Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Azərbaycanın borc balansında dəyişiklik: Yeni strategiya, yoxsa zərurət?

Azərbaycanın borc balansında dəyişiklik: Yeni strategiya, yoxsa zərurət?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xarici dövlət borcumuz azalsa da, daxili borclanmada artım qeydə alınır. İqtisadçılar düşünürlər ki, ölkənin borclanma səviyyəsi ilə bağlı təşvişə ehtiyac yoxdur. Amma mümkün olduğu qədər gəlirlərimiz hesabına borclarımızı bağlamağa çalışmalıyıq.

Azərbaycanın daxili və xarici dövlət borcu 27 milyard 380.2 milyon manat və ya Ümumi Daxili Məhsulun (ÜDM) 21.7 faizini təşkil edir. Ümumi dövlət borcunun 8 milyard 720.5 milyon manatı (5 milyard 129.7 milyon ABŞ dolları) və ya 31.8 faizi xarici dövlət borcunun, 18 milyard 659.7 milyon manatı və ya 68.2 faizi daxili dövlət borcunun payına düşür.

2025-ci ilin əvvəli üçün xarici dövlət borcu 2024-cü il üzrə ÜDM-nin 6.9 faizini təşkil edir. Bu, keçən illə müqayisədə 1 milyard 331.5 milyon ABŞ dolları və ya 20.6 faiz azalma deməkdir. Ölkənin valyuta ehtiyatları (Dövlət Neft Fondu və Mərkəzi Bank) 71 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir.

İlin əvvəlinə olan daxili dövlət borcu isə ÜDM-in 14.8 faizini təşkil edir. Daxili dövlət borcu 2024-cü ilin əvvəli ilə müqayisədə 2 milyard 793.3 milyon manat artıb.

Bəs, görəsən, xarici borcların azalması, daxili borcların artması nəyin göstəricisidir? Bunun hansı müsbət tərəfləri və ya riskləri var?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Daxili borclanmanı artıran başlıca səbəb

İqtisad elmləri üzrə fəlsəfə doktoru Altay İsmayılovun sözlərinə görə, dövlət borcu büdcə gəlirləri xərcləri ödəməyə yetərli olmadığı, xarici valyuta təklifinin tələbi ödəyə bilmədiyi hallarda yaranır: "Əgər iqtisadiyyatda büdcə kəsiri varsa, dövlət bunu ödəmək üçün müxtəlif mənbələrə müraciət edə bilər. Eyni zamanda, ölkənin idxalı ixracatından daha çoxdursa, müxtəlif layihələrin maliyyələşdirilməsi üçün xarici valyutaya ehtiyac yaranır və xarici borca müraciət edilir. Məsələn, iqtisadiyyatda büdcə kəsri yarandığı zaman, bu ehtiyac milli valyuta ilə ödənə bilirsə, o zaman dövlət daxili borc mənbələrinə müraciət edir".

A.İsmayılov daxili borcun artmasını, xarici borclarımızın isə azalmasını təbii hesab edir: "İqtisadiyyatımız baxımından hələ ki, ixracatımız idxalı üstələyir. Eyni zamanda, dövlətin 70 milyard dollardan artıq valyuta ehtiyatları mövcuddur. Bu da onu göstərir ki, cari şərtlərdə dövlətin xarici valyutadan asılılığı yoxdur. Hər il dövlət büdcəsi təsdiqləndiyi zaman büdcə kəsiri ilə üz-üzə qalırıq. 2025-ci ilin büdcəsinə də nəzər yetirdikdə, üç milyard manatdan daha çox büdcə kəsiri olduğu görünür. Bu vəziyyətdə proqnoz edilən rəqəmlər dəyişmədiyi halda büdcə kəsirini ödəmək üçün daxili borca müraciət edilir".

Müsahibimizin sözlərinə görə, daxili borcları artıran əsas amil quruculuq işləridir: "Son illərdə hər il Qarabağın bərpasına 3-4 milyard manatdan çox vəsait sərf olunur. Bu il də bu istiqamətdə dörd milyard manatlıq vəsait nəzərdə tutulub. Bu, bizim büdcə kəsirimizdən daha böyük vəsaitdir. Qarabağın bərpası həm uzunmüddətli, həm də böyük vəsait tələb edən işdir. Ola bilər ki, növbəti illərdə bu işlərin sürətləndirilməsi üçün aşağı faizlə xarici borclanmaya da gedilsin".

"İqtisadiyyatda maliyyə gərginliyi yaradır"

İqtisadçının fikrincə, həm xarici, həm də daxili borcun özünə görə müsbət və mənfi tərəfləri mövcuddur: "Məsələn, çox böyük həcmli layihələri maliyyələşdirmək üçün beynəlxalq təşkilatlardan aşağı faizlə xarici borc götürmək mümkündür. Faiz aşağı olduğu üçün ondan zəruri və əlavə dəyər yaradan istiqamətlər üçün istifadə etmək imkanı var. Daxili borclanmada isə faizlər xarici borcla müqayisədə daha yüksəkdir. Həm xarici, həm də daxili borcda əsas amil ondan ibarətdir ki, borclar düzgün, effektiv idarə olunsun. Yəni, elə etmək lazımdır ki, borclanma iqtisadiyyatı daim borc yükü altında saxlamasın, mütəmadi faiz yükü yaradan vəziyyətə gətirib çıxarmasın".

A.İsmayılov daxili borclanmanın risklərindən də danışdı: "Hazırda xarici borc azalır, bu səbəbdən hər hansı risklə üzləşmirik. Ancaq daxili borcların artmasının müəyyən riskləri ola bilər. Sadə şəkildə ifadə etsək, dövlətin borclanmasının mənası budur ki, gəlirlər xərclərdən azdır. Bu, iqtisadiyyatda maliyyə gərginliyi yaradır. Eyni zamanda dövlət maliyyə bazarında mövcud olan resursları borclanaraq büdcəyə transfer edir. Bu zaman banklarda iqtisadiyyatı tam təmin etmək üçün lazım olan maliyyə resursları azalır. Bu da öz növbəsində pulun bahalaşmasına, yəni faizlərin artmasına gətirib çıxara bilər".

"Dövlət borcumuz beynəlxalq normalara uyğundur"

İqtisadçı Akif Nəsirli isə düşünür ki, xarici borcun azalmasına səbəb onun daxili borc hesabına ödənilməsidir: "Dövlət borcumuz beynəlxalq normalara uyğundur. 71 milyard maliyyə ehtiyatı var ki, onun 60 milyardı aktivlər, Neft Fondunun kapitalıdır. Yerdə qalan 11 milyard valyuta ehtiyatımızdır".

A.Nəsirlinin fikrincə, hazırkı gəlirlərimiz hesabına bütün borclarımızı rahatlıqla bağlaya bilərik. Bu, ölkəmiz üçün daha uğurlu addım olar: "Nəzərə almalıyıq ki, borcların riskləri də var. Xarici borclarda risk faktoru daha çoxdur. Xərclər borclanma olmadan da idarə edilə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 May 2025 07:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri