Azərbaycanın sərbəst güləş millisi dünya çempionatı üçün hazırlıqlara başladı
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın sərbəst güləş üzrə U-23 millisi bu gün ümumi və xüsusi hazırlıq üzrə toplanışa start verib.
Redaktor.az Azərbaycan Güləş Federasiyasının AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki , yığma hazırlıqlara AGF-nin təlim-məşq bazasında başlayıb.
Sentyabrın 19-dək davam edəcək hazırlıq prosesinə məşqçilər Taymuraz Kokoyev və Arif Abdullayevin rəhbərlik edir.
Toplanışda güləşçilərdən Muhəmməd İsmayılov, Hüseyn Rzazadə, İbrahim Həsənov (hamısı 57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev, Hüseyn Hüseynov, Ayxan Abdullazadə (hamısı 65 kq), Ramik Heybətov, Hacı Kərimov (hər ikisi 70 kq), Ağanəzər Novruzov, Nihad Abbasov (hər ikisi 74 kq), Elcan İsmayılzadə, Elxan Qarayev (hər ikisi 79 kq), Səbuhi Əmiraslanov (86 kq), Təbriz Bayramov, Anar Cəfərli (hər ikisi 92 kq), Səid Paşayev, Zəfər Əliyev (hər ikisi 97 kq), Xetaq Karsanov, Muxamad Qantemirov və Yusif Dursunov (hamısı 125 kq) iştirak edirlər.
Qeyd edək ki, toplanış oktyabrın 12-dən 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək U-23 dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 07 Sentyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















