Icma.az
close
up
RU
Hava ilə bağlı narahatlıq yaradan xəbər Həmin dövr yaxınlaşır

Hava ilə bağlı narahatlıq yaradan xəbər Həmin dövr yaxınlaşır

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycanda noyabr ayında yağıntıların normadan az olması diqqət çəkib. Belə ki, ay ərzində cəmi 11 gün yağıntılı hava qeydə alınıb. Lənkəran-Astara zonasına normanın 17 faizi, Bakı və Abşerona isə 35 faizi düşüb. Bu vəziyyət ictimaiyyətdə birmənalı qarşılanmayıb: bəziləri sözügedən durumu “narahatedici” adlandırsa da, digərləri normal olduğunu düşünür.

Əslində reallıq necədir? Yağıntıların miqdarı əvvəlki illərdə də belə olubmu? 

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, quraqlıq həmişə mövcud olub:

“Hətta qədim dövrlərdə yağışın yağması üçün dualar edilir, heyvan və insan qurban verilirdi. Hazırda da bölgədə ciddi quraqlıq hökm sürür. Bunun nə qədər davam edəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Region ölkələrinin vəziyyəti göstərir ki, İranda su anbarları boşalıb, çaylarda su qalmayıb. Suriyanın ən böyük çaylarından biri olan, Livandan başlayan və Türkiyənin Hatay bölgəsinə tökülən Oront çayı tamamilə quruyub. Su qıtlığı səbəbindən Hama rayonunda fermerlər əkin sahələrini kanalizasiya suları ilə suvarmağa məcbur qalıblar. Təəssüf ki, Azərbaycan da buna həm hazırlaşır, həm də bəzi bölgələrdə bu praktikanın tətbiqi ehtimal olunur. Bu isə kənd təsərrüfatı məhsullarının kimyəvi çirklənməsi ilə nəticələnə və dolayısı ilə insanların sağlamlığına, o cümlədən onkoloji risklərin artmasına səbəb ola bilər”.

Arzu Mustafayev

Ekoloq qeyd edib ki, Türkiyədə su anbarlarının quruması,Urmiya gölünün yox olması, Xəzərin geri çəkilməsi, Kür və Araz çaylarının su gətirmə qabiliyyətinin azalması ümumi mənzərəni daha da ağırlaşdırır:

“İyun-iyul aylarında yağıntıların çox olmasına baxmayaraq, iyunun 26-dan temperaturun kəskin yüksəlməsi quraqlığın təsirini gücləndirib. Bu da yeraltı suların səviyyəsini aşağı salır, meşəliklərdə quruma halları artır. Növbəti ildə nəticələr daha ağır şəkildə hiss olunur, çünki əvvəlki nəmişlik bu yumşaldıcı effekti vermir.Hazırda ölkədə su anbarlarının sayını artırmaqla problemi həll etməyə çalışırlar. Məsələn, Şəkidə Əyriçay su anbarı tikilir. Lakin mövcud proses fonunda bu anbarları doldurmaq üçün kifayət qədər su tapılmayacağı ehtimalı böyükdür. Yeni anbarlara su yığılsa belə, bu dəfə Kür çayına axacaq su azalacaq. Su təsərrüfatı ilə bağlı sahələrin bir-biri ilə əlaqəli şəkildə işləməməsi vəziyyəti daha da çətinləşdirir. Uzun illərdir deyilirdi ki, gələcək müharibələr torpaq uğrunda yox, su uğrunda olacaq. Həmin dövr artıq yaxınlaşır”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri