Icma.az
close
up
RU
Azərbaycanın Şanlı Bayrağını Xankəndidə ucaldan Lider

Azərbaycanın Şanlı Bayrağını Xankəndidə ucaldan Lider

Aznews.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tarixən şanlı qələbələr qazanmış xalqımız yenə də dünyanı heyran qoymağı bacardı . Cəmi 44 gün döyüşlə yağı düşmənin tapdağında olan torpaqlarımız işğaldan azad olundu. Uzun illərdən sonra Ali Baş komandanımız İlham Əliyevinin sərkərdəliyi ilə şanlı ordumuz düşmən erməni silahlılarını müqəddəs torpaqlarımızdan qovub çıxarmış oldu. Bu gün Qəhrəman Azərbaycan Ordusunun erməni işğalçıları üzərində tarixi qələbəsinin 4-cü ildönümüdür. 8 Noyabr-Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.

İndi o günlər xalqımızın qəhrəmanlıq tarixinə çevrilib. 30 ildən sonra vətən uğrunda ölüm-dirim savaşına atılmaq , ya ölüm, ya azadlıq deməklə yağı düşməni darmadağın etmək Azərbaycan xalqının qəhrəmanlğının təzahürü demək idi. 44 günlük vətən müharibəsinə səbəb erməni avanturist , şovinistlərin apardıqları məkrli siyasətin nəticəsi kimi nəzərdən keçirmək olar. Azərbaycan xalqı Ermənistanın təcavüzündən əziyyət çəkmiş , saysız – hesabsız qurbanlar verməklə uzun illər acı məhrumiyyətlərə məruz qalmışdır.1988-ci ilin fevralından başlayaraq Qarabağ və Ermənistanla sərhəd bölgələrimizdə mənfur ermənilər soydaşlarımızın qətlini həyata keçirmiş, 1990-cı illərdə isə xırda təxribatlar genişlənərək müharibə xarakteri almışdır. 1993-cü ildə himayədarlarından güc alan erməni silahlıları torpaqlarımızın işğalına başlamışdılar. Müharibə qanunlarını tanımayan ermənilər döyüş meydanınında ən iyrənc üsullara əl ataraq insanlığa xas olmayan vəhşiliklər törətmişdilər. Xocalı, Qaradağlı, Ağdaban faciələrini törətməklə xalqımıza qarşı soyqırım həyata keçirmişlər. Azğınlaşmış ermənihaylar bəşəriyyət qarşısında törətdikləri mənfur əməllərindən nə utanır, nə də cəzadan çəkinirdi. Azərbaycan torpaqlarını işğal edərkən BMT kimi mötəbər təşkilat 822 (Kəlbəcərin işğalından sonra qəbul edilmişdir. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi.)853 ( Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi.)874 (Qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (31 avqust) və digər ərazlərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.)884(Tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamə də hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edilirdi.)qətnamələrini qəbul edərək , Ermənistanı işğal etdikləri Azərbaycan torpaqlarını tərk eməsini tələb edirdi. Ermənistan isə azğınlaşdığından Beynəlxalq təşkilatın hüquqi sənədinə nəin ki, əməl edir, hətta Avropanın yüksək tribunalarında törətdikləri cinayətləri qəhrəmanlıq kimi təqdim edir, bununla fəxr edirdilər. Dünyanın gözü qarşısında Azərbaycanın haqqı pozulur, ədalətsizliyə göz yumulurdu. Nəhayət Azərbaycan 44 günlük Vətən Müharibəsində düşmənin layiq olduğu cəzaya məhkum etməklə həm beynəlxalq hüququn tələblərini yerinə yetirmiş oldu, həm də separatizmə məruz qalmış xalqlarda özünəinamı artırmış oldu.

44 günlük vətən müharibəsində xalqımızın sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Şəhidlərimizin qisası alındı. Bu gün xalqımız bu böyük tarixi qələbənin xoşbəxtliyi və sevincini yaşamaqdadır. Bu gün ən böyük arzusu vətən torpaqlarını azad görmək olan Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhları şaddır. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən savaşı dünya hərb tarixinə düşən və şanlı Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya göstərən qəhrəmanlıq tariximizin ən parlaq səhifəsidir. Qələbədən keçən üç il müddətində ağır məğlubiyyətdən dərs almayan, çirkin niyyətlərindən əl çəkməyən, “müstəqillik” iddialarını xəstə təxəyyüllərində yaşadan düşmənin bütün terror aktlarının qarşısı dəyanətlə alındı. Erməni revanşistləri ən böyük zərbəni ötən ilin 19 sentyabr tarixində lokal xarakterli antiterror əməliyyatında aldılar. İgid oğullarımız cəmi bir sutka ərzində düşməni darmadağın edərək diz çökdürdülər. Dünyanın hələ heç bir ordusu, heç bir gücü 24 saat müddətində, geniş bir ərazidə bu qədər sürətli və çevik, mülki əhaliyə heç bir zərər vermədən, yalnız legitim hədəfləri məhv edən və düşmənin 10 mindən çox qüvvəsini kapitulyasiyaya məcbur edən əməliyyat görməyib.

Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi. İşğal zülməti bitdi, ölkəmizə azadlıq günəşi doğdu. XXI yüzillikdə zülməti, faşizmi, terroru, separatzimi, vandalizmi təmsil edən ermənilərə layiq olduqları yer göstərildi. Onların vəhşi qəbilə, qorxaq və namərd olduqlarını görməkçün işğalda saxladıqları viran torpaqlara, ölülərin sümüklərini belə çıxartdıqları qəbiristanlıqlara və müharibə meydanından qorxaqcasına qaçışlarına baxmaq kifayətdir. Bu qanlı cinayətlərə imza atanları heç kim xilas edə bilmədi. Özünü qəhrəman kimi aparan, müstəqillik kimi xəstə ideologiyaları ilə xalqını cəhənnəmə sürükləyən quldurların bir dəstəsi qaçmaq istəyərkən tutularaq qoluqandallı Bakıya gətirildi. İndi istintaq qarşısında miskin görkəmləri ilə elədiklərinin cavabını verirlər.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev ərazimizi tam bərpa etməklə, 1923-cü ilin 7 iyulunda xalqımızın, dövlətimizin bətnində qara yara kimi yaradılan, daimi münaqişə ocağı kimi saxlanılan “DQMV”-ni tarix səhnəsindən sildi və 100 il bundan öncə SSRİ-nin zor gücünə Azərbaycana qəbul etdirdiyi “statusu” birdəfəlik cəhənnəmə göndərdi. Qalib Ordunun Sərkərdəsinin hərbi geyimdə Xankəndinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltdığı gün xalqımızın ən sevincli, ən qürurverici günü idi.

Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümünün tamamı günündə Xankəndidə bayrağımızı qaldırdı. Bu bir hesabat günü idi. Bütün bunlar 30 ilin, son yüz ilin deyil, 200 ilin gözləntisi idi. 2023-cü ilin 15 oktyabrında bir ilkə imza atıldı. Azərbaycanın Şanlı Bayrağını Xankəndidə ucaldan ilk Lider, Sərkərdə, Ali Baş Komandan, Prezident olaraq İlham Əliyevin adı şərəf tarixmizə yazıldı. Qələbələrimizin memarı olan cənab Prezidentin çıxışında şəhidlərimizə minnətdarlığını ifadə etdiyi zaman kövrəlməsi şəhidlərin ruhuna olan böyük ehtiramın ifadəsi və bir insanlıq, böyüklük nümunəsi idi. Bu zəfər tariximizi məhz cənab Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman oğullarımız, şəhidlərimiz yazdılar.

Bizə böyük qələbənin sevincini bəxş edən, qanıyla adını zəfər tariximizə əbədi həkk edən, canını Vətən yolunda fəda edərək Vətəni bütövləşdirən şəhidlərimizin hər biri fəxrimiz, qürurumuzdur. Şəhid məzarları Vətənin qüdrət və qeyrət qalaları, gənclərimizin and yeri, ən müqəddəs ziyarətgahlardır. Biz şəhidlərimizin əziz xatirəsini həmişə ehtiramla anır, Allahdan rəhmət diləyirik.

Mustafayeva Şəbnəm Əli qızı – Samux rayon notariat ofisinin notariusu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 14 Noyabr 2024 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see144

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see137

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see130

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see125

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see117

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see115

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see114

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see113

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see113

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see112

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri