Icma.az
close
up
RU
Azərbaycanın sülh gündəliyi beynəlxalq təhlükəsizlik üçün mühüm önəm kəsb edir

Azərbaycanın sülh gündəliyi beynəlxalq təhlükəsizlik üçün mühüm önəm kəsb edir

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bu gün bütün dünyanın diqqəti Amerika Birləşmiş Ştatlarına yönəlib. Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutacaq görüşlər, imzalanacaq sənədlər Prezident Donald Trampın qeyd etdiyi kimi, dünya üçün tarixi əhəmiyyətə malikdir. 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Şahin İsmayılov qeyd edib ki, dövlətimizin başçısının müdrik və praqmatik siyasəti nəticəsində bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional lider və qlobal enerji təhlükəsizliyinə dəyərli töhfə verən ölkə kimi Azərbaycana böyük hörmət və ehtiram göstərilir, onun mövqeyi qəbul olunur. Dünya dövlətlərinin Azərbaycana, ölkəmizin təşəbbüskarı olduğu layihələrə olan münasibətləri, bu layihələrdə fəal iştirakları dövlətimizin qüdrətinin əyani göstəricisidir.  

“Beş il öncə Vətən müharibəsində, 2023-cü ildə antiterror tədbirlərində parlaq zəfərlər qazanaraq ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edən Azərbaycanın müəyyənləşdirdiyi sülh gündəliyi bu gün beynəlxalq birlik tərəfindən də qəbul olunur”, - deyən komitə sədri bildirib ki, Prezident İlham Əliyevin sülh təşəbbüsləri, xüsusən də münaqişədən sonrakı dövrdə Cənubi Qafqazda yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində atdığı müdrik addımlar region və dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir. Bölgəyə uzunmüddətli sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq gətirəcək bu siyasət Cənubi Qafqaz regionu üçün yeni bir inkişaf dövrünün başlanğıcı olacaq. 

 Şahin İsmayılov bildirib ki, Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüsləri dövlətimizin başçısının illərdir həyata keçirdiyi, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən praqmatik xarici siyasət kursunun davamıdır. Böyük qürurla deyə bilərik ki, ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyi artıq reallığa çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu sülh gündəliyi yalnız regional deyil, eyni zamanda beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşması baxımından da mühüm yer tutur. “Bu xüsusda, Azərbaycan Prezidentinin təşəbbüsü olan Zəngəzur Dəhlizinin reallaşması beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaratmaqla yanaşı, regionun iqtisadi inkişafı üçün yeni üfüqlər açır. Həmçinin ABŞ-nin bu dəhlizə marağı onun beynəlxalq logistik sistemlərə inteqrasiyasını, Avrasiya geosiyasi məkanında yeni əməkdaşlıq formatlarının yaranmasını sürətləndirəcək”, - deyə parlamentin komitə sədri vurğulayıb.

 Şahin İsmayılov qeyd edib ki, Vaşinqtonda aparılacaq müzakirələr regionda davamlı sülhün, sabitlik və əməkdaşlığın təmin olunması ilə bərabər, Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı baxımından da müstəsna rola malikdir. Donald Tramp və onun Administrasiyası Azərbaycan-ABŞ münasibətlərinin inkişafında xüsusi önəm verir. Cənubi Qafqazın lider ölkəsi ilə əməkdaşlıq ABŞ üçün də strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Prezidentinin ABŞ səfəri ikitərəfli əlaqələrə yeni istiqamət verəcək. 

 “Azərbaycan və ABŞ prezidentlərinin qarşılıqlı xoş münasibətləri də ikitərəfli əməkdaşlığın inkişafında müstəsna rola malikdir. Azərbaycan Prezidentinin Donald Tramp haqqında səsləndirdiyi müsbət fikirlərə ABŞ Prezidentinin xoş reaksiya göstərərək, sosial media hesabında paylaşması Liderlər arasındakı qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bariz nümunəsidir. Bu cür şəxsi münasibətlər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinə əsaslı zəmin yaradır”, - deyə komitə sədri vurğulayıb.

Enerji təhlükəsizliyi, regional sabitlik və terrorizmə qarşı mübarizə sahələrində səmərəli əməkdaşlıq iki ölkənin münasibətlərin dərinləşməsi üçün geniş imkanlar yaradır. Hesab edirəm ki, dünən dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanması iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə mühüm töhfədir. Azərbaycanın ABŞ ilə əməkdaşlığı, həmçinin innovativ və kosmik texnologiyalar, süni intellekt həlləri sahələrində ABŞ şirkətlərinin əldə etdiyi təcrübədən yararlanmaq üçün də önəmli imkan yaradır.

“Beləliklə, Azərbaycan Prezidentinin qətiyyətli, prinsipial mövqeyi, uzaqgörən siyasi liderliyi ölkəmizi daha böyük uğurlara doğru inamla aparır”, - deyə komitə sədri vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Avqust 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see167

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see163

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see119

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri