Icma.az
close
up
RU
Azərbaycanın etiraz notası Moskvaya ciddi siyasi mesajdır Deputat

Azərbaycanın etiraz notası Moskvaya ciddi siyasi mesajdır Deputat

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya səfiri Mixail Yevdokimovu çağıraraq kəskin etiraz notası təqdim etməsi Bakı-Moskva xəttində son dövrün ən ciddi diplomatik gərginliklərindən biridir. Ukraynanın Mikolayiv vilayətində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə bağlı XİN-in bəyanatındakı ən sərt məqam, haqlı olaraq, bu hücumların məqsədyönlü şəkildə həyata keçirilmə ehtimalına dair vurğudur. Həqiqətən də müharibə şəraitində koordinat səhvləri bir-iki dəfə qəbul edilə bilsə də, SOCAR-a məxsus Odessadakı neft bazası, qazpaylayıcı stansiya və son Mikolayiv hadisəsi artıq bütöv bir hədəf zənciri formalaşdırır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirdi.

Onun sözlərinə görə, SOCAR Azərbaycan dövlətinin iqtisadi simvolu və strateji sütunu olduğu üçün bu obyektlərin ardıcıl hədəf alınmasını rəsmi Bakı təsadüf statusundan çıxarır və Moskvaya bu səhvləri müharibənin qaçılmaz itkiləri kimi qəbul etməyəcəyi mesajını verir:

"Digər tərəfdən, etiraz notası sadəcə kommersiya mülkiyyəti ilə məhdudlaşmır. Kiyevdəki Səfirlik və Xarkovdakı Fəxri Konsulluq binalarının da zərər gördüyünün xatırladılması məsələni birbaşa beynəlxalq hüququn əsası olan Vyana Konvensiyasına bağlayır. Yəni Azərbaycan məsələni birtərəfli müstəvidən çıxararaq Rusiyanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozduğunu rəsmən sənədləşdirir. Rusiyanın bu notadan sonra dərhal günahını etiraf edəcəyini gözləmək real olmasa da, Azərbaycan bu addımı ilə gələcəkdə dəymiş ziyanın kompensasiyası üçün hüquqi baza yaradır və Moskva ilə danışıqlar masası üçün əhəmiyyətli bir siyasi arqument əldə edir. Ən əsası isə bu qətiyyətli mövqe Azərbaycanın öz mülkiyyətini, vətəndaşını və diplomatik statusunu hər bir şərtdə qorumaq iradəsinin açıq göstəricisidir".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 İyul 2026 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri