Azərbaycanın CARdakı müvəqqəti işlər vəkili ölkənin XİN başçısının müavini ilə görüşüb
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Dekabrın 23-də Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyinin müvəqqəti işlər vəkili Hüseyn Rəhimli bu ölkənin beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Alvin Boteslə görüşüb.
“Report” xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında bildirilib.
“Nazir müavini Alvin Botes bu gün, 23 dekabr 2024-cü ildə Azərbaycanın Cənubi Afrikadakı müvəqqəti işlər vəkili Dr. Hüseyin Rəhimlinin nəzakət ziyarətini qəbul edib. 1992-ci ildə qurulmuş Cənubi Afrika və Azərbaycan arasındakı diplomatik münasibətlər möhkəmdir və güclənməyə davam edir”, – xarici siyasət idarəsinin feysbukdakı paylaşımında nəql edilib.
Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 29-da qurulub. Milli Məclisində Azərbaycan – Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
2016-cı ildə CAR-ın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabanenin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri baş tutmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 24 Dekabr 2024 02:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















