Icma.az
close
up
RU
Azərbaycanın gücü Heydər Əliyevin siyasətindən doğdu ŞƏRH EDİLDİ

Azərbaycanın gücü Heydər Əliyevin siyasətindən doğdu ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ümumilli Lider elə bir şəxsiyyətdir ki, Azərbaycanda elə bir ailə, elə bir vətəndaş yoxdur ki, onun həyatında izləri, xatirələri olmasın. Şəxsən mənim və ailəmin həyatında Ulu Öndərin oynadığı rol barədə saatlarla danışa bilərəm. Məsələn, mən Xankəndi şəhərini təmsil edən millət vəkili kimi deyə bilərəm ki, Ümumilli Liderimizin Qarabağda, xüsusilə də Azərbaycanda birinci dəfə hakimiyyətə gəldikdən sonra gördüyü işlər, erməni separatizminin zəiflədilməsi və ona vurulan zərbələr bizim üçün nə qədər mühüm və önəmli idisə, bu, mütləq qeyd edilməlidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə,Ümumilli Liderin daha sonra Qarabağla bağlı böyük xidmətləri ondan ibarət idi ki, o, Azərbaycanda hakimiyyətə ilk dəfə gəldiyi 70-ci illərdə Qarabağda Azərbaycanın nüfuzunun artması, təsir rıçaqlarının genişlənməsi və erməni separatizminə qarşı ciddi addımlar atılması üçün mühüm imkanlar yaratdı: "Həmin dövrdə Ümumilli Liderin təşəbbüsü ilə Qarabağda Azərbaycan dilində məktəblərin sayı artırıldı, təhsilin ana dilində aparılması gücləndirildi.

Xankəndində - hazırda Qarabağ Universitetinin yerləşdiyi binada - fəaliyyət göstərmiş Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı məhz onun təşəbbüsü ilə yaradılmışdı. Mənim şəxsi həyatımda və ailəmin taleyində də Ulu Öndərin böyük rolu olub. Atam 1975–1980-ci illərdə həmin filialın tarix fakültəsində Azərbaycan dilində təhsil alıb. O zaman erməni separatizminin mərkəzi olan Xankəndində azərbaycanlıların Azərbaycan dilində təhsil alması, bir arada yaşaması və təhsil mühiti formalaşdırması separatizmin onurğa sütununa vurulmuş mühüm zərbə idi. Ümumilli Liderin təşəbbüsü ilə Qarabağ bölgəsinə xüsusi büdcələr ayrıldı, infrastruktur layihələri icra olundu. O dövrdə erməni separatizmi faktiki olaraq baş qaldıra bilmədi.

Lakin 1990-cı illərin əvvəllərində - Azərbaycanın ilk müstəqillik illərində - Heydər Əliyev hakimiyyətdə olmadığı, ölkədə xaos hökm sürdüyü vaxtda erməni separatçıları yaranmış boşluqdan istifadə edərək Qarabağı işğal etdilər, xalqımıza qarşı qətliamlar törətdilər.

Lakin Ulu Öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq ölkənin parçalanmasının qarşısını aldı. Azərbaycan çox ciddi mövcudluq böhranı — “existential threat” — yaşayırdı. Ümumilli Lider ilk növbədə erməni işğalının qarşısını aldı, hərbi birləşmələrin ölkənin daxilinə doğru irəliləməsinə son qoydu. Ardınca isə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanı regional və beynəlxalq səviyyədə gücləndirən yeni dövr başladı. Dünyanın ən böyük enerji şirkətləri Azərbaycana gəldi, investisiyalar axmağa başladı. Bu, həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük qələbə idi. Məhz o siyasətin nəticəsində bu gün Prezident İlham Əliyev həmin xətti uğurla davam etdirərək Azərbaycanın tarixi qələbəsini təmin edib.

2020-ci ildə baş verən Vətən müharibəsi və ondan sonrakı proseslər Azərbaycanı yeni tarixi mərhələyə çıxardı. Bu gün artıq Azərbaycan qlobal siyasətdə söz sahibidir. Avropa İttifaqı, ABŞ, Çin və Türk Dövlətləri Təşkilatı kimi güc mərkəzləri ilə bərabər əsaslı münasibətlər qurulub və Azərbaycan bu siyasətin formalaşmasında aktiv iştirak edir.

Bütün bu uğurların bünövrəsini isə Ulu Öndər Heydər Əliyev qoymuşdu. Mən bir Qarabağ millət vəkili kimi bu gün onun xatirəsini anarkən, xüsusilə də Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsi kontekstində gördüyü işləri xüsusi qeyd etməyi özümə borc bilirəm. Bu, onun zəngin siyasi irsinin yalnız bir hissəsidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri