Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ölkəmizi yeni ideya və təşəbbüslərin “ixrac mərkəzi”nə çevirib
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, beynəlxalq tədbirlərin Azərbaycanda təşkili hər şeydən öncə ölkəmizə olan etimad və inamın, dövlət başçısı cənab İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzunun,ölkəmizdə olan siyasi sabitlik və təhlükəsizlik mühitinin göstəricisidir: “Bu reallıq ondan xəbər verir ki, dünya dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın bu sahədəki təcrübəsinə inanır və bu təcrübəni yüksək qiymətləndirir. Bu cür tədbirlərin ölkəmizdə təşkilinin dövlətimiz üçün bir çox müsbət nəticəsi mövcuddur. Ölkəmiz ev sahibliyi elədiyi tədbirlər fonunda beynəlxalq aləmdəki nüfuzunu sürətlə artırır. Bu tədbirlər beynəlxalq miqyasda siyasi-iqtisadi təşəbbüslərin Azərbaycanın əlində cəmləşməsinə, ölkəmizin yeni ideya və təşəbbüslərin “ixrac mərkəzi”nə çevrilməsinə səbəb olur”.
Müşfiq Cəfərov
Müşfiq Cəfərov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq aləmdə cərəyan edən prosesləri dərindən anlayan və strateji düşüncəyə malik bir liderdir: “Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüs və proqramlar Azərbaycanı beynəlxalq münasibətlər sistemində mühüm aktorlardan birinə çevirib. Dövlətimizin başçısı təkcə regional deyil, həm də qlobal problemlərin həlli üçün səmərəli təkliflərlə çıxış edir. Cari ildə Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün atılan addımlar və beynəlxalq platformalarda liderlik təşəbbüsləri onun qlobal siyasətdəki fəallığını bir daha təsdiqləyir. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın tarixi və mədəni irsini dünyaya tanıdır. Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 08 Yanvar 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















