Azərbaycanın elektrik enerjisi sistemi böyük inkişaf yolu keçmişdir ŞƏRH
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Prezidentin Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin investisiyası ilə inşa edilən 240 meqavat gücündə “Xızı-Abşeron” Günəş Elektrik Stansiyasının açılışı zamanı səsləndirdiyi fikirlər yalnız növbəti iri enerji obyektinin istifadəyə verilməsi ilə yanaşı, Azərbaycanın yaşıl enerji strategiyasının milli və qlobal səviyyədə dəyərləndirilməsi baxımından mühüm mesaj idi. Bu çıxış bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti artıq təkcə mövcud tələbatın ödənilməsi ilə paralel, uzunmüddətli dayanıqlığın təmininə və qlobal enerji keçidinə istiqamətlənib. Prezident qeyd etdi ki, ölkəmizin külək enerjisi üzrə 150 giqavatdan artıq texniki potensialı mövcuddur və bu potensial artıq “Masdar”, “ACWA Power” və bp kimi aparıcı beynəlxalq şirkətlərin iştirakı ilə reallaşdırılır. Bu, Azərbaycanın enerji siyasətinə olan beynəlxalq etimadın praktik göstəricisidir. Eyni zamanda, Çin və Türkiyə şirkətlərinin artan marağı bu etimadın davamlı olduğunu Azərbaycanın enerji diplomatiyasının uğurları bir-birini əvəzləməkdədir. Ötən illərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı mövqeyi daha da möhkəmlənib, ölkəmizlə həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sırası genişlənib. Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında gözəl nəticələr əldə edilməsinə gətirib çıxarıb. Son illərdə qaz ehtiyatlarının nəqlinin gücləndirilməsi və yeni bloklarda hasilat işlərinə başlanılması respublikamızın enerji siyasətinin daha da zənginləşməsinə səbəb olub və karbohidrogen resurslarının ixracı ilə bağlı strategiyaya əlavə komponentlər daxil edilib. Zəngin qaz ehtiyatlarına malik olan Azərbaycan enerji resurslarının nəqlində şaxələndirmə siyasətini genişləndirərək Avropanın bir çox dövlətlərinə yanacaq ixracını artırıb. Respublikamız dünyada təchizatçı kimi mövqeyini daha da möhkəmləndirib. Ölkədə həyata keçirilən enerji siyasəti regionun geosiyasi mənzərəsini dəyişdirməklə yanaşı, bölgədə sülh, dostluq və təhlükəsizlik dəhlizinin daha da genişlənməsinə imkan yaradıb. Bu strategiya ölkəmizin həyata keçirdiyi enerji siyasətini daha da zənginləşdirib və respublikamız dünyada təchizatçı kimi mövqeyini möhkəmləndirib. Son illər karbohidrogen ehtiyatlarının hasilatında və nəqlində artım meyilləri baş verib, xarici ölkələrə ixrac olunan yanacaq resurslarının həcmi əhəmiyyətli dərəcədə artıb. Respublikamızın dünyanın yeni enerji xəritəsində və geosiyasi-iqtisadi düzənində strateji üstünlüyü daha da artıb. Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Böyük potensial və təcrübə mühüm enerji şirkətlərini cəlb etməyə, yenilənən enerjiyə investisiya yatırmağa imkan verir. Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə təsdiqləyir. Avropa İttifaqına daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə daim xüsusi önəm verilir. Enerji təhlükəsizliyinin təminatı üçün alternativ variantlar üzərində müzakirələr aparan mütəxəssislərin qeyd etdikləri kimi, bu sahədə baxışları üst-üstə düşən Azərbaycanla əməkdaşlıq yalnız region, qitə deyil, bütövlükdə dünya dövlətləri üçün əhəmiyyətlidir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası, həmçinin bu reallığı təsdiqləyir ki, respublikada nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaradılıb. Neft və qaz hasil edən ölkə kimi Azərbaycanda aparılan islahatlar respublikanın müasirləşdirilməsinə, istehsalın, xüsusilə sənayenin şaxələndirilməsinə yönəldilib. Hazırda Azərbaycan yaşıl enerji ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrar edir.
Birinci mərhələdə – 2027-ci ilin sonunadək təxminən 2 giqavat gücün istismara verilməsi daxili tələbatın ödənilməsinə xidmət edəcək. Sonrakı mərhələdə isə əlavə 6 giqavatdan artıq gücün ixrac və data mərkəzlərinin enerji təminatına yönəldilməsi yaşıl enerjinin iqtisadi dəyər zəncirinə inteqrasiyasını şərtləndirir. Su elektrik stansiyalarının gücü 2030-cu ilə qədər 1800 meqavata çatdırılacaq, Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialı mərhələli şəkildə reallaşdırılacaq. Bu, enerji balansının şaxələndirilməsinə xidmət edir. Bununla yanaşı, Xəzər–Qara dəniz–Avropa, Mərkəzi Asiya–Azərbaycan, Naxçıvan–Türkiyə–Avropa və Azərbaycan–Türkiyə–Gürcüstan–Bolqarıstan yaşıl enerji dəhlizləri Azərbaycanın regional və qlobal enerji arxitekturasında strateji mövqeyini möhkəmləndirir. Bu mərhələ təkcə ekoloji məsuliyyət deyil, eyni zamanda, iqtisadi transformasiya, texnoloji modernləşmə və uzunmüddətli milli enerji təhlükəsizliyinin əsas sütunlarını formalaşdırır.
Hər sözü, hər bəyanatı xalqın yaddaşında iz buraxan, hər qərarı ölkəmizin inkişaf yolunda böyük sıçrayışlar yaradan Prezident lham Əliyev, sözün əsl mənasında, yeni bir Azərbaycan qurur: məğlubedilməz, durmadan güclənən və çiçəklənən, vətəndaşları üçün qürur mənbəyi olan güclü və qüdrətli Azərbaycan.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 12 Yanvar 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















