Icma.az
close
up
RU
Yay düşərgəsində böyük maraq yaradan “Xankəndi” paneli

Yay düşərgəsində böyük maraq yaradan “Xankəndi” paneli

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondu ilə birgə təşkil etdiyi Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində “Xankəndi” adlı panel təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızının moderatorluğu ilə keçirilən paneldə Xankəndidə doğulan, Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, sabiq millət vəkili Flora Qasımova, Xankəndidən olan və hazırda Norveçdə yaşayan azərbaycanlı musiqiçi Arzu Rzayeva, professor Solmaz Tohidi və Xankəndi sakini Xatirə Vəliyeva iştirak ediblər.

Paneldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə üçrəngli bayrağımızı qaldırmasının görüntüləri,  həmçinin Xankəndi şəhərinin salınma tarixi ilə bağlı Azərbaycan və ingilis dillərində videomaterial nümayiş olunub.

Qədim Azərbaycan torpaqlarında salınan Xankəndi şəhərinin zəngin tarixi  və burada əzəli Azərbaycan mədəniyyətinin mövcudluğu barədə tarixi faktlar səsləndirilib, Xankəndinin erməniləşdirilməsi və tarixi ədalətin bərpa olunaraq şəhərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasının rəmzinə çevrilməsindən danışılıb. Həmçinin panelin xankəndili iştirakçıları xatirələrini danışıb, 30 ildən sonra Qarabağa qayıdışın sevincini bölüşüblər.

Panel sualların cavablandırılması və düşərgə iştirakçılarının qəhrəmanlıq ruhunda mahnıları ifa etmələri ilə yekunlaşıb. Diaspor gəncləri paneli mövzu və forma baxımından yeni platforma kimi dəyərləndirib, panel boyu həm qürurverici, həm də duyğulu anlar yaşadıqlarını qeyd ediblər. 

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşdirilir.  Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri