Şabran sakini: “Gəlin toy günü evindən çıxanda atasının ayağından öpərdi“ VIDEO
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
"O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Şabran rayonunun Dağbilici kənd sakini Bayram Ağasıyev olub.
Bayram Ağasıyev Novruz bayramı ilə bağlı qədim adət-ənənələrdən söz açıb.
Onun sözlərinə görə, bayram günlərində yaşlı nəslin qadınları bir yerə toplaşar, böyük qazanlarda səməni bişirərdilər. Kişilər isə ayrı bir otaqda yığışaraq söhbət edərdilər. Səməni hazır olduqdan sonra dualar oxunar, yeni ilə sağ-salamat çatdıqları üçün Allaha şükür edilərdi. Daha sonra bişirilən səməni bütün kənd əhalisinə paylanardı.
Şabran sakini keçmiş toy və ailə adətlərinə də toxunub. Bildirib ki, gəlin ata evindən köçən zaman bir-iki gün atasını və qardaşını görməzdi. Gəlin evdən çıxan gün atasının əlindən və ayağından öpərək halallıq alardı. Oğlanın atası isə gəlinin belindən üç dəfə qırmızı kəmər bağlayıb açar, başının üzərində çörək tutardı. Bu mərasim "xeyir-bərəkət aparasan, getdiyin evə uğur gətirəsən" anlamını ifadə edirdi.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 20 Dekabr 2025 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















