Icma.az
close
up
RU
Azərbaycanın iştirakı ilə yeni geosiyasi mərkəzlər formalaşır, TDT həmin geosiyasi mərkəzlərdən biridir

Azərbaycanın iştirakı ilə yeni geosiyasi mərkəzlər formalaşır, TDT həmin geosiyasi mərkəzlərdən biridir

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan bu gün böyük bir dövlət olmaqla yanaşı, hətta regionları bu və ya digər formada faydalı şəkildə əlaqələndirəcək böyük bir məkana, platformaya çevrilib. Böyük transmilli regional layihələr - karbohidrogen resurslarının daşınması, yaşıl enerji, logistika, yükdaşımalar və digər məsələlərin həyata keçirilməsi, müxtəlif qütbləri əlaqələndirən tranzit yolların məhz Azərbaycan üzərindən qurulması, Xəzər dənizi ilə Qara dəniz hövzəsini əlaqələndirən meqa layihələrin də məhz Azərbaycanın iştirakı çərçivəsində reallaşması onu göstərir ki, dünya Azərbaycanı etibarlı bir tərəfdaş sayır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, dünyanın praqmatik qüvvələri məhz Azərbaycanla işbirliyində maraqlı olduqlarını bildirir. Hətta Azərbaycana qarşı Avropa İttifaqına daxil olan dövlətlərin bir qismi, başda Fransa olmaqla, hər hansı bir formada Azərbaycana qarşı anti-Azərbaycan siyasəti yürütsə də, Avropa İttifaqının və Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin Azərbaycan qazına ehtiyac duyduğunu və qaz hasilatının artırılmasında maraqlı olduğunu dilə gətirir.

Azər Allahverənov

“Bu gün Avropa İttifaqının Azərbaycana ehtiyacı var. Bu gün Azərbaycan qazı Avropanın 10 ölkəsinə daşınır. Onların 8-i Avropa İttifaqının üzvüdür. Bu nümunələr bir daha onu göstərir ki, Azərbaycanda sözün əsl mənasında Azərbaycan Respublikasının prezidentinin sözü imzası qədər dəyərlidir. İmza atılır və üzərinə götürülən bütün öhdəliklər yerinə yetirilir. Yəni artıq dünya tamamilə başqa bir reallıqda inkişaf etsə də, Azərbaycan reallığı və Azərbaycanın uğurları yeni yaranan geosiyasi konfiqurasiyaya bu və ya digər formada öz töhfəsini verməkdədir. Azərbaycan üzərindən və Azərbaycanın iştirakı ilə yeni geosiyasi mərkəzlər formalaşır. Türk Dövlətləri Təşkilatı həmin geosiyasi mərkəzlərdən biridir.

Eyni zamanda Azərbaycanın yeni platformalarda təmsil olunması, “Qoşulmama Hərəkatı”nda 4 il ərzində sədrliyi, sonrakı dövrdə sədrliyin üç dövlət tərəfindən həyata keçrilməsi və Azərbaycanın bu prosesdə iştirak etməsi, COP formatında olan tədbirlərdə Azərbaycanın yeni bir təşəbbüsə imza atması və COP29-un uğurları ilə yanaşı, sonrakı mərhələdə COP30-da belə Azərbaycanın çox fəal iştirak etməsi və s. bu tipli proseslər bir daha onu göstərir ki, müxtəlif iqtisadi-siyasi birliklər maraqlıdırlar ki, Azərbaycan o platformalarda təmsil olunsun. Müxtəlif ittifaqlar var ki, Azərbaycanın iştirakı üçün dəvətlər irəli sürülür. Bu da Azərbaycana olan rəğbət, etimad və etibardan irəli gələn bir məsələdir”-deyən Azər Allahverənov bildirib ki, bütün bu uğurların əsasında məhz cənab prezidentin praqmatik xarici siyasət kursu və inkişaf strategiyası durur.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Dekabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri