Azərbaycanın enerji brendi: Avropa Asiya oxunda diplomatiya və güc mərkəzləşməsi
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Əsrin ikinci rübünə qədəm qoyduğumuz bir dövrdə enerjitəhlükəsizliyi artıq yalnız texnoloji yeniliklər və alternativmənbələrin inkişafı ilə müəyyən olunmur. XXI əsrin enerjitəhlükəsizliyi doktrinası eyni zamanda siyasi cəsarət, diplomatikçeviklik, strateji planlaşdırma və enerji resurslarının suverenşəkildə idarə olunması kimi dəyərləri özündə birləşdirir. Qlobalenerji nizamının əsas oyunçuları üçün bu, təkcə enerji hasilatı vənəqli deyil, həm də enerji üzərində siyasi və geosiyasi təsirgücünün formalaşdırılması deməkdir. Bu kontekstdəAzərbaycan Respublikası son onillikdə qlobal enerji sisteminin periferiyasından mərkəzinə doğru sürətlə irəliləyərək, yalnız Cənubi Qafqaz regionunun deyil, bütövlükdə Avrasiyaməkanının enerji təhlükəsizliyində strateji mövqe qazanıb. Xəzər dənizi hövzəsində yerləşən zəngin karbohidrogenehtiyatları, eyni zamanda Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTE) və Cənub Qaz Dəhlizi kimi regional vəqitələrarası boru kəməri layihələri Azərbaycanın enerjistrategiyasını daha da gücləndirib.
İtaliya ilə dərinləşən strateji enerji oxu: Trans-AdriatikBoru Kəmərinin (TAP) siyasi və iqtisadi reallığı
Azərbaycanın qlobal enerji diplomatiyasının ən mühüminfrastruktur elementlərindən biri Cənub Qaz Dəhlizilayihəsidir. Bu layihə 3500 km-lik mühəndis-maliyyə vədiplomatik sinerjinin nəticəsidir və 4 seqmentdən - Şahdəniz IIyatağı, Cənubi Qafqaz Boru Kəməri (SCP), Trans-Anadolu BoruKəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) - ibarətdir. TAP bu dəhlizin son seqmenti olmaqla Azərbaycanqazını birbaşa Avropanın əsas iqtisadi güclərindən olan İtaliyayaçatdırır. 2020-ci ilin sonlarında kommersiya istismarına verilmişkəmər artıq 2021-ci ildən etibarən İtaliyanın enerjitəhlükəsizliyinin əsas sütunlarından birinə çevrilib. Yalnız 2023-cü ildə Azərbaycan İtaliyaya 10 milyard kubmetrə yaxın təbiiqaz ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 24 artımdeməkdir (Mənbə: İtaliya Energetika Nazirliyinin 2024-cü ilüçün hesabatı). Bu rəqəmlər İtaliyanın ümumi qaz istehlakınıntəqribən 10-11 nin məhz Azərbaycan mənşəli qaz hesabınatəmin olunduğunu göstərir. TAP layihəsi yalnız enerjitəhlükəsizliyi yox, həm də siyasi sabitlik baxımından ciddiəhəmiyyət daşıyır. Avropa İttifaqı üçün Rusiya qazındanasılılığın azaldılması prioritet olaraq qalır. Xüsusilə RusiyanınUkraynaya hərbi müdaxiləsindən sonra Avropanın enerjisiyasətində kəskin dönüş baş verdi və enerjinin şaxələndirilməsiəsas strateji kurs kimi qəbul edildi. Bu şəraitdə Azərbaycan qısamüddətdə etibarlı, siyasi risklərdən azad və texnoloji cəhətdəndayanıqlı alternativ olaraq ön plana çıxdı.
Enerji diplomatiyasından tərəfdaşlığa
İtaliya ilə Azərbaycan arasında formalaşmış enerjiəməkdaşlığı tədricən daha geniş strateji tərəfdaşlığatransformasiya olunur. Bu gün İtaliya təkcə Azərbaycan qazınınalıcısı deyil, həm də Azərbaycanın enerji sektorunda əsassərmayə tərəfdaşlarından biridir. 2023-cü ilin sonuna olanməlumata görə, İtaliya şirkətləri Azərbaycanın neft və qazsektoruna 2 milyard avroya yaxın sərmayə yatırıb. Bununlayanaşı, İtaliya rəsmi Bakı ilə bərpa olunan enerji, nəqliyyat, logistika və sənaye sahələrində də yeni layihələr üzrəəməkdaşlıq etməyə başlayıb. Bu istiqamətdə “Green EnergyCorridor” təşəbbüsü Xəzər dənizi sahillərində qurulacaq günəşvə külək enerjisi parklarının Avropaya inteqrasiyasını nəzərdətutur. Rəsmi Roma ilə Bakı arasında imzalanmış bir sıraikitərəfli sazişlər, o cümlədən enerji tranzitinə dair qarşılıqlıgüzəşt rejimləri, vergi və gömrük sahəsində normativsadələşdirmələr bu əlaqələrin institusional bazasınımöhkəmləndirib.
Beləliklə, XXI əsrin enerji təhlükəsizliyi modelindəAzərbaycan artıq sadəcə təbii resurs ixracatçısı deyil, geosiyasienerji oyunçusu kimi çıxış edir. Bu, həm mənbə ölkəsi, həmtranzit ölkə, həm də strateji tərəfdaş statusunu birləşdirən nadirnümunədir. Azərbaycanın bu mövqeyi enerji ilə yanaşı sabitlik, diplomatiya və geoiqtisadi inteqrasiya sahələrində də getdikcədaha çox əhəmiyyət kəsb edir. Nəticə etibarilə, Azərbaycanınenerji doktrinası artıq bir ölkənin iqtisadi siyasəti olmaqdançıxaraq, qitələrarası enerji təhlükəsizliyinin və Avropanın yenienerji arxitekturasının mühüm elementi kimi formalaşmaqdadır. TAP layihəsi və onun ətrafında qurulan enerji oxu yalnız birboru kəməri deyil, Avropa üçün enerji alternativliyi, siyasimüstəqillik və strateji davamlılıq modelidir.
Macarıstanın Bakı ilə strateji yaxınlaşması: enerji diplomatiyasından geosiyasi sinxronluğa doğru
XXI əsrdə enerji artıq yalnız iqtisadi dəyər daşıyan xammaldeyil, dövlətlərarası münasibətlərin və qlobal güc balansınıntəməl daşlarından biridir. Bu kontekstdə Azərbaycanla Avropaİttifaqı arasında formalaşan enerji tərəfdaşlığı getdikcə dərinləşirvə şaxələnir. Lakin bu münasibətlər içərisində Macarıstanınxüsusi yeri var. Budapeşt Azərbaycanın enerji resurslarını yalnıztexniki-iqtisadi mənbə kimi yox, həm də Avropanın siyasimuxtariyyəti və enerji suverenliyinin təminatçısı kimi qəbuledir. Macarıstanın Baş naziri Viktor Orbanın rəhbərlik etdiyihökumət xüsusilə 2022-ci ildən sonra bu strateji yanaşmanı dahaaçıq və ardıcıl şəkildə reallaşdırmağa başlayıb.
Orban administrasiyası və Azərbaycanın enerji resurslarına siyasi yanaşma
2022-ci ilin fevralından sonra Rusiyanın Ukraynaya hərbimüdaxiləsi ilə yaranan enerji böhranı fonunda Avropa İttifaqında Rusiya qazından asılılıq ciddi müzakirə mövzusunaçevrildi. Bu şəraitdə Orban hökuməti Brüsselin təklif etdiyienerji embarqolarını “özünü cəzalandıran strategiya” adlandıraraq, alternativ və etibarlı mənbələrə üstünlük verdiyinibəyan etdi. Həmin ilin iyul ayında Macarıstanın xarici işlər vəticarət naziri Peter Szijjarto Bakıya rəsmi səfərə gəldi və busəfər çərçivəsində iki ölkə arasında enerji və sənayeəməkdaşlığına dair 500 milyon avro dəyərində niyyət protokoluimzalandı. Sənəd çərçivəsində Mingəçevir İstilik-ElektrikStansiyasının modernizasiyası üçün texnoloji əməkdaşlıq vəbərpa olunan enerji sahəsində birgə layihələrin reallaşdırılmasınəzərdə tutulurdu. Macarıstan tərəfi xüsusilə günəş panelləri vəsmart şəbəkə texnologiyalarının tətbiqinə dair təkliflər irəlisürdü. Bu, təkcə texnoloji transfer olmaqla qalmayıb, həm dəenerji təhlükəsizliyi kontekstində “şərq-tərəfdaşlıq modeli”nininkişafına xidmət edirdi. 2023-cü ilin dekabr ayındaAzərbaycanla Macarıstan arasında Bakı-Budapeşt enerjiplatforması təsis olundu. Bu təşəbbüs həm ikitərəfli əməkdaşlıq, həm də Orta Dəhliz çərçivəsində enerji daşımalarının və yaşılenerji layihələrinin koordinasiyası baxımından regionaləhəmiyyət daşıyırdı. Platformanın əsas məqsədləri:
- Cənubi Qafqaz və Xəzər hövzəsində hasil olunan elektrikenerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya ötürülməsi;
- 2030-cu ilə qədər Azərbaycan yaşıl hidrogenininMacarıstan üzərindən Avropaya çatdırılması üçün texnoloji vəinfrastruktur bazanın qurulması;
- Macarıstanın enerji sisteminin Azərbaycan üzərindəngələcəkdə daha geniş enerji təchizatına açılması.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijjarto bumünasibətlə bildirib: “Avropa enerji təhlükəsizliyinin təməlibundan sonra Cənub Qaz Dəhlizidir və həmin dəhlizin sahibiAzərbaycandır. Macarıstan üçün bu, sadəcə enerji məsələsideyil, bu, milli təhlükəsizlik, iqtisadi sabitlik və siyasimuxtariyyət məsələsidir”. (Mənbə: Macarıstan Xarici İşlərNazirliyinin rəsmi bəyanatı, 15 dekabr 2023)
2023-cü ilin sonuna olan rəsmi məlumatlara əsasən, Macarıstan Azərbaycandan 1,5 milyard kubmetr qaz almaq üçün10 illik müqavilə imzalayıb. Bu müqavilə TAP kəməriningenişləndirilməsi ilə icra ediləcək. Macarıstan şirkətləriAzərbaycanın yaşıl enerji sahəsinə artıq 300 milyon avrodəyərində ilkin sərmayə yönəldib (xüsusilə Zəngilan vəCəbrayılda inşa olunacaq günəş-elektrik stansiyalarında iştirakməqsədilə). 2024-cü ilin əvvəlindən Macarıstan Azərbaycanlaregional logistik şəbəkələrin və enerji anbarlarının qurulmasıüzrə birgə texniki komissiya təsis edib. Bu əməkdaşlıq Avropaİttifaqı daxilində alternativ enerji mərkəzlərinin formalaşmasıbaxımından strateji presedent yaradır. Brüsselinmərkəzləşdirilmiş və normativ yanaşmasından fərqli olaraqBudapeşt daha çevik, qarşılıqlı maraqlara əsaslanan modeltəqdim edir. Bu modeldə Azərbaycan enerji ixracatçısı kimideyil, bərabərhüquqlu strateji tərəfdaş kimi mövqeyinitəsdiqləyir.
Orta Dəhliz və enerji sinxronluğunun mərkəzində duran Azərbaycan
Bakı-Budapeşt xətti təkcə qaz və elektrik ötürücüsü deyil, siyasi əlaqələndirmə xətti kimi də fəaliyyət göstərməyə başlayır. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyində vahidyanaşmalar əvəzinə şaxələndirilmiş və çoxqütblü enerjidiplomatiyasına keçidi simvolizə edir. MacarıstanınAzərbaycanın enerji resurslarına bu səviyyədə açıq dəstəkverməsi eyni zamanda Şərqi və Mərkəzi Avropa ölkələrininenerji suverenliyi uğrunda mübarizəsinin bir parçası kimiqiymətləndirilə bilər. Bununla da Azərbaycan enerjigeosiyasətinin strukturlaşdırılmasında aparıcı aktora çevrilir. Macarıstanla qurulan əlaqələr isə bu prosesin MərkəziAvropadakı strateji təzahürüdür.
Almaniyanın “realpolitik” dönüşü: enerji ehtiyacları fonunda siyasətin transformasiyası
XXI əsrin ikinci onilliyindən başlayaraq Avropanın enerjitəhlükəsizliyi gündəliyində radikal dəyişikliklər baş verir. Buprosesin sürətlənməsinə səbəb yalnız texnoloji və ekolojitələblər deyil, üstəlik, Rusiya-Ukrayna müharibəsi fonundageosiyasi risklərin artması və təchizat kanallarının qeyri-sabitliyidir. Bu kontekstdə Almaniya bir zamanlar siyasi-ideoloji motivlərlə formalaşdırdığı enerji siyasətində ciddikorrektələr aparmağa məcbur qalıb. Qərb dünyasında “ikilistandartlar” siyasəti üzündən tez-tez tənqid olunan Berlin artıqreallıqların diktəsi altında realpolitik yanaşmanı qəbuletməkdədir. Uzun illər erməni diasporu və bəzi daxili siyasidairələrin təzyiqi ilə Azərbaycana qarşı açıq və ya dolayı siyasiqərəz nümayiş etdirən Almaniya 2022-ci ilin fevralından sonraAzərbaycanı yenidən qiymətləndirmək məcburiyyəti qarşısındaqaldı. Rusiya ilə enerji əməkdaşlığının iflasa uğraması Almaniyaiqtisadiyyatına ciddi təsir göstərdi. 2021-ci ildə Almaniya qazehtiyaclarının 55 ni Rusiyadan alırdısa, 2023-cü ilin sonuna bugöstərici 15 ə qədər endi (Mənbə: Bundesnetzagentur, 2024). Belə bir şəraitdə alternativ və siyasi baxımdan neytraltəchizatçılar ön plana çıxdı, Azərbaycan bu boşluğu dolduranəsas namizəd oldu.
Almaniyanın Azərbaycandan qaz idxalı 2022-ci ildə 800 milyon kubmetrə, 2023-cü ildə 1,5 milyard kubmetrə, 2024-cüildə isə 2,5 milyard kubmetrə çatdı. Almaniyanın Federal Enerjivə İqlim Nazirliyinin proqnozlarına əsasən, bu həcmin 2026-cıilə qədər 5 milyard kubmetr təşkil edəcəyi gözlənilir ki, bu daAlmaniyanın illik ümumi qaz istehlakının təxminən 7-8 əhatəedəcək və Azərbaycanı ölkənin beş əsas enerji təchizatçısındanbirinə çevirəcək. Bakıdan Almaniyaya qaz nəqli əsasən TAP(Trans-Adriatik Boru Kəməri) və onunla inteqrasiya olunmuşİnterkonnektor Yunanıstan-Bolqarıstan (IGB) və Trans-Balkanmarşrutu vasitəsilə həyata keçirilir. 2023-cü ildə bu infrastrukturvasitəsilə Azərbaycan qazı ilk dəfə Almaniyanın Brunsbüttel LNG terminalı vasitəsilə qəbul edilib.
Yaşıl enerji əməkdaşlığı: Qara dəniz
kabeli və Zəngəzur dəhlizi layihələri
Almaniya yalnız qaz idxalçısı olmaqla kifayətlənmir. Avropa İttifaqının yaşıl keçid strategiyasına uyğun olaraq BerlinAzərbaycanın Xəzər hövzəsindəki bərpa olunan enerjiresurslarına da strateji maraq göstərir. Bu maraq 2022-ci ilindekabrında Buxarestdə imzalanmış “Yaşıl Enerji Alyansı” çərçivəsində rəsmiləşdirilib. Azərbaycan, Gürcüstan, Rumıniyavə Macarıstanın daxil olduğu bu təşəbbüs çərçivəsində QaraDəniz altı kabel vasitəsilə yaşıl elektrik enerjisinin Avropayaçatdırılması nəzərdə tutulur.
“Siemens” və “Enercon” kiminəhəng şirkətləri cəlb etməklə Almaniya 2023-cü ildə bulayihəyə 125 milyon avro texnoloji və analitik dəstək ayırıb. Üstəlik, Zəngəzur dəhlizi çərçivəsində yaşıl hidrogenin ixracıüçün infrastrukturun yaradılması məsələsində Almaniyanın birsıra enerji şirkətləri ilə danışıqlar aparılır. Bu isə Azərbaycanınyaşıl enerji potensialını Avropanın enerji təhlükəsizliyinəinteqrasiya etmək üçün strateji baza yaradır. Avropa İttifaqınınpostsovet məkanında buraxdığı ən böyük strateji səhlərdən biriAzərbaycan-Türkiyə tandeminin potensialını illərlə görməməsiolub. Avropanın diqqəti yalnız Gürcüstan və Ukraynayayönəltməsi Cənubi Qafqazın enerji və nəqliyyat sahəsindətransformasiyasını uzun müddət kölgədə qoydu. LakinAzərbaycan bu boşluğu doldurmaqla qalmadı, enerji resurslarınıgeosiyasi təsir alətinə, yəni “soft power”ə (yumşaq güc) çevirməyə də nail oldu. 2022-2024-cü illərdə rəsmi Bakı 15-dənçox Avropa ölkəsi ilə enerji və texnologiya sahəsində yenisazişlər imzaladı, Avropa Komissiyası ilə əməkdaşlıqda “EnerjiDiqqət Ölkəsi” statusu aldı. Bütün bunlar Azərbaycanı resursixracatçısından enerji arxitekturasının struktur dəyişkənliyindəiştirak edən fəal oyunçuya çevirib.
“Enerji Diqqət Ölkəsi” (ing. Energy Priority Country) statusu - Avropa İttifaqı tərəfindən müəyyən ölkələrə verilənqeyri-rəsmi, lakin strateji baxımdan yüksək əhəmiyyət daşıyanstatusdur. Bu termin əsasən Avropa Komissiyasının xarici enerjisiyasəti çərçivəsində istifadə olunur və həmin ölkəninAvropanın enerji təhlükəsizliyi, şaxələndirmə strategiyası vəenerji keçidi siyasətində mühüm tərəfdaş kimi tanındığını ifadəedir. Bu status rəsmi hüquqi sənədlə verilmir, AvropaKomissiyasının enerji sənədlərində və siyasi bəyanatlarındaəksini tapır.
“Enerji Diqqət Ölkəsi” adlandırılan dövlətlərə Aİ:
- diplomatik və texniki səviyyədə daha yüksək diqqətayırır;
- enerji layihələrində üstün partnyor kimi yanaşır;
- bərpa olunan enerji, infrastruktur və texnologiyasahələrində əlavə maliyyə və ekspert dəstəyi verir;
- enerji siyasəti üzrə dialoqları və çoxtərəfli əməkdaşlıqformatlarını daha da intensivləşdirir.
Azərbaycan 2022-ci ilin sonunda və 2023-cü ilinortalarında Avropa Komissiyası tərəfindən Avropanın enerjitəhlükəsizliyinin əsas tərəfdaşlarından biri kimi rəsmibəyanatlarla bu kateqoriyaya salınıb. Xüsusilə də, 2022-ci il iyulayının 18-də Avropa Komissiyasının Prezidenti Ursula fon derLyayen və Azərbaycan Prezidenti İlham Əliyev arasında Bakıdaimzalanmış “Strateji Enerji Tərəfdaşlığı Memorandumu” çərçivəsində Azərbaycan bu statusa faktiki olaraq yüksəldilib.
Memorandumda aşağıdakılar vurğulanırdı:
- Azərbaycan 2027-ci ilə qədər Aİ-yə qaz ixracını 20 milyard kubmetrə çatdıracaq;
- Bərpa olunan enerji sahəsində texnoloji və sərmayəəməkdaşlığı genişləndiriləcək;
- Cənub Qaz Dəhlizi daha da dərinləşdiriləcək və digər Aİölkələri ilə inteqrasiyası gücləndiriləcək.
Ursula fon der Lyayen həmin səfər zamanı qeyd etmişdi: “Azərbaycan bu gün enerji üzrə bizim əsas tərəfdaşımızdır vəAİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi yertutur”. (Avropa Komissiyası, 18 iyul 2022, Bakı bəyanatı)
Beləliklə, “Enerji Diqqət Ölkəsi” statusu AzərbaycanınAvropa üçün sadəcə təbii resurs mənbəyi deyil, enerji keçidində, infrastruktur quruculuğunda və texnoloji transformasiyadamühüm iştirakçı kimi tanındığını göstərir. Bu status Aİ ilə dahasıx texniki əməkdaşlıq, maliyyə dəstəyi və siyasi dialoqlar üçünyeni imkanlar yaradır. Almaniyanın Azərbaycana yönələnsiyasəti artıq təkcə enerji ehtiyaclarının diktəsi ilə deyil, bölgədəformalaşan yeni güc balansının tanınması ilə izah olunur. Berlinin Bakıya yaxınlaşması siyasi riyakarlıqdan real maraqlarakeçidin nümunəsi olmaqla yanaşı, Avropanın öz geosiyasisəhvlərini düzəltməyə çalışmasının da göstəricisidir. Rəsmi Bakıbu prosesdə tarixi yaddaşı unutmadan, lakin gələcəyə baxaraq, qlobal miqyasda etibarlı və məsuliyyətli enerji tərəfdaşı kimiçıxış edir. Avropanın bu gün Azərbaycanla əməkdaşlığa canatması yalnız iqtisadi zərurət deyil, həm də geosiyasi reallığın vərasionalizmin təntənəsidir.
Azərbaycan qazı Suriyada: Prezident İlham Əliyev yeni enerji körpüsünün memarıdır
Bu günlərdə Azərbaycanın beynəlxalq enerji diplomatiyasıtarixində növbəti möhtəşəm səhifə yazıldı: Azərbaycan qazıartıq Türkiyə üzərindən Suriyaya çatdırılır. Bu hadisə, heçşübhəsiz, təkcə iqtisadi yox, həm də siyasi və humanitarcəhətdən xüsusi önəm daşıyır. Lakin bu nailiyyətin arxasındayalnız uğurlu texniki layihə durmur, ilk növbədə dərin stratejibaxış və uzaqgörən liderlik dayanır. Bu prosesin uğurlareallaşmasının başlıca səbəbi Prezidenti
İlham Əliyevin dünya miqyasında qazandığı nüfuzu vəpraqmatik xarici siyasətidir. Cənubi Qafqazla Yaxın Şərqarasında enerji körpüsünün təməlinin qoyulması İlham Əliyevinregional sabitlik strategiyasına əsaslanır. Bu layihənin əsaskonturları 2024-cü ilin aprelində Antalyada, iyulda isə BakıdaAzərbaycan və Suriya prezidentləri arasında keçiriləndanışıqlarda cızılmışdı. Həmin danışıqlarda Prezident İlhamƏliyev Suriyanın enerji ehtiyaclarının qarşılanmasına dair ortayasiyasi iradə qoymuş, regionda sabitliyin və sosial rifahın enerjitəhlükəsizliyi ilə birbaşa bağlı olduğunu vurğulamışdı. Suriyakimi uzun illər müharibə və xaos girdabında qalmış bir ölkəyəqaz nəql etmək üçün yalnız texniki infrastruktur yetmir, buradagüclü siyasi iradə, beynəlxalq etimad və diplomatik çevikliktələb olunur. Bu xüsusiyyətlərin hər biri Azərbaycan Prezidentinin şəxsində təcəssümünü tapıb. İlham Əliyev ötənillər ərzində Azərbaycanı etibarlı enerji tərəfdaşı və beynəlxalqsabitlik platforması kimi tanıdıb. Bu gün Azərbaycan qazıAvropanın mərkəzinə, Balkanlara, Orta Asiyaya, indi isə YaxınŞərqə - Suriyaya qədər çatırsa, bu, məhz AzərbaycanPrezidentinin çoxvektorlu enerji strategiyasının nəticəsidir.
Türkiyə və Qətərlə tərəfdaşlıq: liderlərin birliyi
Suriyaya qaz nəqlinin reallaşması həm də Prezident İlhamƏliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və QətərƏmiri Tamim bin Hamed Al Sani ilə qurduğu strateji ittifaqıngöstəricisidir. Bu liderlərin arasında formalaşmış qarşılıqlıetimad və ortaq baxışlar bu gün regionda yeni əməkdaşlıqimkanlarına geniş meydan açır. Bu layihənin gerçəkləşməsindəTürkiyənin tranzit rolu və logistik dəstəyi də həlledici olub. Azərbaycan-Türkiyə strateji əlaqələri yalnız enerji deyil, dahageniş təhlükəsizlik və iqtisadi rifah baxımından da regionanümunədir. İki qardaş ölkə Suriyanın bərpasında da birliknümayiş etdirir. Suriyaya çatdırılması planlaşdırılan qazın həcmiilkin mərhələdə 1,2 milyard kubmetr təşkil edir. Bu, həmSuriyanın enerji təchizatında dönüş nöqtəsidir, həm dəAzərbaycanın beynəlxalq qaz bazarındakı rolunun getdikcəartdığını göstərir. Hazırda Azərbaycan qazı 14 ölkəyə ixracolunur, bu siyahının genişlənməsi SOCAR-ın qlobalstrategiyasına uyğundur. Şirkətin xaricdə həyata keçirdiyihasilat layihələri və strateji əməkdaşlıqlar onu regionun ənnüfuzlu enerji şirkətlərindən birinə çevirib. Bu da birbaşaPrezident İlham
Əliyevin uzunmüddətli dövlət strategiyasının və neft-qazsiyasətinin bariz göstəricisidir.
Azərbaycanın Suriyaya qaz nəql etməsi sadəcə bir ixracəməliyyatı deyil. Bu, enerji vasitəsilə sabitlik, inkişaf vəhumanitar dəstək gətirən yeni mərhələdir. Bu mərhələninmemarı isə İlham Əliyevdir. Onun liderliyi, qətiyyəti və sülhəəsaslanan regional vizyonu sayəsində Azərbaycan bu gün YaxınŞərqdə də strateji aktora çevrilməkdədir. Bu layihə bir dahasübuta yetirdi ki, Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, həm də sülh, sabitlik ixrac edən lider dövlətdir.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert

