Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Azərbaycanın külək enerjisi potensialı dünyada 2 cidir

Azərbaycanın külək enerjisi potensialı dünyada 2 cidir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Son illər ərzində ölkəmizdə bərpaolunan enerji mənbələrinin hərəkətə gətirilməsi istiqamətində bir sıra uğurlara imza atılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2024-cü ildə respublikamızın “yaşıl” enerji mənbələri üzrə elektrik enerjisi istehsalı əvvəlki ilə nisbətən 1 milyard 728,7 milyon kilovat-saat artaraq 3 milyard 850,9 milyon kilovat-saat olub. Hesabat dövründə ölkənin külək elektrik stansiyalarında (KES) 51,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, Azərbaycan ofşor zonalarda külək enerjisi potensialına görə, dünyada 2-ci yerdə qərarlaşıb. Bu, Qlobal Külək Enerjisi Şurasının hazırladığı “Global Wind Report 2022” hesabatında bildirilib. Sənəddə ölkəmizin, təxminən, 157 qiqavat külək enerjisi potensialı olduğu və hökumətin 2030-cu ilə qədər ümumi enerji qoyuluşunda bərpa olunan enerjinin payının 30 faizə çatdırmağı planlaşdırdığı vurğulanıb.

Son dövrlərdə respublikanın bərpa olunan enerji mənbələrinin hərəkətə gətirilməsi istiqamətində atılan uğurlu addımlardan biri də “Xızı–Abşeron” KES-də ilk külək turbinlərinin quraşdırılmasına start verilməsi ilə bağlı olub. Stansiyanın inşa edildiyi ərazidə il ərzində 3 külək turbininin quraşdırılması işləri tamamlanıb. Ümumilikdə isə burada hər birinin gücü 6,5 meqavat olan 40 turbinin quraşdırılması planlaşdırılıb. 240 meqavatlıq sənaye miqyaslı külək parkının cari ildə tam istismara verilməsi də nəzərdə tutulub.

İlkin hesablamalara görə, stansiyada ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə il ərzində 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan verəcək. “Abşeron–Qaradağ” KES-in layihə gücü isə 240 meqavat təşkil edəcək. Layihə dəyəri 285 milyon dollar təşkil edən stansiyada il ərzində 2305 kilovat-saat təmiz enerji istehsal olunacaq ki, bu da 165 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Eyni zamanda, stansiyanın işə düşməsi ilə il ərzində 314 min ton karbon emissiyası azalacaq. 153 min evin elektrik enerjisi ilə təchizatı da məhz bu stansiya vasitəsilə həyata keçiriləcək.

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven bildirib ki, gələn ay “Xızı–Abşeron” KES-də mərhələli istehsala başlanılacağı nəzərdə tutulur. Baş direktor əlavə edib ki, ilk külək turbini 2024-cü ilin noyabrında quraşdırılıb. Bu günə qədər isə Abşeron rayonundakı (Qobustan) ərazidə 12 turbinin işə salınması başa çatdırılıb, onların cari ilin üçüncü rübündə istismara veriləcəyi planlaşdırılıb. Ümumiyyətlə, külək parkının 2025-ci ilin dördüncü rübündə tam istismara verilməsi nəzərdə tutulub.

240 MVt gücündə olan “Xızı–Abşeron” KES layihəsi Azərbaycanda müstəqil əsasda yaradılan ilk irimiqyaslı külək enerjisi layihəsidir və müstəqil enerji istehsalı modeli əsasında həyata keçirilir. Bu layihə ölkənin bərpa olunan enerji mənbələrinə keçid prosesində mühüm rol oynayır.

Tikinti işləri başa çatdırıldıqdan sonra adı çəkilən külək parkı ildə 907 GVt/saat təmiz elektrik enerjisi istehsal edəcək ki, bu da 300 mindən çox ev təsərrüfatına elektrik enerjisi ötürməyə imkan verəcək. “ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə baş direktoru daha sonra bildirib ki, bu, ildə, təxminən, 400 min ton karbon qazı emissiyalarını azaltmağa şərait yaradacaq. Belə bir göstəricinin əldə olunması isə Azərbaycanın dayanıqlı inkişaf və dekarbonizasiya sahəsində milli hədəflərə nail olmasına töhfə verəcək.

Külək elektrik stansiyası Abşeron və Xızı rayonlarının ərazilərini, o cümlədən Çaylı və Sitalçay kəndlərini əhatə edir. Layihə çərçivəsində 12-si Abşeronda, 25-i isə Xızıda olmaqla 37 külək turbininin quraşdırılması nəzərdə tutulur.

Yeri gəlmişkən, ölkəmizdə dəniz külək enerjisindən istifadəyə də xüsusi önəm verilir. Avropa biznes dairələrinin “BNE Intellinews” (Business New Europe) nəşrində ölkəmizdə dəniz külək enerjisinin inkişaf perspektivlərindən bəhs edən məqalədə də bu barədə geniş söhbət açılır. Yazıda 2022-ci ildə Qlobal Gülək Enerjisi Şurasının (Global Wind Energy Council – GWEC) Avstraliya, Şri-Lanka və Türkiyə kimi ölkələrlə yanaşı, Azərbaycanı da dəniz külək enerjisindən istifadə potensialına görə lider dördlüyə daxil etməsi qeyd olunur.

Nəşrdə 2022-ci ildə keçirilən Bakı Enerji Forumunda Azərbaycanın dəniz külək enerjisinin inkişafı üzrə Yol xəritəsini təqdim etdiyi bildirilib. Azərbaycanın Energetika Nazirliyinin Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Dünya Bankı ilə birgə hazırladığı həmin Yol xəritəsində 2040-cı ilədək respublikamızın Xəzər şelfində ümumi gücü 7,2 QVt olan dəniz külək stansiyalarının quraşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, bu, Azərbaycanın dekarbonizasiya və davamlı inkişaf sahəsində prioritetlərinə uyğundur. Dəniz külək enerjisinin quraşdırılmış gücü ölkənin enerji təchizatının 37 faizini gerçəkləşdirə bilər. Bundan əlavə, Azərbaycanda dəniz külək enerjisi mülayim templə inkişaf edərək 2040-cı ilədək quraşdırılmış gücünü 1,5 QVt-a çatdıracaq və 7 faiz karbonsuz enerji istehsalına nail olacaq.

Azərbaycanın sözügedən yol xəritəsində dəniz külək enerjisinin potensialından istifadəyə dair tövsiyələr də var. Bunlara 2030 və 2036-cı illər üçün hədəflərin müəyyən edilməsi, 200 MVt gücündə pilot layihənin və daha sonra böyük layihələrin işlənib hazırlanması, dənizdə yeni külək enerjisi imkanlarının açılması, infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinin cəlbi məqsədilə qabaqcıl qlobal təcrübələrin tətbiqinə başlanılması və dayanıqlı dəniz külək layihələri üzrə bir sıra tədbirləri reallaşdırılması, eləcə də bu istiqamətlərdə dövlət təşkilatları əməkdaşlarının bilik və bacarıqlarının artırılması daxildir.

“BNE Intellinews” nəşrində bildirilir ki, 2023-cü ildə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşü və Yaşıl Enerji üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci görüşü zamanı Azərbaycanın Energetika Nazirliyi Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə bir sıra sənədlər, o cümlədən gücü 1,5 QVt-a qədər olan dəniz külək enerjisi layihəsinin həyata keçirilməsinə dair müqavilə imzalayıb. Bu ilin mayında isə ölkəmizin Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında 200 MVt gücündə quruda külək elektrik stansiyasının tikintisi layihəsi üzrə Çərçivə Sazişi təsdiqini tapıb.

Bu il keçirilən Bakı Enerji Forumunda çıxış edən “ACWA Power” şirkətinin vitse-prezidenti və regional direktoru Abid Malik Azərbaycanın bərpa olunan enerji baxımından böyük perspektivə malik olduğunu bildirib. O vurğulayıb ki, siyasi cəhətdən sabit region olması ilə yanaşı, Azərbaycan tranzit marşrutları və dəhlizlərinin üstünlükləri baxımından da çox əlverişlidir və “ACWA Power” üçün əsas ölkədir.

Məqalədə qeyd olunur ki, Azərbaycan hökuməti “yaşıl enerji”yə keçidi sürətləndirməyə və bunu ən səmərəli şəkildə həyata keçirməyə sadiqdir. Dəniz külək enerjisi mədən yanacaqlarına tələbatın labüd azalması fonunda ölkə üçün faydalıdır. Azərbaycan bərpaolunan resurslardan istifadə etməklə istehsal olunacaq enerjinin qlobal ixracatçısına çevrilmək niyyətindədir.

Qeyd edək ki, statistik göstəricilərə görə, Azərbaycanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bu göstəricilər iqtisadi potensial üzrə isə 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat və günəş enerjisi üzrə 23 min meqavatdır.

Beləliklə, təkcə “Xızı–Abşeron” KES layihəsinin uğurla gerçəkləşdirilməsi Azərbaycanın “yaşıl” enerji potensialının reallaşdırılmasını diqqətdə saxlamasından xəbər verir. Qeyd edək ki, BMT-nin iqlim dəyişikliyi ilə bağlı çağırışları və Avropa İttifaqının (Aİ) “Yaşıl razılaşma” proqramı “yaşıl” enerjiyə keçidi ölkəmizdə də geosiyasi prioritetlər sırasına çıxarıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri