Azərbaycanın igid oğulları Vətən müharibəsində türkün gücünü bütün dünyaya göstərdilər
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 26 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri biologiya elmlər doktoru, professor Könül Baxşəliyeva açaraq sentyabrın 27-nin tariximizin əlamətdar günlərindən biri olduğunu söyləyib. Qeyd edilib ki, sentyabrın 27-si Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir. Azərbaycanın igid oğulları elə bir zəfər tarixi yazdılar ki, bütün dünyaya türkün gücünü, qüdrətini sübut etdilər.
Daha sonra institutun elmi işçisi Aqil Əhmədli çıxış edərək 27 sentyabrın hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Qələbənin təməlinin qoyulduğu şərəfli gün olduğu qeyd edib. Vurğulayıb ki, şəhidlərimizin xatirəsi qarşısında baş əyərək, hər birimiz onların canı bahasına qazanılmış Qələbənin məsuliyyətini daşıyırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 26 Sentyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















