Icma.az
close
up
RU
Azərbaycandan Ermənistana növbəti sülh mesajı: Bu dəfə Brüsselden elan edildi

Azərbaycandan Ermənistana növbəti sülh mesajı: Bu dəfə Brüsselden elan edildi

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan Ermənistanla münaqişənin başa çatmasından sonra iqtisadiyyatın və infrastrukturun inkişafına xüsusi diqqət yönəldib”.

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Brussels Signal” nəşrinə açıqlamasında belə deyib. 

Hikmət Hacıyev bildirib ki, keçmiş ərazi mübahisələri artıq tarixdə qalıb və gündəlikdə olan əsas prioritet genişmiqyaslı layihələrdir: “Bu layihələr arasında Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanı, Ermənistanı, İranı və Türkiyəni birləşdirəcək yol-dəmir yolu xətti Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilə bilər”.

Onun sözlərinə görə, Bakı həm də Avropa ilə enerji əməkdaşlığının genişləndirilməsini təklif edir. Qaz tədarükü, həmçinin bərpaolunan enerji sahəsində birgə layihələr gündəmdədir. Bundan əlavə, qızıl və nadir torpaq elementləri üzrə geoloji kəşfiyyat imkanları da nəzərdən keçirilir.

“Biz müharibəni qazandıq, indi gəlin sülhü də qazanaq”, - deyə H.Hacıyev vurğulayıb.Prezidentin köməkçisi  Azərbaycanın əsas məqsədinin regionda sabitlik, geniş inkişaf və ümumi rifahın təminindən ibarət olduğunu bildirib.

Qeyd edək ki, Hikmət Hacıyevin açıqlaması postmünaqişə dövründə regionun yeni geosiyasi arxitekturasının istiqamətlərini müəyyən etməyə imkan verir. 

Azərbaycanın  Ermənistana müharibənin yenidən başlanmasında maraqlı olmadığı və münaqişənin keçmişdə qaldığı mesajını verir. Bundan başqa, Azərbaycan Ermənistana qarşı hər hansı ərazi iddialarının olmadığını nümayiş etdirir. Zəngəzur dəhlizinin açılması barədə razılaşmanın Azərbaycanın Ermənistana qarşı ərazi iddiası kimi yozulması ilə bağlı bu ölkədə aparılan təbliğatın heç bir əsası yoxdur. 

Rəsmi Bakı bölgədə İrəvana beynəlxalq hüququn mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsipinə əsaslanan daimi sülh təklif edir. Bu sülhün əsas şərtlərindən biri 30 ildən artıq blokda qalan regional kommunikasiyaların  açılmasıdır. 

Xüsusilə, Zəngəzurdan keçəcək Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutunun açılması Ermənistanı Avropa və Asiya arasında əsas nəqliyyat-tranzit xətlərinin keçdiyi ölkələrdən birinə çevirə bilər. Bu isə Ermənistanın on illərdir davam edən ittisadi təcrid vəziyyətindən çıxması və inkişaf dövrünə daxil olması deməkdir. 

Əslində, Azərbaycan 2020-ci ildə öz ərazilərini işğaldan azad etdikdən sonra dərhal sonra qeyd edilən təklifi Ermənistana təqdim edib. Lakin indiyə qədər rəsmi İrəvan müxtəlif siyasi manipulyasiyalara əl ataraq Azərbaycanın təkliflərindən yayınması bölgədə sülhün, sabitliyin və itisadi əməkdaşlıq platformasının  yaradılmasına mane olub.

 Nəhayət, bu il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması, eləcə də Zəngəzur dəhlizinin açılmasına dair razılaşmanın əldə olunması bölgədə yeni konyukturun formalaşması üçün ciddi imkanlar açıb. 

Yəni kommunikasiyaların açılması istiqamətində işlərə başlanılması tezliklə sülhün bərqərar olması ilə nəticələnə bilər. Ermənistanda 20206-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərində revanşist müxalifət qalib gələrsə, o zaman ölkəni yenidən blokada və qarşıdurmalara sürükləməyə çalışacaq.

Ona görə də hazırkı Ermənistan hakimiyyəti Azərbaycanın verdiyi şansları təcili dəyərləndirməli əldə edilmiş razılaşmaların icrasında maraqlı olmalıdır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri