Icma.az
close
up
RU
Azərbaycanı təmsil etmək istəyən idmançı haqqında: Valideynləri dövlətin çəkdiyi xərcləri geri qaytarıblar

Azərbaycanı təmsil etmək istəyən idmançı haqqında: Valideynləri dövlətin çəkdiyi xərcləri geri qaytarıblar

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Prodüser və Yevgeni Plyuşenkonun akademiyasının həmsahibi Yana Rudkovskaya rusiyalı fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycanı mümkün təmsil etməsi ilə bağlı fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, daha əvvəl Olimpiya çempionu Aleksey Yaqudin Jilina və digər fiqurlu konkisürən Sofya Samodelkina arasında keçid baxımından fərq görmədiyini bildirmişdi.

Samodelkina ötən mövsümdən Qazaxıstanı təmsil edir. Jilina isə Azərbaycan millisində çıxış etmək istədiyini bəyan edib, lakin Rusiya Fiqurlu Konkisürmə Federasiyası (FFKKR) onun keçidini təsdiqləməyə tələsmir.

Rudkovskaya həqiqəti dediyinə görə Yaqudinə təşəkkür edərək Jilina ilə bağlı fikirlərini bölüşüb: "Bu qız çox ciddi bel zədəsi almışdı, uzun müddət müalicə və reabilitasiya keçdi. Heç kim bu haqda hər yerdə car çəkmədi! Bu, şou-biznes deyil, idmanda bu cür şeylər adət deyil.

O, 875 gün ərzində Rusiyada heç bir yarışda çıxış etməyib, valideynləri dövlətin onun üçün çəkdiyi bütün xərcləri tam şəkildə geri qaytarıblar. Dövlət ona buz meydançanın kirayəsini ödəməyib, o, bizim Yevgeni ilə birgə maliyyələşdirdiyimiz şəxsi akademiyamızda məşq edirdi. Onun Azərbaycan pasportu var və bir ildən çoxdur ki, başqa ölkənin rezidentidir.

2023-cü ilin dekabrında o, FFKKR-ə başqa ölkəyə keçmək istədiyini bildirdi. Rəhbərlik ona düşünməyi, hər şeyi ölçüb-biçməyi və müalicə olunmağı təklif etdi: bu məsələdə heç bir iradımız yoxdur, onlar öz idmançılarını atıb getmirlər. Amma tarixdə 870 günlük "karantin" nümunəsi olmayıb. İdmançı artıq idman vətəndaşlığı ilə bağlı seçim edib.

Keçidlər hər zaman olub, var və olacaq. Mən Veronikaya sağlamlıq və ancaq qələbələr arzu edirəm. O bilir ki, bizim ailə onu heç vaxt tək buraxmayacaq və onun yanında olacaq - yaxın gələcəkdə onun idman vətəndaşlığı ilə bağlı hansı qərar qəbul edilməsindən asılı olmayaraq".

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 İyun 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri