U 19 un üzvləri ilə görüş keçirildi
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa çempionatının ilkin təsnifat mərhələsində iştirak edərək yer aldığı B qrupunun qalibi olan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov komanda üzvlərini qazanılan uğur münasibəti ilə federasiya rəhbərliyi adından təbrik edib.
Qurum funksioneri əsas mərhələdə də inamlı çıxış etməyin vacibliyini bildirib, bunun üçün komandaya lazımi şəraitin yaradılacağını vurğulayıb. Sonda U-19-un üzvlərinə diplomlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovina, Xorvatiya və Türkiyə yığmaları ilə qarşılaşacaq. Oyunlar 25-30 mart tarixlərində Xorvatiyada təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 05 Fevral 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















