Icma.az
close
up
RU
Azərbaycanın Rusiyanı məhkəməyə verməsinin perspektivi varmı? EKSPERT ŞƏRHLƏRİ

Azərbaycanın Rusiyanı məhkəməyə verməsinin perspektivi varmı? EKSPERT ŞƏRHLƏRİ

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın Rusiya ilə münasibətlərində yeni mərhələnin başlanğıcını göstərdi.

Dövlət başçısı AZAL təyyarəsinin vurulması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət hazırladıqlarını açıqlayaraq, Moskvanın məsuliyyəti qəbul etməməsindən narazılıq bildirdi.

7 ay ərzində Rusiya tərəfinin cavab verməməsi və təzminat ödəməkdən imtina etməsi Azərbaycanın ədalət axtarışlarını daha da aktuallaşdırdı.

İlham Əliyevin “İşğalla barışmayın” çağırışı isə ölkənin prinsipial mövqeyini bir daha ortaya qoydu. Bütün bu proseslər fonunda sual yaranır:

Ümumiyyətlə, bunun nə dərəcədə perspektivi var, Azərbaycan nəyə nail ola bilər?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan vəkil Fuad Ağayev bildirib ki, həm Azərbaycan, həm də Rusiya Federasiyası 1944-cü il Çikaqo Konvensiyası – Mülki Aviasiya haqqında Beynəlxalq Konvensiyanın iştirakçısıdır və bu konvensiyaya əsasən Azərbaycan Rusiyaya diplomatik nota – tələb göndərə bilər.

“Əgər bu addım nəticəsiz qalsa, Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurasına müraciət edə bilər. ICAO Şurası pozuntu barədə qərar verib, reparasiya ödənilməsini tövsiyə edə bilər. Hər iki tərəf Şuranın qərarından sonra 6 ay ərzində Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək hüququna malikdir.

Başqa bir variant olaraq, 1971-ci il Monreal Konvensiyasının 14-cü maddəsinə əsasən, Azərbaycan mübahisənin arbitraja verilməsini tələb edə bilər. Əgər tərəflər 6 ay ərzində arbitraj tribunalının tərkibi barədə razılığa gəlməsələr, mübahisə Beynəlxalq Ədalət Məhkəməsinin baxışına verilə bilər”.

Siyasi şərhçi Elmir Səftərovun fikrincə, Prezident İlham Əliyevin Şuşa Forumundakı çıxışı Azərbaycanın Rusiya ilə münasibətlərində ciddi və gərgin mərhələnin başladığını göstərir:

“Rusiya istintaq prosesini uzadır, hadisənin əsl səbəbini gizlətməyə çalışır, lakin Azərbaycan buna razı deyil və beynəlxalq ədliyyə sisteminə müraciət etməyə hazırlaşır ki, bu da tam hüquqi addımdır. Ölkəmizdə kifayət qədər sübutlar mövcuddur və Azərbaycan təyyarənin vurulmasında məsul şəxslərin cəzalandırılmasını, günahın qəbul olunmasını və zərərçəkənlərə kompensasiya verilməsini tələb edir. Bununla da təyyarənin vurulmasının konkret səbəbi təsdiqləndikdən və müəyyənləşdikdən sonra dəymiş ziyana görə hərtərəfli məsuliyyət məsələsi öz həllini tapacaq. Təbii ki, kompensasiya ölkəyə, hadisənin baş vermə vəziyyətinə görə dəyişir və yerli qanunlar kompensasiyanın məbləğinə təsir göstərə bilər”.

Elmir Səftərovun fikrincə, əgər Rusiya tərəfindən adekvat addımlar atılmazsa, bu qəza ilə bağlı beynəlxalq hüquqa əsasən istintaq komitələrinin mütəxəssisləri ətraflı və obyektiv təhqiqata cəlb oluna bilər:

“Təyyarədə baş verənlərlə bağlı müxtəlif ehtiamlların və fərziyyələrin irəli sürülməsinə baxmayaraq, qəti dəlillərin əldə edilməsi ilə hər şey daha da aydın olacaq. Nəticə etibarilə bu hesabatdan başqa məqsədlər üçün də istifadə edərək, ehtimal qəza hallarının qarşısının alınmasında qabaqlayıcı tədbir kimi istifadə oluna bilər.

Aviasiya araşdırmaları çox vaxt olduqca mürəkkəb, əziyyətli, vaxt aparan olur və yekun hesabatın yekunlaşdırılması uzun illər çəkə bilər, lakin həqiqətlərin əldə edilməsi və günahkarın məsuliyyətə cəlb olunması üçün ən optiamal variant budur”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 İyul 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri