Icma.az
close
up
RU
Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığ: Əlaqələr üst səviyyədədir

Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığ: Əlaqələr üst səviyyədədir

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Azərbaycan ötən ilin sonunda daha bir mötəbər tədbirə-BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konransının 29 sessiyasına (COP29) ev sahibliyi etdi. Bu sədrlik 2024-cü ilin ən mühüm hadisələrindən biridir.

Prezidentlər, hökumət başçıları, ekspertlər və fəallar da daxil olmaqla, 200-ə yaxın ölkədən 80 000 nəfərə yaxın iştirakçı ölkəmizdə qonaq oldu.

Tədbirin Bakıda keçirilməsi Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi baxımından böyük önəmə malik idi.

COP29 tədbiri Azərbaycanın beynəlxalq səhnədəki mövqeyini gücləndirmək və iqlim dəyişiklikləri ilə bağlı səylərini nümayiş etdirmək üçün böyük bir fürsət idi ki, ölkəmiz bunu layiqincə yerinə yetirib.

COP29 çərçivəsində ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib.

Həmçinin COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub.

Bağlanış plenar iclasında yeni iqlim hədəfi qəbul edilərək inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək.

Maraqlıdır, COP29 region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsinə hansı faydaları verib?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli bildirib ki, COP29 tədbiri Azərbaycanın qlobal ölkəyə çevrildiyini göstərib.

Əziz Əlibəylinin sözlərinə görə, bu mənada Azərbaycanın dünya birliyinə inteqrasiyası çərçivəsində COP29-un Bakıda keçirilməsi qlobal siyasətdəki son dərəcə artan rolu ilə dəyərləndirilir.

Müsahibimiz qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığı üst səviyyəyə daşıyıb və bu, həm də Azərbaycanın diplomatik inkişafının zirvəsini təşkil edən mühüm bir istiqamət yaradıb:

“Başqa maraqlı məqam iqlim tədbirinin iqtisadiyyat üzərindən qurulmasıdır. Bu, iqtisadi tərəfdaşlığın unikal bir səviyyəyə çatdırılması anlamına gəlir.

Kateqoriyalara bölsək birinci bu fikri söyləyə bilərik ki, Azərbaycanın qlobal diplomatiyada nüfuzu çox böyük bir tədbirin təşkilatçısı kimi mühüm bir əhəmiyyət kəsb edib. Qlobal oyunçular, aktorlar, liderlər Azərbaycan vasitəsilə ümumdünya siyasətinə böyük bir sərmayə qoymuş oldu”.

Əziz Əlibəyli: Azərbaycan beynəlxalq səviyyədə söz sahibinə çevrilir

COP29-un Qafqaz zonasında keçirilməsinin Mərkəzi Asiyaya da böyük təsir göstərdiyini deyən müsahibimiz nəzərə çatdırıb ki, ekoloji sahədəki tərəfdaşlığa ekologiyaya ev sahibliyi edən ölkənin tezisləri ilə başlamaları mühüm bir mərhələni təşkil edib.

Həmsöhbətimizin fikrincə, Azərbaycanda iqlim siyasəti ilə bağlı qəbul olunan qərarlar iqlim siyasətinə dair mövcud siyasətdə böyük dəyişikliklər yaradıb:

“COP29-da Azərbaycan gündəliyi təsdiq olunub ki, bu, yeni strategiya yaradıb. İnkişaf etməkdə olan ölkələrə ayrılan maliyə yardımı 300 milyarda qədər artıb. İnvestisiyaların azaldılması ilə bağlı müqavilələrə, öhdəliklərə sadiqlik məsələsi təsdiq olunub. Bir çox maraq tərəfləri iddia edirdi ki, yekun qərarların qəbul olunması mümkün olmayacaq. Amma təm əksi yaşandı. Bakıda yekun qərarlar qəbul olundu”.

Beynəlxalq əlaqələrin bir çərçivəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq olduğunu vurğulayan Ə.Əlibəyli diqqətə çatdırıb ki, COP29 çərçivəsində Azərbaycannın BMT ilə, Avropa İttifaqı ilə, Dünya Bankı ilə münasibətlərini növbəti mərhələyə daşınmasına şahidlik edildi.

“Azərbaycan üçün faydaları saymaqla bitməz. Biz buna siyasi-diplomatik fayda da deyə bilər ki, Azərbaycan ekoloji problemlərin həllinə dəstək ölkəsi kimi tanınıb, Qərblə Şərqi birləşdirib, türk dövlətləri təşkilatları çərçivəsində əməkdaşlığa böyük bir fayda verib. Dünyanın iqlim problemlərinin həllində Azərbaycanın strategiyası təsdiqlənib”.

Əlibəyli onu da söyləyib ki, tədbirin iqtisadi faydaları da var ki, bu zaman yaşıl enerjinin Azərbaycanın beynəlxalq şirkətlərə yönləndirməsinə və bu sahədə əməkdaşlıq etməsinə unikal imkanlar yaranıb. Onun sözlərinə görə, bərpa olunan enerji sahəsində də Azərbaycan üçün yeni investisiya axını təmin edilib.

Bunlarla yanaşı, Ə.Əlibəyli Azərbaycanda təmiz enerji layihələrinin ön plana çıxmasına səbəb olduğunu vurğulayaraq qeyd edib ki, müəyyən dərəcədə ev daxili yerli enerji istehsalının stimullaşdırılmasında Azərbaycan hökumətinin yeni təşəbbüsləri işə düşüb.

Son olaraq Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının üst səviyyədə həyata keçirildiyini söyləyib və əlavə edib ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, BMT ilə əməkdaşlıq edir, Qoşulmama hərəkatının sədridir və bütün bunlar beynəlxalq səviyyədə söz sahibinə çevrilmək deməkdir:

“Azərbaycan qlobal enerji və iqtisadi əlaqələrinin icraçısıdır. Ukrayna ilə müharibə kontekstində enerji təhlükəsizliyini Azərbaycan təmin edir. Azərbaycan həmçinin regional təhlükəsizliyin təminatçısıdır. 44 günlük müharibədəki qələbə imkan verib ki, biz qlobal aləmdə vacib bir oyunçuya çevrilək. Azərbaycan UNESKO-dan sonra multikulturalizm vasitəsilə mədəni və humanitar əməkdaşlığı dünya gündəminə gətirib. Bakı Təşəbbüs prosesində neokalanizmlə mübarizədə qlobal oyunçu olmağımıza imkan verib”.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Fevral 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri