Icma.az
close
up
RU
Azərbaycanın konkret tələbi: Təyyarə qəzası ədalətli araşdırılmalıdır

Azərbaycanın konkret tələbi: Təyyarə qəzası ədalətli araşdırılmalıdır

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yanvarın 6-da, yeni ilin ilk iş günündə Prezident İlham Əliyev Rusiya səmasındakı təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb. Dövlət başçısının hərbi müdaxiləyə məruz qalma nəticəsində faciəvi şəkildə qəzaya uğrayan təyyarə barədə dekabrın 29-da verdiyi sərt bəyanatlardan cəmi bir həftə sonra Azərbaycanın haqlı tələblərini yenidən səsləndirməsinin, özü də bunu həlak olan ekipaj üzvlərinin ailələri ilə görüşdə etməsinin simvolik əhəmiyyəti var. Prezident İlham Əliyevin bu addımı dünyaya və konkret olaraq Rusiyaya rəsmi Bakının prinsipial mövqeyinin bir daha çatdırılması kimi qəbul edilməlidir. Başqa sözlə, Azərbaycan vətəndaşlarını ən ağır anlarda belə yalnız buraxmır, günahkarların cəzalandırılması tələbi isə heç bir müzakirə mövzusu ola bilməz.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Təsdiqlənmiş ilkin məlumatlar var

"Qroznı şəhərində "kovyor əməliyyatı", yəni, hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna "kovyor əməliyyatı" deyirlər. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Onu da bildirməliyəm ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək. Mən bir daha demək istəyirəm ki, bizdə olan məlumat həqiqətə əsaslanır", - deyən Prezidentin sözlərinə görə, "Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur".

Dövlət başçısı hesab edir ki, qəza barədə məlumatların araşdırılmasının Braziliyada həyata keçirilməsində də əsas məqsəd dəqiq nəticələrin əldə edilməsidir: "Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir".

Prezidentin istintaqın gedişatının Azərbaycan tərəfinin mövqeyini təsdiqlədiyini bildirməsi ona dəlalət edir ki, rəsmi Bakıda artıq əminlik yaradan təfərrüatlar var.

Azərbaycanın istəyi yalnız ədalətli nəticədir

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial yanaşması ibrətamizdir. Azərbaycan qarşı tərəfdə kimin olmasının fərqinə varmadan dünyaya dövlətin ekstremal hallarda öz xalqının müqəddəratını və milli mənafelərini necə qorumalı olduğunu əyani şəkildə nümayiş etdirir. Bu yanaşma Bakının hansı mərhələyədək Moskvaya qarşı irəli sürdüyü tələblərin üzərində dayanacağına tərəddüd edənlər və şübhə toxumları səpməyə çalışanlar üçün tutarlı cavabdır.

Digər tərəfdən, İlham Əliyev bir daha rəhbəri olduğu dövlətin beynəlxalq hüquq və prinsiplərə sadiqliyini göstərir. Təyyarənin "qara qutu"larının belə hallarda tətbiq edilən prosedurlara müvafiq olaraq istehsalçı ölkə - Braziliyada oxunması rəsmi Bakının siyasi iradəsinin nəticəsidir. Bu, Rusiyanın ciddi cəhdlərinə baxmayaraq, araşdırmanın şəffaflığını təmin etmək üçün atılmış qətiyyətli addımdır. Təyyarənin kənar təsir nəticəsində qəzaya uğraması artıq faktdır və rəsmi Bakının istəyi sadəcə bu cinayəti törətmiş şəxslərin məsuliyyətsizliyinə rəsmi qiymətin verilməsidir. Bu mövqeyi dövlət başçısı həlak olan ekipaj üzvləri ilə vida mərasimindən sonra verdiyi müsahibədə də bəyan edib və Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən araşdırılma təklifindən imtinanı bu səbəblə əsaslandırıb: "Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır".

Tələb konkretdir

Azərbaycanın Rusiyadan tələblərinin xüsusi anlamı və əhəmiyyəti var. Çünki Bakıda təyyarənin qəsdlə vurulması israrı səslənmir. Sadəcə, sərnişin laynerinin hərbi müdaxiləyə məruz qalması təsdiqlənərsə, cinayətə cavabdeh şəxslər cəzalarını almalıdırlar. Yəni cinayət törədilibsə və insanlar həlak olubsa, onu ört-basdır etmək niyyəti hansı məntiqə əsaslana bilər? Dövlət başçısının sözləri Azərbaycanın bu təəccübünün ifadəsidir: "Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək".

Hazırda "qara qutu"lar oxunub və nəticələr Qazaxıstana göndərilib. Hadisə qardaş ölkə ərazisində baş verdiyindən, nəticələrin elanı hüququ da Astanaya məxsusdur. Prezident İlham Əliyevin də dediyi kimi, faktı inkar etmək və gözdən pərdə asmaq cəhdləri cəfəngiyyat və ağılsızlıqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Yanvar 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri