Icma.az
close
up
RU
Azərbaycanın siyasi yol xəritəsi mühüm strateji nailiyyətlər və hədəfləri ehtiva edir

Azərbaycanın siyasi yol xəritəsi mühüm strateji nailiyyətlər və hədəfləri ehtiva edir

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə məzmun və ton baxımından klassik hesabat xarakterini aşaraq, Azərbaycanın formalaşmaqda olan yeni siyasi mərhələsinin konturlarını açıq şəkildə göstərir. Bu müsahibə bir tərəfdən ötən dövrün yekunlaşdırılmasıdırsa, digər tərəfdən yaxın illər üçün dövlət idarəçiliyində, iqtisadi strategiyada və xarici siyasətdə hansı prioritetlərin əsas götürüləcəyinə dair aydın siyasi manifest rolunu oynayır. Müsahibənin ümumi ruhu göstərir ki, Azərbaycan artıq post-münaqişə dövrünü “adaptasiya mərhələsi” kimi deyil, uzunmüddətli sabit inkişaf mərhələsi kimi qəbul edir. Prezidentin çıxışında tez-tez vurğulanan əsas xətt ondan ibarətdir ki, əldə olunmuş siyasi və hərbi nəticələr özlüyündə məqsəd deyil, yeni idarəetmə keyfiyyəti və iqtisadi səmərəlilik üçün başlanğıc nöqtəsidir. Bu yanaşma Azərbaycanın dövlətçilik fəlsəfəsində mərhələli keçidin başa çatdığını göstərir. İdarəetmə ilə bağlı səsləndirilən fikirlər xüsusilə diqqətəlayiqdir. Prezident açıq şəkildə bildirir ki, islahatlar davam edəcək və bu proses selektiv deyil, sistemli xarakter daşıyacaq. Onun məmurlara ünvanladığı sərt mesajlar hakimiyyət daxilində yeni intizam mərhələsinin başlandığını göstərir. Burada əsas vurğu struktur dəyişikliklərindən çox, icra məsuliyyəti və nəticə tələbidir. Bu, Azərbaycanın qarşıdakı dövrdə daha az populizmə, daha çox performans əsaslı idarəetməyə keçmək niyyətində olduğunun siyasi göstəricisidir. İqtisadi məsələlərə münasibət Prezidentin strateji düşüncə tərzini açıq ortaya qoyur. Dövlət Neft Fondunun qızıl ehtiyatlarını artırmaqla milyardlarla dollar əlavə gəlir əldə etməsinin xüsusi vurğulanması təsadüfi deyil. Bu, bir tərəfdən maliyyə təhlükəsizliyinin möhkəmləndirilməsi, digər tərəfdən isə neft gəlirlərinin idarə olunmasında konservativ və uzunmüddətli yanaşmanın prioritet olduğunu göstərir. Prezident bu nümunə ilə açıq mesaj verir: iqtisadi sabitlik xərcləmə yox, ehtiyat yaratmaq üzərindən təmin olunmalıdır. Xarici siyasətə dair mövqelər müsahibənin ən mühüm siyasi qatlarından biridir. İlham Əliyevin beynəlxalq məsələlərə münasibəti göstərir ki, Azərbaycan artıq regional proseslərdə passiv iştirakçı deyil, öz mövqeyini formalaşdıran və açıq ifadə edən aktordur. Fələstin məsələsində səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, selektiv olmayan mövqe tutduğunu nümayiş etdirir. Bu yanaşma Bakının həm Qərb, həm də Qlobal Cənub ölkələri ilə münasibətlərində balanslı, lakin prinsipial xətt yürütmək niyyətində olduğunu göstərir. Müsahibədə hiss olunan əsas siyasi mesajlardan biri də suverenlik anlayışının gücləndirilməsidir. Prezidentin ritorikasında “kənar təsirlər”, “ikili standartlar” və “daxili işlərə qarışmamaq” mövzuları dolayı yolla, lakin aydın hiss olunur. Bu, Azərbaycanın beynəlxalq müstəvidə öz qərarlarını kənar təzyiqlərdən asılı olmayaraq vermək əzmində olduğunu göstərir və dövlətin siyasi özünəinamının artdığını təsdiqləyir. Ümumilikdə, bu müsahibə Azərbaycanın yaxın dövr üçün siyasi yol xəritəsini aydınlaşdırır: nəticəyönümlü idarəetmə, iqtisadiyyatda ehtiyatlı və uzunmüddətli strategiya, xarici siyasətdə isə balanslı, amma açıq mövqe. Prezident İlham Əliyev bu müsahibə ilə həm dövlət aparatına, həm cəmiyyətə, həm də beynəlxalq auditoriyaya eyni mesajı verir: Azərbaycan artıq yeni mərhələyə keçib və bu mərhələdə qeyri-müəyyənlik yox, dəqiqlik və məsuliyyət əsas meyar olacaq.

Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı,
filologiya elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri