Icma.az
close
up
RU
Azərbaycanın özü üçün qurduğu daxili və xarici siyasət prioritetlərini kənar dövlətlər dəyişdirə bilməz

Azərbaycanın özü üçün qurduğu daxili və xarici siyasət prioritetlərini kənar dövlətlər dəyişdirə bilməz

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Şübhəsiz ki, eyni regionda yerləşən dövlətlər və tarix boyu sıx əlaqələri olan xalqlar arasında yaşanan hadisələr ürəkaçan deyil. Məsələ ondən ibarətdir ki, Rusiya hegemon təkəbbüründən və imperialist təfəkküründən çıxa bilmir. Özü də o amili vurğulayaq ki, Ukrayna-Rusiya müharibəsi başlayan an və ondan sonra bütün dünyada davam edən antiRusiya siyasətinə rəğmən Azərbaycan qonşu dövlətə arxadan zərbə vurmadı. İki dövləti və xalqı fundamental əsaslarla bir-birinə bağlayan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalandı”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edib ki, dövlət başçımıza İtaliyada jurnalist tərəfindən sual ünvanlanan zaman açıq şəkildə Azərbaycanın Rusiya əleyhinə sanksiyalara qoşulmaq fikrinin olmadığını bildirmişdi.

Azər Badamov

“Bu yanaşmanı açıq şəkildə bir neçə dəfə ortaya qoyduq. Hətta Ermənistan iki stulda əyləşərək gah Rusiyaya xox gəlib, KTMT-dən çıxacam deyəndə və Rusiyanı Qərbə "satanda", hətta onun sanksiyalardan yayınması üçün kirli pulları öz ərazisində yuyarkən göstərdiyi ikiüzlü siyasət zamanı da Azərbaycan münasibətləri son dərəcə ayıq-sayıq dəyərləndirdi”-deyən Azər Badamov bildirib ki, Azərbaycan heç bir tərəfin Rusiya-Azərbaycan münasibətlərinə xələl yetirməsinə və soyuqluq gətirməsinə icazə vermədi.

Deputatın fikrincə, bütün bu addımları və yanaşmanı görməzdən gələrək xalqımızın son dərəcə hiddətinə səbəb olan və damarına toxunan təyyarə qəzasının baş verməsi, münasibətlərimizdə nəinki şübhə yeri yaratdı, həm də qırılma nöqtəsi oldu: “Azərbaycan xalqının ardıcıl təhqir olunması, Rusiya teleməkanında siyasətçilər, ictimai xadimlər tərəfindən ölkəmizin hədəf seçilməsi bu silsilə addımların tərkib hissəsinə çevrildi. Yekaterinburq hadisələri son dərəcə yanlış addım idi. Haqlı olaraq bu addım xalqımızın hiddətinə səbəb olub. Artıq hər kəs görür ki, səbr kasamız ölçüsüz deyil. Azərbaycan tərəfi bölgədə müharibəyə qəti icazə verməyəcək, Cənubi Qafqazın ikinci cəbhə olaraq açılması mümkün belə deyil”.

Azər Badamov vurğulayıb ki, çıxdığımız yol iqtisadi əsaslar üzərində dayanır.

“Azərbaycanın bütünlüyünü təmin edən, çürük ideologiyaları məhv edən dövlət başçımız regionu iqtisadi mərkəzə çevirmək istiqamətində ardıcıl, qətiyyətli addımlar atır. Bu addımlar gələcəkdə meyl edilə biləcək istənilən destruktiv mövqeyə icazə verməyəcək”-deyən Azər Badamovun fikrincə, coğrafi ərazi dəyişdirilməz olduğu qədər, Azərbaycanın özünün müəyyən etdiyi daxili və xarici siyasət prioritetləri də dəyişdirilə bilməz.

“Milli maraqlarımızı hər bir dövlət, xalq kimi bizim də təmin etməyə haqqımız var və edirik. Bir dövlətin və xalqın müstəqilliyi, maraqları başqasının müstəqilliyi bitən yerdə başlayır. Azərbaycan bu xətti düzgün müəyyən etməyi bacaran ölkədir. Dövlət başçısı İlham Əliyev buna qadir liderdir. Rusiya şablon sözlər yerinə konkret əməllər, addımlar ortaya qoymalıdır. Təyyarə qəzasında əli olan günahkarların cəzalandırılması, kompensasiya məsələsi və Yekaterinburqda baş verən hadisədə günahkarların cəzalandırılması da daxil olmaqla Azərbaycanı inandırmalıdır ki, həqiqətən də göstərdiyimiz münasibətə adekvat qarşılıq verir. Gərginliyin başladılması Azərbaycan tərəfindən olmayıb, sonlandırılması qarşı tərəfdən atılan addımların konkretliyi ilə düz mütənasib olacaq”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 İyul 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri