Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin üzvləri ilə görüş keçirilib
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Futzal üzrə Avropa çempionatının ilkin təsnifat mərhələsində iştirak edən və yer aldığı B qrupunun qalibi olan Azərbaycanın U-19 millisinin üzvləri ilə görüş keçirilib.
"Report" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun vitse-prezidenti Elşən Abasov komanda üzvlərini qazanılan uğur münasibəti ilə rəhbərlik adından təbrik edib, əsas mərhələdə də inamlı oynamağın vacibliyini bildirib, bunun üçün komandaya lazımi şəraitin yaradılacağını vurğulayıb.
Avropa çempionatının əsas mərhələsində keçirilən Azərbaycan – Yunanıstan oyunundan əvvəl baş tutan görüşün sonunda U-19-un üzvlərinə diplomlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovina, Xorvatiya və Türkiyə yığmaları ilə qarşılaşacaq. Oyunlar 25-30 mart tarixlərində Xorvatiyada təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 05 Fevral 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















