Icma.az
close
up
RU
Azərbaycanın futzal millisinin baş məşqçisi: “Yunanıstanla səfər matçında bizi ancaq qələbə qane edəcək”

Azərbaycanın futzal millisinin baş məşqçisi: “Yunanıstanla səfər matçında bizi ancaq qələbə qane edəcək”

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yunanıstanla səfər matçında bizi ancaq qələbə qane edəcək.

Bunu “Report”a açıqlamasında Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov AVRO-2026-nın əsas mərhələsində Yunanıstana qarşı keçirəcəkləri oyunun hazırlıqları ilə bağlı danışarkən deyib.

Mütəxəssis komandanı maksimum hazır vəziyyətə gətirməyə çalışacaqlarını deyib:

“Artıq ikinci gündür ki, toplanışdayıq. Kənan Manafov, Murad Quluzadə və Nihad İsmayılov zədədən tam sağalsalar da, özlərini bir qədər narahat hiss edirlər. Seymur Məmmədov şəxsi problemlərə görə Yunanıstana gedə bilməyəcək. “Neftçi” İK-dən Eldar Zeynalovu dəvət etmişik. Yüksək Liqada keçirdiyi son iki oyunda özünü yaxşı tərəfdən göstərmişdi. Rövşən Hüseynli Qazaxıstan çempionatında “Kayrat”a qarşı oynadığına görə bu gün komandaya qoşulacaq. Oyuna 5 gün vaxt var. Bu müddətdə komandanı maksimum hazır vəziyyətə gətirməyə çalışacağıq. Bizi ancaq qələbə qane edəcək. Yunanıstana heç-heçə  üçün getməyəcəyik”.

O, futzalçıların fiziki durumlarının hələ tam qaneedici olmadığını vurğulayıb:

“İki gündür fiziki məşqlər keçirik. Uşaqlar fiziki cəhətdən hələ tam hazır deyillər”.

V.Borisov Yunanıstanla oyunda şansları dəyərləndirib:

“Şanslarımız faiz nisbətilə 50-nin 50-yədir. Yunanıstanla Bakıdakı oyuna yaxşı başlamışdıq. Amma sonda heç-heçə qeydə alındı. Ona görə də şanslar bərabərdir. Yunanıstan çempionatının oyunları yayımlanmır deyə, izləmək çətindir. Ona görə də hansı dəyişikliklərin ola biləcəyini müəyyənləşdirmək çətindir. İsveçə və bizə qarşı matçlarda heyətdə dəyişikliklər var idi. İki əsas oyunçuları Bakıya gəlməmişdi. Yunanıstan martın 7-də Xorvatiyaya qarşı oynayacaq. Heyətləri müəyyənləşəndən sonra hansı dəyişikliklər olub-olmayacağı barədə məlumat əldə edə biləcəyik”.

Qeyd edək ki, Yunanıstan - Azərbaycan matçı martın 11-də, saat 21:00-da Afinada baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Mart 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri