizlik göstərilməsinə İnsan hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi tərəfindən dəfələrlə etirazlar bildirilmiş, lakin Avropa Məhkəməsinin bu təcrübəsi davam etdirilməkdədir. Avropa Məhkəməsinin bu cür qərarları belə təəssürat yaradır ki, Avropa Məhkəməsi AŞPA-nın çirkin oyunlarına qoşularaq, Azərbaycan Respublikası tərəfindən öz ərazilərinin erməni işğalından azad edilməsi ilə barışa bilmir və hər vəchlə Azərbaycan dövlətindən və xalqından qısasını almağa çalışır. Bu cür təcrübə beynəlxalq məhkəmənin şəffaflığı, qərəzsizliyi, ədalətliliyi və mötəbərliyi ilə bağlı ciddi şübhələr doğurur və bununla bağlı müvafiq addımlar atılacaq”.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə qərarında əks olunmuş nəticələri qəti şəkildə rədd edir və bu qüsurlu qərara cavab olaraq bütün mümkün hüquqi və prosessual vasitələrin nəzərdən keçiriləcəyini bildirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 İyun 2026 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri