Azərbaycanın səhiyyə naziri: "ÜST ün akademiyası təsis olunsun"
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ÜST tam inteqrasiyalı platforma yaradıb, fövqəladə hallarda ölkələr qurumla əməkdaşlıq edir və onun yardımından yararlanır.
Bakupost.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Qlobal səhiyyə böhranda: hazırlılıq və bərabərlikdə yeni cəbhələr" panel müzakirələrində Azərbaycanın səhiyyə naziri Teymur Musayev bildirib.
Onun sözlərinə görə, belə bir əməkdaşlıq Azərbaycanda pandemiya zamanı yüksək səviyyədə quruldu.
"Biz ÜST-ün akademiyasının təsis edilməsinin tərəfdarıyıq. Orada davamlı tibbi təhsil, iqlim dəyişikliyi ilə bağlı dərslər tətbiq oluna bilər. Süni zəka bütün imkanlarından, həmçinin səhiyyə sistemində idarəçiliklə bağlı imkanlar yarada bilər. Qlobal sistemdə məsuliyyət nəzərdə tutulmalıdır. Bu elə bir məsuliyyətdir ki, hər bir ölkə ideya dəstəyi versin və gələcəkdə çağırışların qarşısı alınsın. Çünki heç kəs bundan sığortalanmayıb. Bizdə belə bir platforma var, bunu genişləndirməliyik", - deyə nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Mart 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















