Icma.az
close
up
RU
Bakıda Azərbaycanın multikultural dəyərləri müzakirə olunub

Bakıda Azərbaycanın multikultural dəyərləri müzakirə olunub

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) 8 Noyabr - Zəfər Gününün beş illiyinə həsr etdiyi "Biz birlikdə güclüyük" mövzusunda keçirdiyi tədbir çərçivəsində Azərbaycanın multikultural dəyərləri müzakirə olunub.

Mərkəzdən Bakıvaxtı.az-a verilən məlumata görə, əvvəlcə qurumun hazırladığı "Vətənimiz" sənədli filmi nümayiş etdirilib.

BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, mərkəz bu tarixi günü "Biz birlikdə güclüyük" şüarı altında qeyd etməklə həm ölkədə, həm də beynəlxalq müstəvidə birliyin, həmrəyliyin və qarşılıqlı hörmət dəyərlərinin vacibliyini bir daha vurğulayır:

"Çünki Azərbaycan xalqının zZəfəri həm də milli və mənəvi birliyimizin, gücümüzün parlaq təzahürüdür. Zəfər Günü ilə bağlı "Azərbaycan multikulturalizmi" fənninin tədris olunduğu xarici ölkə universitetlərində də silsilə tədbirlər keçirilib".

R.Həsənov xatırladıb ki, şanlı zəfərdən sonra Qarabağda, Şuşada keçirilən ilk mədəni tədbir xalqların birliyini tərənnüm edən "Xarıbülbül" festivalının keçirilməsi təsadüfi deyil:

"Bu gün Zəfər qazanmışıq, suverenliyimizi tam bərpa etmişik, lakin Azərbaycanın ərazi bütövlüyünü pozmaq istəyən qüvvələr yenə də öz məkrli mövqelərindən geri durmurlar. Bu səbəbdən Azərbaycan vətəndaşları dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq öz həmrəyliyini daim qorumalıdır".

BBMM-in Himayəçilik Şurasının üzvü, Xalq yazıçısı Elmira Axundova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır" kəlamı bu gün real həqiqətə çevrilib:

"Vətən müharibəsi günlərində milliyyətindən, dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşlarımız bir amal uğrunda - Azərbaycanın qələbəsi naminə birləşdilər. Müxtəlif etnik və dini icmaların nümayəndələri eyni səngərdə vuruşdu, Vətən üçün can qoydu. Bu, Azərbaycan multikulturalizminin, xalqımızın mənəvi gücünün ən gözəl təzahürüdür. Azərbaycan artıq postmünaqişə dövründədir, lakin bu dövrdə də mənəvi birliyimizə, multikultural dəyərlərimizə sadiq qalmaq, onları daha da möhkəmləndirmək mühüm vəzifə olaraq qalır. Çünki bu dəyərlər bizim milli kimliyimizin ayrılmaz hissəsidir".

Digər çıxışçılar Vətən müharibəsində əldə edilən möhtəşəm zəfərin Prezident İlham Əliyevin uzaqgörən siyasəti, rəşadətli ordunun qəhrəmanlığı və xalqın bir yumruq kimi birləşməsi sayəsində mümkün olduğunu söyləyiblər. Eyni zamanda, bu qələbənin Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələ açdığını, xalqın milli kimliyini, vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyini vurğulayıblar. Həmçinin Azərbaycanın bu dəyərləri ilə regionda və dünyada sülhün, tolerantlığın və qarşılıqlı hörmətin nümunəsinə çevrildiyini bəyan ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Noyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri