Azərbaycanın daha bir güləşçisi Rusiyadakı turnirdə fəxri kürsüyə qalxıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 19 may, AZƏRTAC
Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirəsinə keçirilən turnirə yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, 55-ci dəfə təşkil edilən Memorialın son günündə 61, 70, 79, 92 və 125 kiloqramda medalçılar müəyyənləşib.
Milli komandanın üzvü Cəbrayıl Qadjiyev yeni çəkidə debüt edib. 79 kiloqramda mübarizə aparan təmsilçimiz ənənəvi yarışda bürünc medal qazanıb.
Xatırladaq ki, ötən gün Musa Ağayev (65 kiloqram) eyni nəticəyə imza atıb.

Azərbaycanın daha bir güləşçisi ənənəvi turnirdə fəxri kürsüyə qalxıb
27 Yanvar 2025 11:23
Azərbaycanın üç cüdoçusu Şimali Makedoniyada fəxri kürsüyə qalxıb
23 İyul 2025 22:00
Azərbaycanın 3 cüdoçusu Avropa çempionatında fəxri kürsüyə qalxıb
04 Sentyabr 2025 20:01
Açıq Avropa Turniri: Azərbaycanın 4 cüdoçusu fəxri kürsüyə qalxıb
27 Sentyabr 2025 23:18
Lavrovun müavini Azərbaycanın Rusiyadakı səfirliyinə gedib
27 Dekabr 2024 18:20

