Icma.az
close
up
RU
Azərbaycanın BƏƏ ilə əlaqələrini artırması xüsusi önəm kəsb edir AÇIQLAMA

Azərbaycanın BƏƏ ilə əlaqələrini artırması xüsusi önəm kəsb edir AÇIQLAMA

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Aprelin 7-də xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb. Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, görüş zamanı, Azərbaycan-BƏƏ əməkdaşlığının siyasi, iqtisadi, ticarət, energetika, humanitar aspektləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq, habelə bölgədə cari vəziyyət müzakirə olunub. İki ölkə arasında energetika, xüsusilə də alternativ enerji sahəsində aparılan işlər məmnunluqla qeyd olunub. İki ölkə arasında əməkdaşlığın inkişafında siyasi dialoqun, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub. Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb. Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə regional bərpa və sülh gündəliyi barədə ətraflı məlumatlandırıb, mövcud çağırışlar, o cümlədən mina təhdidi, habelə Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam etdirilən ərazi iddialarından bəhs edib. 

Birləşmiş Ərəb Əmirliklərinin minasızlaşdırma sahəsində dəstəyinin, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi dəstəyin əhəmiyyəti məmnunluqla qeyd olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, hazırda dünyada elə təlatümlü vəziyyət yaranıb ki, Donald Trampın tarix siyasətindən sonra qlobal münasibətlər konteksti zədələnib:


“İndi isə həmin zədənin ölümcül olub-olmayacağı bundan sonra alınacaq qərarlardan asılıdır. Məsələn, Donald Tramp qərarlarını geri çəkə bilər. Yaxud  da Amerikada Tramp iqtidarından sonra vəziyyətin  bərpa olunma ehtimalı var. Görünən odur ki, ikinci və üçüncü dərəcəli dövlətlər böyük sınaqlarla üz-üzə qalacaqlar. Böyük dövlətlər vətəndaşlarını və sərhədləri daxilində fəaliyyət göstərən şirkətləri müəyyən şəkildə resursları ilə müdafiə edə bilərlər, amma zəif ölkələrin öz dövlət büdcəsini necə qoruyacağı sual altındadır. Belə bir reallıqda Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı xüsusi önəm daşıyacaq. Təkcə Birləşmiş Ərəb Əmirlikləri ilə deyil, bütün dövlətlərlə nə qədət münasibətlər yaxşı olsa, o qədər də müsbət hal kimi bizə geri dönəcək. BƏƏ enerji məsələlərində dünyanın ən önəmli ölkələrindən biridir. Eyni zamanda BƏƏ mədəni kimlik baxımından da Azərbaycanla yaxın ölkədir. Yaxın Şərqdə və bıra ərazilərdə baş verən məsələlərdə hər iki ölkənin maraqları eynidir. Belə olan halda Azərbaycanın iqtisadi, siyasi və mədəni sahələrdə BƏƏ ilə əlaqələrini artırması xüsusi önəm kəsb edir. Burada zərərli bir vəziyyətin olmasını gözləmək mümkünsüzdür. Çünki Birləşmiş Ərəb Əmirlikləri imperial nöqteyi nəzərdən çıxış edəcək və öz maraqlarını digərlərini əzərək həyata keçirəcək qədər böyük dövlət deyil. Azərbaycan heç kəsə diqtə etmir və yuxarıdan aşağı baxmır. Ona görə də burada bərabər, qarşılıqlı hörmətə əsaslanan yaxınlaşmadan söhbət gedir. Qarabağ bir çox zənginlikləri ilə Azərbaycanın sayılıb-seçilən bölgələrindəndir. Xüsusilə də işğaldan sonra bölgənin dirçəldilməsi baxımından Azərbaycan çalışır ki, çoxsaylı xarici tərəfdaş toplasın. Nə qədər çox dünya ölkələri bölgəyə cəlb olunsa, onlar Azərbaycanın ərazi tamlığını de-fakto qəbul edəcəklər. Yəni Qarabağın Azərbaycanın olma faktı dünyanın yaddaşına yazılacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Aprel 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri