Icma.az
close
up
RU
AZƏRBAYCANIN QARDAŞ VƏ DOST ÖLKƏLƏRLƏ MÜNASİBƏTİ SƏDAQƏT NÜMUNƏSİDİR

AZƏRBAYCANIN QARDAŞ VƏ DOST ÖLKƏLƏRLƏ MÜNASİBƏTİ SƏDAQƏT NÜMUNƏSİDİR

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müstəqillik dövründə Azərbaycana yaxınlığı ilə seçilən, bütün beynəlxalq platformalarda ölkəmizin haqq işinə tərəddüdsüz dəstək verən qardaş və dost dövlətlər arasında Pakistan İslam Respublikası xüsusi yer tutur. O, Türkiyə və Rumıniyanın ardınca Azərbaycanın dövlət müstəqilliyini tanıyan üçüncü ölkədir. Pakistan həm də o ölkədir ki, indiyədək işğalçı Ermənistanı rəsmən tanımayıb və onunla diplomatik əlaqələrin qurulmasına təşəbbüs göstərməyib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini ifşa edən 822 saylı qətnaməsinin qəbul olunduğu iclasa da məhz Pakistan sədrlik edib. Öz növbəsində,  Azərbaycan da Pakistanın qardaşlıq münasibətini hər zaman yüksək qiymətləndirib və bu münasibətlər Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qarşılıqlı dəstək və etimad mərhələsinə qədəm qoyub. 1996-cı ilin aprelində Ümummilli Lider Heydər Əliyevin Pakistana rəsmi səfəri çərçivəsində imzalanan ilk 9 sənəd dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsinin təməlini qoydu. Ulu Öndər Heydər Əliyevin o vaxt Pakistanın Baş naziri Bənəzir Buhutto ilə görüşündə verdiyi tarixi açıqlamaya Azərbaycan bu gün də sadiqdir: “Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Azərbaycan Prezidenti Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik”. 

Bu tarixi xatırlatma bir daha təsdiq edir ki, Azərbaycan ötən illər ərzində qardaş və dost ölkələrlə bağlı verdiyi bütün bəyanatlarına sadiqliyini qoruyub. Hətta ən böyük siyasi mərkəzlərin təzyiq və şantajına, Hindistan kimi ölkələrin Ermənistanı hücum silahları ilə aktiv şəkildə silahlandırmasına baxmayaraq, Azərbaycan iqtidarı mövqeyindən bir addım belə geri çəkilməyib, Pakistanla münasibətlərini siyasi konyukturanın təzyiqi altında zərrə qədər dəyişməyib. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri həm də bu baxımdan xüsusi siyasi çəkiyə malikdir. Ali qonağın fevralın 24-də Bakıda  mətbuata verdiyi bəyanatında Azərbaycan Prezidentinə xitabən səsləndirdiyi növbəti fikir, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Pakistana  tarixi səfərinin əks-sədası kimi də dəyərləndirilməlidir: “Siz Pakistanı dəstəkləmisiniz, Siz Pakistan xalqını sevirsiniz, Siz bu möhtəşəm ölkəyə rəhbərlik etməyə başlayandan bəri sözlərinizi əməllərinizlə sübuta yetirmisiniz. Eynilə, Zati-aliləri, Sizə deyə bilərəm, şübhəsiz ki, Pakistanda bütün siyasi partiyalar bir neçə məsələdə yekdildirlər. Bu məsələlərdən biri də Pakistan və Azərbaycan arasındakı dostluqdur. Bu, Pakistandakı bütün təbəqələr tərəfindən dəstəklənir və bu da bizə böyük məmnunluq hissi verir”. 

Pakistan Baş nazirinin dövlət səfəri çərçivəsində ölkələrimiz arasında 10-dan artıq Saziş və Memorandum imzalandı. Bu sənədlərin əsas qayəsi dövlətlərarası ticarət dövriyyəsini siyasi münasibətlərimizin mövcud yüksək səviyyəsinə uyğunlaşdırmağa xidmət edir. Fevralın 24-də Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumu eyni məqsədi hədəfləyir. Pakistan Baş nazirinin dövlət səfəri onu da nümayiş etdirdi ki, iki qardaş ölkə ticari və iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, müdafiə və müdafiə sənayesi sahələrində birgə əməkdaşlığın daha da dərinləşməsi mövqeyinə sadiqdir. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi açıqlama dostlarımızla yanaşı, həm də bədxahlarımıza tutarlı mesajdır: “Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq”.

Dünyada gedən geosiyasi proseslər əyani şəkildə nümayiş etdirir ki, qlobal qarşıdurmanın və hibrid müharibələrin əsas hədəfi yeni ərazilərdən daha çox, təbii sərvətlərə və iqtisadi dəhlizlərə nəzarəti əldə etməklə bağlıdır. Aydın şəkildə görünən həm də odur ki, bəyənilib-bəyənilməməsindən asılı olmayaraq, güc amili bu prosesdə də önə çıxır. Müsəlman və nüvə dövləti olan Pakistanla  hərbi müttəfiqliyimizin iqtisadi işbirliyimizlə gücləndirilməsi ona imkan verəcək ki, Xəzər dənizindən Ərəb dənizinə qədər uzanan geniş coğrafiyada qurulacaq bütün iqtisadi bağlantı və dəhlizlərdə Azərbaycan öz dövlət və milli maraqlarını qoruya bilsin, eyni zamanda, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ortaq maraqlarını da həmin çoğrafiyada layiqincə təmsil etsin.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Fevral 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri