Icma.az
close
up
RU
Azərbaycanı daha cəlbedici edən reytinq Xarici investorların ölkəmizə olan inamı güclənir

Azərbaycanı daha cəlbedici edən reytinq Xarici investorların ölkəmizə olan inamı güclənir

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini "Ba1" səviyyəsindən "Baa3" səviyyəsinə (investisiya səviyyəsi) yüksəldərək reytinq üzrə proqnozu "müsbət" saxlayıb.

Bu yüksəlmə ölkəmizə, iqtisadiyyatımıza nə kimi töhfə verəcək?

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

İqtisadçı Elçin Əkbərovun sözlərinə görə, ölkəmiz ilk dəfə 2006-cı ildə "Moody's" reytinqinə "Ba1" reytinqi ilə daxil edilib. Reytinqimiz qlobal və lokal iqtisadiyyatda dalğalanmalarla "Baa3" ilə "Ba2" arasında hərəkət edib. 2025-ci il 4 iyul tarixindən isə Azərbaycanın reytinqi yenidən "Baa3" səviyyəsinə yüksəlib: "Daha əvvəl Azərbaycan spekulyativ artan risk kateqoriyasında idi. Bu dəyişimlə xarici investorlar və beynəlxalq maliyyə institutları ölkəmizlə bağlı daha az risk görəcək, "Moody's" reytinqini əsas götürən qurumlar investisiyalarını planlaşdırarkən Azərbaycanı da perspektiv ölkə kimi nəzərdən keçirəcəklər. Ümumi reputasiya və beynəlxalq mövqeyimiz möhkəmlənir, nəticə olaraq da bu, işgüzar aktivliyin və yeni layihələrin artmasına səbəb ola bilər".

E.Əkbərovun fikrincə, kredit reytinqi borc öhdəliklərini vaxtında və tam yerinə yetirmə qabiliyyətini qiymətləndirir: "Azərbaycanın güclü fiskal mövqeyi, aşağı borc yükü, qeyri-neft-qaz sektorunun inkişafı və neft gəlirlərindən asılılığın azalması reytinq yüksəlişinin əsas səbəblərindən biri kimi göstərilib".

Dövlət və özəl sektor üçün gözəl imkan

İqtisadçı kredit reytinqinin yüksəlməsinin müsbət tərəflərinə də toxunub: "Kredit reytinqinin yüksəlməsi ilə Azərbaycan beynəlxalq bazarlardan daha ucuz kreditlər cəlb edə bilər. Xarici investorların Azərbaycana olan inamı güclənir. Artan investisiya və azalan borclanma xərcləri iqtisadi artımı stimullaşdırır. Yeni layihələrin icrasına və infrastrukturun inkişafına şərait yaradır, beynəlxalq maliyyə qurumları və tərəfdaşlarla əməkdaşlıq imkanları genişlənir. Ölkəyə kapital axınının artması milli valyutanın sabitliyinə müsbət təsir etdiyi kimi, qarşılıqlı olaraq milli valyutanın sabitliyi də ölkəyə kapital axının artması ilə nəticələnir. Yüksək reytinqlə ölkəyə qarşı iqtisadi və siyasi islahatlar, şəffaflıq və makroiqtisadi sabitliyin qorunması ilə bağlı gözləntilər artır. Bu gözləntilərin qarşılanmaması gələcəkdə reytinqin yenidən aşağı salınması ilə nəticələnə bilər".

E.Əkbərov bildirdi ki, "Moody's"in proqnozunun müsbət olması, gələcəkdə daha bir yüksəliş potensialının olduğunu göstərir: "Qeyri-neft sektorunun davamlı inkişafı ilə iqtisadiyyatın neftdən asılılığının daha da azaldılması, bank-maliyyə sektoru, vergi sistemi, dövlət satınalmaları və ümumilikdə biznes mühitində şəffaflığın və səmərəliliyin artırılmasına yönəlmiş islahatların davam etdirilməsi həlledici olacaq. İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi potensialının tam şəkildə istifadəyə verilməsi ilə ümumi iqtisadiyyata töhfəsi, dövlət borcunun aşağı səviyyədə saxlanılması və strateji valyuta ehtiyatlarının artırılması da mühüm məqamlardır. Geosiyasi hadisələr, böyük borclanma, iqtisadiyyatın şaxələndirilməməsi, neft-qazdan asılılıq kimi məqamlar isə reytinqin yüksəlməsinə mane ola bilər".

İqtisadçı qeyd edib ki, Azərbaycanın "Moody's" tərəfindən reytinqinin "Ba1"dən "Baa3"ə yüksəldilməsi ciddi və müsbət göstərici olmaqla, həm dövlət, həm də özəl sektor üçün gözəl imkandır. Bu, daha çox sərmayə, daha ucuz maliyyə və daha güclü iqtisadi nüfuz deməkdir.

Reytinqə təsir edən əsas amillərdən biri geosiyasi sabitlikdir

İqtisadçı-ekspert Aslan Əzimzadə də düşünür ki, "Moody's" beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqinin səviyyəsini artırması ölkəmizin investisiya cəlbediciliyi çərçivəsində statusunun yüksəldilməsi deməkdir: "İnvestisiya axınlarının artması, borclanma şərtlərinin yaxşılaşması, milli valyuta və iqtisadi siyasətə etimadın artması və qlobal mövqeyimizin möhkəmlənməsi məhz kredit reytinqinin artması nəticəsində ön plana çıxan müsbət tərəflərdir. Kredit reytinqinin artması çərçivəsində beynəlxalq maliyyə bazarlarında Azərbaycan daha cazibədar sayılır. Digər tərəfdən, borclanma şəraitinin yaxşılaşması özünü həm dövlət, həm özəl sektor üçün maliyyə bazarlarından cəlb olunan vəsaitlərin faizlərinin azalmasında, iqtisadi inkişafın maliyyələşmə xərclərinin aşağı düşməsində göstərir".

A.Əzimzadənin sözlərinə görə, kredit reytinqinə təsir edən əsas amillərdən biri geosiyasi sabitlikdir: "Bu gün Azərbaycanın balanslı siyasəti geosiyasi risk faktorunu da azaldır. Bu da öz növbəsində kredit reytinqinin artmasına səbəb olur. Çünki investorlar üçün ən vacib göstəricilərdən biri də məhz geosiyasi risklərdir. Xarici sektordan, xüsusən də neft və qaz gəlirlərindən asılılıq faktoru kredit reytinqinə təsir göstərən amillərdəndir. Çünki son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etməsi sırf xarici sektordan asılılığı da azaldıb ki, bu da kredit reytinqinin artmasına öz töhfəsini verib".

"İnsan kapitalına daha çox sərmayə yatırılmalıdır"

Ekspertin fikrincə, kredit reytinqinin müəyyən mənfi cəhətləri də var: "Çünki ölkələr kredit reytinqinin qorunması üçün bəzi hallarda sərt fiskal siyasətə keçə bilirlər. Bu da öz növbəsində müəyyən mənada sahibkarlığa mənfi təsir göstərir, sosial xərclərə müəyyən qədər təsir edir. Ölkəmizdə hazırda sosial və maliyyə sahəsində mütərəqqi və davamlı islahatların nəticəsində kredit reytinqinin də uzunmüddətli perspektivdə yenidən artırılması gözlənilə bilər. Gələcəkdə artım olması üçün qeyri-neft sektorunda dayanıqlı şəkildə iqtisadi artım təmin olunmalı, rəqəmsal islahatlar sürətlənməli, insan kapitalının inkişafına daha çox sərmayə yatırılmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyul 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see211

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see197

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see169

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see158

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see158

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see146

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see134

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see134

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see134

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see131

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see131

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see129

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see128

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see128

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see127

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see127

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see125

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see124

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri