Azərbaycanın NATO yanındakı nümayəndəliyində 9 ölkənin nümayəndələri qəbul edilib
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın NATO yanındakı nümayəndəliyi alyansla tanışlıq proqramının 9 ölkədən olan iştirakçıları ilə görüş keçirib.
525.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanındakı nümayəndəliyi "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Nümayəndəliyin rəhbəri Cəfər Hüseynzadə və Azərbaycanın NATO yanındakı hərbi nümayəndəsi polkovnik Ramil Həsənov Əlcəzair, Misir, Kolumbiya, Gürcüstan, Yaponiya, Qazaxıstan, Mərakeş, Türkmənistan və Ukraynadan olan nümayəndələri qəbul ediblər.
"Görüşdə iştirakçılara Azərbaycanın NATO ilə tərəfdaşlığı və ölkənin bu sahədəki təcrübəsi barədə məlumat verilib", - paylaşımda bildirilib.
Qeyd olunub ki, NATO ilə tanışlıq proqramı ildə iki dəfə keçirilir və öz iştirakçılarına alyansın fəaliyyəti, eləcə də onun əməkdaşlıq proqramları barədə ümumi məlumat verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 İyun 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















