Icma.az
close
up
RU
AZƏRBAYCANIN DÜNYA İQTİSADİYYATINDA YERİ

AZƏRBAYCANIN DÜNYA İQTİSADİYYATINDA YERİ

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün dünyanın mizan-tərəzisi itib. Yəni dünyada elə siyasi proseslər gedir ki, ağıla gəlməyən hadisələr bir-birini əvəz edir. Yaxın Şərqdəki  siyasi proseslər, Suriyadakı dövlət çevrilişi onu deməyə əsas verir ki, bir yerdə sabitlik və əmin-amanlıq olmayanda orda nə desən baş verə bilər. Sabitliyi və əmin-amanlığı isə birmənalı olaraq dövlət yaradır. O dövlət  ərazisində ictimai-asayişi qoruya bilmirsə, sabitliyi təmin etməyi bacarmırsa, deməli, həmin ölkədə it yiyəsini, yiyəsi də  itini tanımır. 

Bir vaxtlar Azərbaycanda da Suriyadakı kimi xaos və özbaşınalıq baş alıb gedirdi. Mövcud hakimiyyət dövləti idarə edə bilmir, qanunların aliliyini  yerinə yetirmir, eyni zamanda böyük iqtisadi-siyasi problemlər yaşanırdı. Bir tərəfdən də Azərbaycan  ərazisinin 20 faizinin işğal altında  olması  vəziyyəti daha da çətinləşdirirdi. Heç şübhəsiz, belə bir durumda  Azərbaycana  münasibət də yetərli deyildi. Ən azından ona görə ki, ölkədə dərəbəylik və özbaşınalıq hökm sürür, hakimiyyətdə olan qüvvələr xalqın dediyi ilə razılaşmır və öz bildiyi kimi hərəkət edirdi.

Bax, belə bir durumda  mövcud hakimiyyətin razılığı və xalqın  istəyi ilə Ulu Öndər Heydər Əliyev  hakimiyyətə dəvət edildi. Onsuz da Heydər Əliyev  Naxçıvanda çox yüksək səviyyədə işləri  tənzimləmiş, orda sabitlik yaratmış və əmin-amanlığın bərpasına nail olmuşdu. Elə  məhz bu dəyərlərə görə də xalq istəyirdi ki, Heydər Əliyev  hakimiyyətə gəlsin, ölkəni və xalqı bu böhrandan  xilas etsin. Təbii ki, bu çətin durumda Ulu Öndər hakimiyyətə  gəlməyi ilə qısa zaman kəsiyində ölkəmizdə sabitliyin və əmin-amanlığın yaradılmasına  nail oldu. Üstəlik də dağılmış ölkə  iqtisadiyyatının yenidən qurulması və inkişafı üçün çox möhtəşəm beynəlxalq səviyyəli layihələrin həyata keçirilməsinə nail oldu. Heç kimə sirr deyil ki, hər hansı ölkədə sabitlik və əmin-amanlıq olmasa böyük dövlətlər heç vaxt o ölkənin  iqtisadiyyatına sərmayə yatırmır. 

Dünyanın  super dövlətləri ABŞ, İngiltərə, Rusiya, İtaliya, Türkiyə, Macarıstan, Bolqarıstan, İsrail həqiqətən də gördü ki, Azərbaycanda çox  yüksək bir sabitlik yaradılıb. Elə bu sabitliyə görə də həmin ölkələrin  dünyaca məşhur  şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya qoydular. İlk böyük addım  «Əsrin müqaviləsi» olan neft  kontraktı ilə başladı. Burda  Böyük Britaniyanın BP şirkəti ilə  ölkəmiz arasında möhkəm işlərin  həyata keçirilməsi üçün yeni müqavilələr imzalandı. Bu müqavilənin imzalanması  Ulu Öndər Heydər Əliyevin dünya siyasətində ən böyük uğuru idi. Çünki  o vaxta qədər dövlətin büdcəsində elə də vəsait qalmamış, keçmiş hakimiyyət həmin vəsaitləri sağa-sola xərcləmişdi. 

Aydındır ki, belə mürəkkəb durumda beynəlxalq səviyyəli iqtisadi layihələrin  həyata  keçirilməsi və müqavilələrin bağlanması ölkəmizin yenidən dirçəlişi demək idi. Heç bir il keçmədi ki, BP ilə bağlanmış  neft müqaviləsi öz müsbət  nəticəsini verdi. Neftdən ölkənin büdcəsinə milyonlarla dollar vəsait daxil oldu. Bu vəsaitlər daxil olduqca digər sahələrdə də investisiya qoyuluşuna  başlandı. Yeni-yeni müqavilələrə imza atıldı və Azərbaycanda çox böyük qaz yataqları kəşf edildi. Əlbəttə, bunun kəşf edilməsi tarixi bir hadisə idi. Amma əsas məsələ o idi ki, həmin qaz yataqlarını yeni texnologiya əsasında işləsinlər və ordan yüksək məhsuldarlıq əldə etsinlər. Məhz  xarici şirkətlərin  köməyi ilə Xəzərdəki  milyardlarla dollar  gəlir gətirən  qaz yataqlarında möhtəşəm  işlərə start verildi. O vaxtlar Xoşbəxt Yusifzadə   deyirdi ki, Xəzərdə  çox zəngin qaz yataqlarımız var, amma buna  Ulu Öndər Heydər Əliyevdən başqa çoxları bir o qədər də inanmırdı. Tarix göstərdi ki, dünya şöhrətli Azərbaycan  mütəxəssisinin proqnozları öz təsdiqini  tapdı. 

Bununla da neft və  qaz sahəsində möhtəşəm işlər görüldü və ölkənin  büdcəsinə demək olar ki, milyardlarla dollar  vəsait daxil oldu. Bu vəsait əsasında qeyri-neft sektoruna  yatırımlar edildi. Bəli, bu yatırımlarda da Fransanın, Çinin, Koreyanın, Türkiyənin, Rusiyanın, Macarıstanın, Almaniyanın və eləcə də  digər inkişaf etmiş ölkələrin  şirkətləri  iştirak edirdilər. Xüsusən də  turizmin  inkişafında çox böyük  irəliləyişlər əldə edildi. Kənd təsərrüfatı sahəsinə isə yatırımların  qoyulması nəticəsində müəyyən  uğurlar əldə olundu. Azərbaycan tək özünü deyil, Rusiyanın, eləcə də Avropanın bazarlarını müxtəlif kənd təsərrüfatı məhsulları ilə təchiz etdi.  Bütün bunlar onu deməyə əsas verirdi ki, Azərbaycan iqtisadiyyatı dünya  iqtisadiyyatına  sürətlə inteqrasiya olunur. 

Bununla yanaşı, Sumqayıtda, Gəncədə, eləcə də  digər regionlarımızda tikinti-quruculuq işlərində xarici şirkətlər, xüsusən də qardaş Türkiyənin tikinti şirkətləri yaxından iştirak etdi.  Onlar yol infrastrukturunun dünya səviyyəsində qurulmasında  və tikinti sektorunun inkişafında çox böyük  irəliləyişlərə nail oldular. Ulu Öndər Heydər Əliyevdən  sonra prezident İlham Əliyev də Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün  çox möhtəşəm  layihələrin gerçəkləşdirilməsinə təkan verdi. Təbii ki, bu və ya digər böyük  layihələrin  reallaşması  ölkəmizin  iqtisadiyyatını zənginləşdirir, ağır və yüngül sənayeni inkişaf etdirir, xalqın  rifah halını yüksəldir.
İndi demək olar ki,  bütün dünyanın  gözü Azərbaycandadır, çünki  Azərbaycan  2020-ci il  44 günlük  İkinci Qarabağ savaşında və 2023-cü il  sentyabrın  19 və 20-də antiterror əməliyyatı   zamanı  öz ərazi bütövlüyünü tamamilə bərpa etdi. Təbii ki, inkişaf etmiş  ölkələr də o məmləkətlərə  yatırımlar edir ki,  həmin ölkələrdə sabitlik və əmin-amanlıq var.  Azərbaycan da  dünyanın ən sabit və ən stabil dövlətidir. 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Dekabr 2024 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri