Icma.az
close
up
RU
Azərbaycanın prinsipial mövqeyi davamlı diplomatik qələbələri şərtləndirir

Azərbaycanın prinsipial mövqeyi davamlı diplomatik qələbələri şərtləndirir

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Bu günlərdə müstəqil, suveren respublikamızın parlaq gələcəyi ilə bağlı bir-birindən gözəl, könül oxşayan xəbərlər gəlməkdədir. ATƏT-in Minsk qrupunun ləğvi də sevincimizə əlavə sevinc gətirən belə xəbərlərdən biri oldu. Bundan sonra təqvimdə 1 sentyabr tarixini ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edilməsi günü kimi də xatırlayacağıq. Baxmayaraq ki, iki yüz illik Qarabağ yarasını özü sağaldan Azərbaycan dövləti və xalqı üçün bu strukturlar 44 günlük Vətən müharibəsi başa çatandan sonra mövcudluğunu de-fakto itirmişdi. Onsuz da təsis olunmasından ötən 28 il ərzində onlar ədalətsiz münaqişəyə cəlb olunan ölkəmizdən ötrü gərəksiz bir qurum statusunu almışdılar. Birmənalı olaraq bu tarixi uğur da dövlətimizin başçısı İlham Əliyevin məqsədyönlü siyasətinin, ələlxüsus prinsipial mövqeyinin məntiqi nəticəsidir.

Xatırlatmaqda fayda vardır ki, tarixi Zəfərlə başa çatdırdığımız Vətən Müharibəsindən bir il sonra ATƏT-in Minsk qrupu həmsədrləri Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ), Rusiyanın Azərbaycandakı səfiri - Mixail Boçarnikov çağrılmayan qonaqlar kimi Bakıda peyda oldular (görünür, separatçı-daşnak tör-töküntüləri kimi onlar da fərqli nələrinsə baş verə biləcəyinin xəyal etdikləri üçün müharibə başa çatandan sonra daha bir il gözləmə mövqeyində olublar). Dəvətsiz müsafirlər özləri cənab İlham Əliyevə xahiş-minnət düşmüşdülər ki, onları qəbul etsin. Həmin görüşdə Prezidentin çıxışı uzun müddət gündəmdə qaldı və dünya mediyasında müzakirə olundu. Çünki dövlət başçımız həmsədrləri dəvət etmədiyini birbaşa üzlərinə söylədi və ATƏT-in Minsk Qrupu olaraq yarandığı vaxtdan indiyə qədər heç bir əməli addım atmadığını xüsusu vurğuladı. Cənab prezident konkret fikirləri ilə onları fakt qarşısında qoyaraq, açıq tezislə bildirdi ki, əgər yaratdığımız yeni reallıqlardan sonra deyəcəyiniz bir söz varsa kameralar qarşısında söyləyin. Onların isə bir cavabı o oldu ki, bundan sonra Siz nəyi necə istəsəniz elə fəaliyyət göstərə bilərik. Əslində səmimiyyətdən uzaq dilucu bu cavabları belə onların təmsil etdikləri təşkilatın tərəfsiz-mövqesiz, müstəqil fəaliyyətləri olmayan, bir sözlə işə yaramayan bir qurum olduqlarının əyani sübutu idi. İşləri-gücləri həftə səkkiz mən doqquz regiona səfər edib, Ermənistanda “xalqların öz müqəddəratını təyin etmək hüququ”nun əsas tutulması haqqında səsləndirdikləri fikirləri Azərbaycanda, Azərbaycan rəsmiləri ilə görüşlərdə əksinə sülh danşıqlarında “ərazi bütövlüyü prinsipi”nin xalqların öz müqəddəratını təyinetmə hüququndan daha önəmli olması ilə əlaqədar bəyan etdikləri fikirləri isə geri qayıtdıqdan sonra ölkələrində təkzib etmək idi. Tutuquşu kimi əzbərlədikləri zəhlətökən fikirləri təxminən belə idi – münaqişənin hərbi həlli yoxdur və ya münaqişə tərəfləri özləri razılığa gəlməlidirlər. Bəs nə oldu, özümüz həll edəcəyiksə, siz niyə varsınız?
Azərbaycan hərbi yolla, Sizin həll olunmaz dediyiniz məsələni qısa müddətdə və ədalətli şəkildə həll edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “...Biz bu problemi hərbi yolla həll etmişik. Deməli, həll yolu var imiş".
Ötən illər ərzində ATƏT-in Minsk qrupu sülh danışıqları adı altında Qarabağ məsələsini əbədi etmək misiyasını yerinə yetiriblər. Reallıq odur ki, Prezident İlham Əliyevin Vətən müharibəsi və bir günlük antiterror əməliyatından sonra aparılan sülh danışıqlarında masaya qoyduğu 3 prinsipial tələblərdən biri məhz ATƏT-in Minsk qrupunun ləğv olunması məsələsi idi. Yoxsa bu qurum mümkün qədər formal olsa da, öz mövcudluğunu qoruyub saxlamağa çalışacaqdı. Çünki belə mövcudluq həm Ermənistana, həm də onların havadarlarına sərf edirdi.
Hamının bilməsi gərəkən odur ki, Azərbaycan daha bu məsələni gündəmdə saxlamaq istəmir. Axı, bizim üçün bu tarixin keçmişdə qalan bitmiş bir səhifəsidir. Ola bilər müəyyən şəxslər üçün bu səhifə qapadılmayıb. Ötən gün İrəvanın Azadlıq meydanında Azərbaycan ərazisində ordumuzun şəhid və qazilərinin qəhrəmanlığı sayəsində kökü kəsilmiş qondarma “artsax” gününə həsr olunmuş birlik mitinqi keçirməyə cəhd edənlər kimi. Qarabağın dağlıq ərazisində yaşayan ermənilərin sayını həndəsi silsilə ilə artırıb 150-160 min deyənlər, həmin toplantıya min nəfər cəlb edə bilmirlərsə, deməli bu “artsax” yox, özlərinin uydurduqları “sarsaq” nağılarının çoxdan bitdiyinin əyani sübutudur. Narahatçılıq yoxdur, bir halda ki, bu reallığı Ermənistanın baş naziri Nikol Paşinyan başa düşüb qəbul edibsə, bu sarsaqların anlamaları an məsələsidir. Sadəcə bizim onlara sərf etməyə daha boş zamanımız yoxdur.
Hazırda Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən çox böyük və əhəmiyyətli işlərə şahidlik edirik. Eyni zamanda, qədim şəhərimiz olan Xankəndində separatçılıq izlərinin silinməsi işləri aparılır ki, burdan öz razılıqları ilə çıxıb gedənlərin nə vaxtsa qayıda biləcəkləri ağıllarına gəlməsin. Necə ki, sentyabrın 2-də Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən qondarma rejimin “Xarici İşlər Nazirliyi”nin binası da sökülüb yerlə bir olundu.
Mənim anlamımda istər ATƏT-in bədnam Minsk qrupunun ləğvi, istərsə də seperatizm nişanələrinin söküntü işlərinə məhz bu günlərdə başlanılması Azərbaycan üçün rəmzi məna da daşıya bilər. Ona görə ki, məhz 1-2 sentyabr tarixləri Vətən müharibəsinə qədər Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi təmtəraqla, atəşfəşanlıqla qeyd edilir, bizə acıq verirdilər.
Sonda onu da qeyd etməyi vacib hesab edirəm ki, ATƏT-in bədnam Minsk qrupunun Azərbaycan nümunəsində uğursuz təcrübəsi hazırda işğala məruz qalan ölkələr üçün dərs olmalıdır. Sözü ilə əməli üst-üstə düşməyən sülh göyərçinləri ədaləti bərpa edə bilmirlər, onlar yalnız öz maraqlarını düşünürlər. Ona görə heç kimə arxayın olmaq olmaz, haqlı mübarizəni özün aparmalısan, işğalla heç vaxt barışmamalısan və istər sahədə, istərsə də masada ədaləti özün bərqərar etməlisən.

Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü, professor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri