Icma.az
close
up
RU
Azərbaycanın görkəmli ziyalıları VI Yay Düşərgəsində

Azərbaycanın görkəmli ziyalıları VI Yay Düşərgəsində

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 avqust, AZƏRTAC

Xankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin iştirakı ilə panel təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən panelin qonaqları Xalq artisti, professor, dirijor Yalçın Adıgözəlov, Xalq artisti, teatr və kino aktyoru Fəxrəddin Manafov, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev, Əməkdar incəsənət xadimi, Türkiyənin Çukurova Universitetinin professoru Cahangir Novruzov olub.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın mədəniyyət elçiləri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad olunmasını və dünya azərbaycanlı gəncləri ilə Xankəndidə bir araya gəlmələrinin qürurunu böyük şövqlə dilə gətiriblər. Gənclərə fərqli xalqlar və mədəniyyətlər arasında “mədəni körpü” rolu oynamağın sirlərindən danışılıb, qarşılıqlı anlaşma, inteqrasiya və mədəni tolerantlıq barədə tövsiyələr verilib.

Çıxışlarda hər bir xalqın kimliyinin, tarixinin, dünyagörüşünün, dəyərlərinin ifadəsi və unikallığının nümayiş etdirilməsi baxımından mədəniyyətin əvəzsiz rolu diqqət mərkəzinə gətirilib. Qeyd olunub ki, xalqların gücü yalnız iqtisadi və ya hərbi sahədə deyil, onun mədəni irsində də öz əksini tapır. Məhz buna görə dünya azərbaycanlıları ölkəmizi həm də ən güclü vasitələrdən olan mədəniyyətlə təmsil etməli, ölkəmizə dostlar qazandırmalıdırlar. İştirakçılar Diaspor Gənclərinin Yay düşərgələrinin bu baxımdan unikal bir platforma olduğunu bildirib və onun yaradılmasına görə Azərbaycan dövlətinə minnətdarlıq ifadə ediblər.

İnteraktiv və səmərəli fikir mübadiləsinin aparıldığı paneldə düşərgə iştirakçısı olan xaricilərin Azərbaycan dilində danışmaları, qonaqları bəstəkar mahnıları ilə salamlamaları böyük coşqu yaradıb.

Xatırladaq ki, Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edib. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən artıq gənc qatılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Avqust 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri