Icma.az
close
up
RU
Azərbaycanın Avropada qaz satacağı ölkələrin sayı artacaq

Azərbaycanın Avropada qaz satacağı ölkələrin sayı artacaq

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinə Rusiyadan qaz alışının tamamilə dayanması üçün təzyiqlər edir. Bu da Avropa ölkələrinin alternativlər axtarmağa məcbur edir. 

“Gas Infrastructure Europe”un (GIE) məlumatına görə, avqustun 31-nə, yəni Avropanın yeraltı anbarlarına beş ay qaz vurulduqdan sonra ötən qış onlardan çıxarılan qazın həcminin yalnız 2/3 hissəsi doldurulub. Şirkətin hesablamalarına görə, götürülən  və vurulan həcm arasında (31 avqust tarixinə) fərq əhəmiyyətlidir - 18,9 milyard kubmetr, müşahidələr tarixində bu tarixdə ikinci ən böyük fərqdir.

GIE-yə görə, anbar həcminə görə ilk beşlikdə olan Almaniya və Hollandiya da vəziyyət mənfiyə doğru düşüb. Almaniya Avropada ən böyük yeraltı anbar gücünə malikdir, onu  anbarları 71,1 faiz dolub. Hollandiyada doluluq 64,8 faizdir.  Bu, qəfil və ya uzun müddət davam edən soyuq hava şəraitində ciddi qaz çatışmazlığı riskləri yaradır.

Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra Azərbaycan Avropa bazarında qaz satış həcmini əhəmiyyətli dərəcədə artırıb. İndiki situasiyada da, yəni Avropa ölkələrinin yüz faiz Rusiya qazından imtinası halında Azərbaycan yenidən önəmli aktora çevrilə bilər. 

Modern.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban qeyd edib ki, 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya hərbi təcavüzü və onun fəsadları olaraq Azərbaycan qazının Avropa bazarında satış həcmlərinin kiçik zaman kəsiyində artdığı müşahidə edilib:

"2021-ci ildə Azərbaycan Avropa məkanında 8 milyar 150 milyon kubmetr qaz satıb. 2024-cü ildə isə bu həcm 12,9 milyard kubmetrə qədər yüksəlib. Satış coğrafiyasına baxsaq, Azərbaycan 100 faiz Rusiya qazından asılı olan ölkələrə ayaq aça bilib. Məsələn Bolqarıstan 2023-cü ilin aprel ayından tamamilə Rusiya qazından imtina edib və nəticə etibarilə Bolqarıstan bazarında 50%-dən çox qaz istehlakını Azərbaycan qarşılaya bilir. Digər tərəfdən Yunanıstanın qaz tələbatının böyük hissəsi məhz "Qazprom" tərəfindən ödənilirdi. Azərbaycan Yunanıstanın qaz tələbatının 25-30 faizini ödəyir. Rusiyanın Avropada Almaniyadan sonra ən böyük satış bazarı İtaliyaydı. Rusiya İtaliyaya 45-50 milyard kub metr qazı bir ildə satırdı. Azərbaycan 10 il bundan öncə planlaşdırırdı ki, İtaliyanın haradasa, 7-8 faiz qaz tələbatını ödəyəcək. Ancaq 2024-cü ilin nəticəsi göstərir ki, bizim satdığımız qaz 16-17 faizdir".

İ.Şaban vurğulayıb ki, ABŞ-nin Avropa ölkələrinə Rusiya qazından tamamilə imtinası ilə bağlı təzyiqinin nəticəsində Azərbaycanın Avropada qaz nəql edəcəyi ölkələrin sayının artacağı ilə bağlı mülahizə həqiqəti əks etdirir:

"İkinci Dünya Müharibəsindən bu yana dünyada bu mastşabda müharibə, konfrantasiya olmayıb. Söhbət siyasi qarşıdurmadan gedir. Bunun nəticəsi bazarlara da təsir edir. Konyekturadan asılı olaraq, Rusiya qazına alternativ mənbələrdən biri kimi Azərbaycan çıxış edir. Azərbaycan Prezidenti cari ilin iyununda keçirilən Bakı Enerji Həftəsində çıxışında 2030-cu ilə qədər ixracımızı daha 8 milyard kubmetr artıracağımızı və bunun böyük qisminin Avropa bazarına yönələcəyini qeyd edib. Yəni yaxın və orta prespektivdə Avropa bazarında qaz satışımız genişlənəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri