Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Azərbaycanın qlobal nüfuzu və ordumuzun qüdrəti Zəfər paradı nələri nümayiş etdirdi?

Azərbaycanın qlobal nüfuzu və ordumuzun qüdrəti Zəfər paradı nələri nümayiş etdirdi?

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunan hərbi parad Azərbaycanın beynəlxalq nüfuzunu və Silahlı Qüvvələrimizin qüdrətini əyani şəkildə nümayiş etdirdi. 
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif hərbi paradda Prezident İlham Əliyevlə birlikdə iştirak edirdi. Hər iki ölkənin siyasi, iqtisadi və hərbi gücünü, eləcə də qlobal siyasətdəki çəkisini nəzərə alanda, bu ölkə liderlərinin parada qatılması Azərbaycanın beynəlxalq müstəvidə gücünü və nüfuzunun göstərici kimi qəbul oluna bilər. Azadlıq meydanında Prezident İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan və Şahbaz Şərifin önündən keçid edən hərbçilər arasında Türkiyə və Pakistanın parad heyətinin olması isə qardaşlığın simvolu idi.
Azərbaycan, Türkiyə və Pakistan arasında bütün sferalarda dərin əməkdaşlıq mövcuddur. Siyasi müstəvidə üç ölkə bir-birini dəstəkləyir və beynəlxalq platformalarda vahid mövqedən çıxış edirlər. İqtisadi əməkdaşlıq ən yüksək səviyyədədir. O cümlədən, hərbi müstəvidə müttəfiqlik mövqeyi sərgilənir. Üç ölkə ordusunun birgə keçirilən hərbi təlimləri, eləcə də hərbi sənayedəki əməkdaşlıq bunun əyani nümunəsidir. Paradda Azərbaycan ordusu ilə yanaşı, Türkiyə və Pakistan ordusunun da yer alması bu müttəfiqliyin məntiqi nəticəsi idi.
Prezident İlham Əliyev çıxışında bunu Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürü adlandırdı.
“Müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırmışlar. Bu gün bizim Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür. 
Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”, - dövlət başçısı vurğuladı.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan çıxışında bildirdi ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. 
“Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır. Bu gün burada Azərbaycan əsgəri Türkiyədən gələn əsgər qardaşları ilə çiyin-çiyinə, yan-yanadırlar. Əsgərlərimizə baxdıqca “Bir millət, iki dövlət” şüarının nə demək olduğunu hamımız görə bilirik. Şəhidlərimizin bir-birinə qarışan qanlarının üzərində yüksələn Azadlıq Bayrağı Qarabağın dörd bir yanında şanla, şərəflə, qürurla dalğalanır”, - Türkiyə prezidenti bildirib.
Baş nazir Şahbaz Şərif isə bəyan etdi ki, Pakistan, Azərbaycan və Türkiyə - ürəkləri bir döyünən üç qardaş bu gün burada çiyin-çiyinə dayanaraq, belə möhtəşəm tədbiri birlikdə, hamılıqla qeyd edirlər: 
“Azərbaycanlı və türk qardaşların arxasınca marşla gedən müzəffər Silahlı Qüvvələrimizi görmək, əlhəmdülillah, hər il güclənən möhkəm dostluğumuzun gözəl rəmzi olan “JF-17 İldırım” qırıcı təyyarələrin gurultulu səsinə qərq olan səmanı seyr etmək nə dərəcədə fəxarət və duyğulandıran mənzərədir”.
Üç ölkə liderinin Zəfər paradında çiyin-çiyinə dayanması hər üç ölkənin qardaşlıq və dostluğunun rəmzi idi.
Paradda Türkiyə və Pakistan liderləri ilə yanaşı, digər yüksək səviyyəli qonaqlar da iştirak edirdi.
- Slovakiyanın Baş nazirin müavini, müdafiə naziri.
- Səudiyyə Ərəbistanın müdafiə nazirinin müavini. 
- Serbiya Ordusunun Baş qərargah rəisi.
- Qırğızıstanın müdafiə naziri.
- Qazaxıstanın müdafiə naziri.
- Özbəkistanın müdafiə nazirinin müavini.
İştirak edən yüksək səviyyəli qonaqların sayı və təmsil etdikləri ölkələr də Azərbaycanın beynəlxalq nüfuzunun nümunəsi hesab oluna bilər. Bununla yanaşı, çoxsaylı ölkələrin liderlərinin Vətən müharibəsində qazandığımız Zəfərin 5-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlaması da bunu deməyə əsas verir. 
Hərbi parad Azərbaycan Ordusun qüdrətini bir daha dünyaya nümayiş etdirdi və məlum oldu ki, 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanan ordumuz ötən 5 il ərzində daha da güclənib. Paradda iştirak edən şəxsi heyətin 4 mindən çox Xüsusi Təyinatlı Qüvvələrdən ibarət olması, o cümlədən, paradda nümayiş olunan hərbi texnika da buna əminlik yaradır. Azərbaycan Silahlı Qüvvələri XXI əsrdə müharibə meydanında tam qələbə qazanan yeganə ordudur və bunu cəmi 44 gün ərzində reallaşdırıb.
Prezident İlham Əliyev də bəyan etdi ki, 44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır: “Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı. Nəhayət noyabrın 8-də “alınmaz qala” sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik”.
Bu gün ərazi bütövlüyü və suverenliyi, o cümlədən, milli ləyaqəti tam bərpa olunmuş Azərbaycan qüdrətli orduya malikdir. Hərbi parad bunu bir daha təsdiq etdi.
Vaqif Hüseynli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Noyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri