Icma.az
close
up
RU
Azərbaycanın İQLİM HƏDƏFLƏRİ: 2050 yə gedən YOL XƏRİTƏSİ

Azərbaycanın İQLİM HƏDƏFLƏRİ: 2050 yə gedən YOL XƏRİTƏSİ

Yenicag saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan ekologiya sahəsindəki uğurları ilə beynəlxalq arenada hər zaman diqqət çəkməyi bacarıb. Xüsusilə BMT-nin Bakıda keçirilən beynəlxalq iqlim konfransı COP29 çərçivəsində Azərbaycan daha bir uğura imza atdı.

Ölkəmiz iqlim dəyişikliyi ilə mübarizədə qabaqcıl tədbirlər həyata keçirərək, 2050-ci ilədək karbon emissiyalarının minimum səviyyəyə endirilməsi ilə bağlı hədəf qoyub. Bu məqsədlə Azərbaycanın bərpa olunan enerji sahəsindəki atdığı addımlar, xüsusilə külək və günəş enerjisi layihələrinin genişlənməsi, həm ölkənin enerji təhlükəsizliyini gücləndirir, həm də qlobal iqlim siyasətində müsbət təsir göstərir.

Bundan əlavə, Azərbaycan təbii sərvətlərin qorunması və ekosistemlərin bərpası sahəsində də mühüm uğurlar əldə edib. Bioloji müxtəlifliyin qorunması istiqamətində mühüm layihələr həyata keçirir və meşə sahələrinin bərpası üçün konkret addımlar atır. Bu təşəbbüslər yalnız daxili ehtiyatların mühafizəsinə deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

COP29-da Azərbaycanın nümayəndə heyəti, iqlim dəyişikliyi ilə mübarizənin daha effektli olması üçün regionlararası əməkdaşlığın vacibliyini vurğulayıb. Ölkə, digər dövlətlərlə birlikdə iqlim dəyişikliyinə qarşı mübarizənin gücləndirilməsi, davamlı inkişaf və təbii sərvətlərin mühafizəsi sahəsində təcrübə mübadiləsini təşviq edir. Azərbaycanın bu istiqamətdəki uğurları, onun qlobal ekoloji siyasətdəki mövqeyini daha da möhkəmləndirir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib ki, ekologiya və ətraf mühitin mühafizəsi məhz maarifləndirmə və mədəniyyət məsələsindən asılıdır.

“Misal üçün polietilen torbalar ödənişli oldu, ancaq buna alternativ hansısa təşəbbüs müşahidə edilmədi. Düzdür, ətraf mühitin qorunması üçün ödənişin tətbiq olunması yaxşı addımdır. Ancaq yenə də həmin məbləği ödəyib əldə edən şəxs ətrafı tullantı ilə çirkləndirə bilər. Bu sahədə nailiyyətin əldə olunması yalnız hökumətin atacağı addımla mümkündür. Kağız, parça və həsir torbalar buna bariz nümunədir. Sözügedən kontekstdə həmin məhsulların hazırlanması vacib məsələdir”.

Onun sözlərinə görə, xüsusilə COP29 çərçivəsində ekologiya və ətraf mühitin mühafizəsi istiqamətdə ölkəmiz yenə də uğur qazandı və beynəlxalq miqyasda nüfuzunu artırdı.

“Lakin bu bir neçə günlük tədbir kimi yadda qalmamalıdır. Cəmiyyət olaraq sözügedən sahədə gələcək nəsillər üçün üzərimizə düşən məsuliyyəti dərk etmək lazımdır. Yaşıllıqları qorumalı və artırmağı bacarmalıyıq. Əgər cəmiyyət və dövlət olaraq ekologiya və ətraf mühitin qorunması sahəsində nailiyyət əldə etmək istəyiriksə davamlı, eyni zamanda ardıcıl olaraq işlər görməliyik”, – deyə o bildirib.

Yaşıl iqtisadiyyatın ekologiya və ətraf mühitin qorunmasına təsirindən danışan iqtisadçı Aslan Əzimzadə isə deyib ki, dayanıqlı inkişafın əldə olunması üçün əsas istiqamətlərdən biri də ekoloji inkişafla bağlıdır.

“Bu gün dünya ölkələri dayanıqlı inkişaf məqsədlərini reallaşdırmaq üçün həm də ətraf mühitin və ekoloji təhlükəsizliyin qorunması istiqamətdə addımlar atırlar. Azərbaycan da sözügedən istiqamətdə işlər görərək yüksək nailiyyətlər əldə edib. Xüsusi qeyd olunmalıdır ki, bu gün Avropa ölkələrinin Azərbaycandakı yaşıl enerji potensialına tələbatı var. COP29 ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətdə marağı artırdı”.

“Əsas məqamlardan biri də bölgələrdə təmiz elektrik enerjisi istehsalının regional xarakter almasıdır. İndiki dövrdə ölkəmiz təmiz elektrik enerjisi ixracı istiqamətində haba çevrilə bilər. Region ölkələrinin bu haba qoşulması təmiz elektrik istehsalı və xüsusən də alternativ enerji generasiyası ixracındakı rəqabət qaibiliyyətliliyini artıra bilər. Sadalanan amillər nəzərə alındıqda sıx əməkdaşlıq zəruri faktora çevrilir. Bir sözlə, bu gün Azərbaycanda ekoloji mühitin inkişafı dayanıqlı və artan trendlərlə müşahidə edilməkdədir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:353
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 31 Yanvar 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri