Azərbaycanın dövlət qurumlarında lisenziyasız proqram təminatlarından istifadənin fəsadları müzakirə olunub
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın dövlət qurumlarında bir sıra zəruri proqram təminatlarının, o cümlədən antivirus həllərinin mərkəzləşdirilmiş qaydada istifadəsinin vacibliyi müzakirə olunub.
“Report” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir ki, bu, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının ötən gün baş tutan növbəti iclasında baş verib.
Komissiyanın iclasında həmçinin dövlət qurumlarında lisenziyasız proqram təminatlarından istifadənin yaratdığı fəsadlardan, son günlərdə Dövlət Xidmətinin aşkar etdiyi kiberqruplaşmanın Azərbaycandakı, o cümlədən dövlət qurumlarında kompüterlərin yoluxdurulması ilə bağlı keçirdiyi əməliyyatlarından danışılıb.
Komissiyanın sədri, XRİTDX-nın rəisi, general-leytenant İlqar Musayev kritik İnformasiya İnfrastrukturlarının siyahısının təsdiq edilməsi, həm kritik informasiya infrastrukturları subyektləri, həm də bu sahədə nəzarəti həyata keçirəcək Dövlət Təhlükəsizlik Xidməti və XRİTDX-nın üzərinə böyük məsuliyyət və iş yükü qoyması, növbəti ildən bu sahədə ciddi tənzimləmələrin həyata keçirilməsi, tələblərin icrasına nəzarətin gücləndirilməsi, reyestrin işə salınması və bu kimi sahə üzrə bir sıra tədbirlərin görülməsi barədə ətraflı məlumat verib.
Müzakirələrdə Koordinasiya Komissiyasının üzvləri - Daxili İşlər Nazirinin müavini, general-leytenant İsmət Əliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin (RİNN) müavini Samir Məmmədov, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini, general-leytenant Zaur İsmayılov, "ASAN xidmət"in sədr müavini Ceyhun Salmanov, akademik Rasim Əliquliyev, Müdafiə Nazirliyinin baş idarə rəisi, polkvonik Vasif Xəlilov, eləcə də qonaq qismində dəvət olunmuş Mərkəzi Bank, İqtisadiyat Nazirliyi, Maliyyə Nazirliyi, RİNN-in tabeliyində olan “Azintelekom” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən rəhbər şəxslər iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 18 Dekabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















