Azərbaycanın FIFA referiləri Konfrans Liqasına təyinat alıblar
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 15 avqust, AZƏRTAC
Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA-dan yeni təyinat alıblar.
AZƏRTAC xəbər verir ki, hər iki hakim Konfrans Liqasının oyunlarını idarə edəcək.
Ə.Ağayev pley-off mərhələsində Slovakiyada Ukraynanın “Polesye” və İtaliyanın “Fiorentina” komandaları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
E.Məsiyev isə Sloveniyada “Selye” ilə Çexiyanın “Banik Ostrava” komandasının matçını idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, matçın dördüncü hakimi isə Fərid Hacıyev olacaq.
Qeyd edək ki, hər iki qarşlaşma avqustun 21-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 15 Avqust 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















