Icma.az
close
up
RU
Azərbaycanın nəqliyyat şəbəkələrinin inkişaf perspektivləri Kamal Paşazadə

Azərbaycanın nəqliyyat şəbəkələrinin inkişaf perspektivləri Kamal Paşazadə

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Prezident İlham Əliyev: “Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik”
Bu gün Azərbaycan öz təşəbbüsləri ilə çıxış edən bir ölkə olaraq tanınır. Qərb dövlətləri, ümumiyyətlə, bütün dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Çünki Azərbaycan etibarlı, tərəfdaş olaraq bütün qaydaları riayət edən bir dövlətdir. Azərbaycan, həm də geosiyasi mövqeyi ilə tranzit rolunu oynayan mühüm bir dövlətdir. Ölkə, Şərq ilə Qərb arasında, habelə Cənubi Qafqaz bölgəsində strateji bir keçid nöqtəsində yerləşir. Bu, enerji, ticarət və nəqliyyat yollarının inkişafına imkan tanıyır. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın tranzit imkanlarını artıran əhəmiyyətli layihələrdir. Bununla yanaşı, Azərbaycanın Avropaya və Asiyaya olan əlaqələri, həmçinin regional sabitliyə töhfə verən əhəmiyyətli bir faktor kimi çıxış edir. Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışında bildirib ki, Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik: “Onu da bildirməliyəm ki, adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik”.
Bu gün Azərbaycan türk dövləti üçün tranzit rolunu oynayır. Bütün türk dövlətlərinin yük daşıma xidmətlərini göstərmək üçün Azərbaycanın potensialı var. Türk Dövlətləri arasında kommunikasiya gücləndirilmısi üçün yeni nəqliyyat xidmətlərinin olması üçün əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan bir sıra təşəbbüslərlə çıxış edir. Əlbəttə ki burada xəzər dənizinin əhəmiyyəti böyükdür. Xəzər dənizi vasitəsilə gəmi ilə yük daşımaların artırılması mümkündür. Bu baxımdan ölkə başçısının müşavirədə vurğuladığı kimi Bakıda gəmiqayırma zavodunun inşa edilməsi olduqca uğurlu layihə idi: “Gəmiqayırma zavodu da son illər ərzində inşa edilmişdi, təqribən 10 il, bəlkə 12 il bundan əvvəl. Əvvəllər gəmiləri xaricdən alırdıq və ondan sonra mən qərara gəldim ki, mütləq Bakıda gəmiqayırma zavodu inşa edilməlidir. Yenə də həyat göstərir ki, bu, nə qədər düzgün addım idi. Bu gün ənənəvi mənbələrdən, - haradan ki, alırdıq, - gəmi almaq mümkün deyil. İndi gəmiqayırma zavodunun tam gücü ilə işləməsinə nail olduq. Hazırda orada altı müxtəlifölçülü gəmi inşa edilir. Paralel olaraq, Qara dənizdəki fəaliyyətimizi yeni səviyyəyə qaldırdıq. Əgər vaxtilə Azərbaycanın Xəzər Gəmiçiliyinə mənsub olan kiçikhəcmli gəmilər orada işləyirdi, hazırda dörd böyük tanker, – “Aframax” tipli tanker, - onun yükgötürmə qabiliyyəti 100 min tondur, - alınıb və bu da həm xeyir gətirir, həm də ölkəmizin imkanlarını genişləndirir”.
Ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri artan xətt üzrə inkişaf edir. Eləcə də Azərbaycanda nəqliyyat və rəqəmsal transformasiya sahəsində ciddi işlər görülür. Azərbaycanda nəqliyyat və rəqəmsal transformasiya sahəsində bir sıra əhəmiyyətli layihələr həyata keçirilir. Son illərdə müasir nəqliyyat infrastrukturu yaradılır, yol şəbəkələri genişlənir və yenilənir. Eyni zamanda, rəqəmsal xidmətlərin inkişafı ilə bağlı bir çox təşəbbüslər var. Məsələn, "e-nəqliyyat" sistemlərinin tətbiqi, smart şəhər layihələri və mobil tətbiqlərin inkişafı bu sahədəki müsbət tendensiyalardandır. Bu addımlar, həmçinin iqtisadi inkişafı stimullaşdırır və vətəndaşların gündəlik həyatını asanlaşdırır. Cənab Prezident müşavirədə deyib ki, Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir: “Son 20 il ərzində Azərbaycanda nəqliyyatla bağlı görülmüş işlərin bəzilərini ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Beləliklə, son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. İndi bir daha öz sözlərimə qayıdıram. Əgər bu işləri görməsəydik, indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil”. Azərbaycanda nəqliyyat və rəqəmsal transformasiya sahəsində görülən işlərin mühüm əhəmiyyəti var. Müasir nəqliyyat infrastrukturu ticarət və investisiyaların artmasına kömək edir, ölkənin iqtisadiyyatını gücləndirir. Rəqəmsal transformasiya ilə nəqliyyat sistemləri daha səmərəli və etibarlı hala gəlir. Bu, yük və sərnişin daşınmasının sürətini artırır.
Dövlətimizin baçısı bildirib ki, Bakı şəhəri və onun ətrafında yerləşən ərazilərdə nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün yeni dövlət proqramı qəbul ediləcək: “Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərə gəlincə, yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Bu, çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq. Ona görə mən bugünkü müşavirəni çağırmışam ki, bu məsələləri müzakirə edək və təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görülsün. Eyni zamanda, ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər”. Rəqəmsal xidmətlərin inkişafı və müasir nəqliyyat sistemləri vətəndaşların gündəlik həyatını asanlaşdırır. Məsələn, onlayn bilet satışı və marşrut məlumatlarının əldə edilməsi. Modern nəqliyyat layihələri ekoloji tələblərə uyğun hazırlanır, bu da ətraf mühitin mühafizəsini gücləndirir. Rəqəmsal transformasiya və inkişaf etmiş nəqliyyat şəbəkələri ölkəni beynəlxalq ticarət və turizm mərkəzinə çevirir. Bu sahələrdəki inkişaf yeni iş yerləri yaradaraq, gənclərin məşğulluğunu artırır. Bu faktorlar, Azərbaycanın regiondakı strateji mövqeyini gücləndirmək və daha müasir, rəqabətqabiliyyətli iqtisadiyyat yaratmaq üçün vacibdir.
Kamal Paşazadə,
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Yanvar 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri