Icma.az
close
up
RU
Avropada təbii qaz BAHALAŞIR Azərbaycanın gəliri artacaq

Avropada təbii qaz BAHALAŞIR Azərbaycanın gəliri artacaq

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

London birjasında 1000 m3 qazın Niderland qovşağında (TTF) təhvil verilməklə satış qiyməti 534 dolları ötüb.

Sfera.az neft-qaz sahəsi üzrə ekspert İlham Şabana istinadən xəbər verir ki, qiymətlərin bir qədər də yüksəlməsi ehtimalı var. Ekspert bildirib ki, son 1 ayda qaz qiymətləri artan xətlə dəyişir.

“Artıq qiymətlər ötən ilin eyni dövründəki səviyyəni aşmağa müvəffəq olub”, - deyən İ.Şaban qiymətlərin artma səbəbinə aydınlıq gətirib:

“Qiymətlərin artmasının əsas iki səbəbi var. Birincisi, hava şəraiti ilə bağlı olan səbəblərdir. Bu ilin payız-qış mövsümündə Avropada isitmə dövrü ötən illə müqayisədə 10 gün tez başladı və dekabr ayı Rusiya istisna olmaqla, Şimal yarımkürsində daha soyuq keçir. Buna görə də enerjiyə tələbat da ona müvafiq artır. Nəticədə, dekabrın əvvəlində yeraltı qaz anbarlarında saxlanılan qaz ehtiyatları 85% həddindən aşağı düşüb. Hesab edilir ki, əgər bu tempdə ehtiyatlardan mavi yanacağın götürülməsi davam edərsə, onda isitmə dövrünün sonuna (adətən martın üçüncü ongünlüyü) ehtiyatlar minimal səviyyədə ola bilər və yaz-yay dövrü üçün ehtiyatların aktiv toplanma dövründə qiymətlər bundan da baha satıla bilər. Ona görə də treyderlər (qaz ticartçiləri) birjada uzunmüddətli fyuçerslərin sifariş həcmlərini get-gedə artırırlar ki, bu da bazarda tələbi təklifdən daha çox edir və bu, qiymətləri artırır.

Başqa bir səbəb isə siyasətdən qaynaqlanır. Avropa Parlamenti Rusiya qazından yaxa qurtarmaq üçün hökumətə (Avropa Komissiyasına) daha çox təzyiq edir. Avropa Komissiyası 2022-ci ilin sonunda Rusiya qazından tam imtina tarixini 2027-ci il göstərmişdi. Amma bu il 15% Rusiyadan qaz alışı artdı və parlamentdəki siyasilər bunu təşvişlə qarşıladılar. Ona görə də Rusiya qazına qarşı yeni yeni baryerlər gündəmə gətirilir. Bunlardan biri də Ukrayna üzərindən Avropaya qaz nəqlinin 1 yanvar 2025-ci ildən tam dayandrılmasıdır. Rusiya qazının əvəzlənmsi isə əsasən, ABŞ-dən idxal edilən maye qaz hesabına qarşılanır. Necə deyərlər, Avropa bir tərəfdən Rusiyanın qaz asılılığından qurtulmaq siyasətini gerçəkləşdirir, digər tərəfdən isə Amerika enerjisindən asılılığı artırır”.

İ.Şaban bildirdi ki, qazın bahalaşması Azərbaycanın qaz satışından əldə edilən gəlirlərə müsbət təsir edəcək. Onun fikrincə, qaz bazarlarında uzun müddətli qaz satmaq istəyiriksə, satış bazarlarımızla daim işləməliyik, hər müştəri uğrunda çarpışmalıyıq.

Vasif

Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Dekabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri