Azərbaycanın ABŞ dakı Səfirliyi digər ştatlarda səyyar konsulluq xidməti təşkil edir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Vaşinqton, 3 noyabr, AZƏRTAC
ABŞ-ın digər ştatlarında yaşayan Azərbaycan vətəndaşlarının konsulluq xidmətlərindən mümkün istifadəsini daha da əlçatan etmək məqsədilə Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən səyyar konsulluq xidməti təşkil edilir.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 9-da Çikaqo, noyabrın 11-də Filadelfiya, dekabrın 27-də Hyuston şəhərində vətəndaşlar üçün səyyar konsulluq xidmətləri həyata keçiriləcək.
Adıçəkilən ştatlarda konsulluq xidmətlərindən yararlanmaq istəyən vətəndaşların aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.
Səyyar konsulluq xidmətləri ilə bağlı əlavə məlumat almaq istəyənlər aşağıda qeyd olunan əlaqə vasitəsilə səfirliyə müraciət edə bilərlər.
Telefon: +1(202)556-9391
Elektron poçt ünvanı: [email protected]
Noyabrın 1-də Nyu-York və ətraf ştatlarda yaşayan vətəndaşlar üçün səyyar konsulluq xidməti təşkil edilib. Səyyar konsulluq xidməti zamanı 40-dan çox Azərbaycan Respublikasının vətəndaşı ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış şəhadətnaməsi"nin (laissez-passer) rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı, notariat hərəkətləri, vətəndaşlıq məsələləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və sənədlərin sorğu əsasında alınması üçün müraciət ediblər.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 03 Noyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















