Icma.az
close
up
RU
Azərbaycanın səsinə, xalqın sözünə və milli kimliyimizin daşıyıcısına çevrilən mətbuatımız

Azərbaycanın səsinə, xalqın sözünə və milli kimliyimizin daşıyıcısına çevrilən mətbuatımız

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli mətbuatımız Azərbaycan xalqının dünya tarixində bugünkü önəmli mövqe tutmasında, yüksək intellektual potensiala və bəşəriyyəti irəli aparan ideyalara sadiq şəxsiyyətlər yetişdirməsində müstəsna rol oynayıb. Məhz bu intellektual potensial və aydın fikirli şəxsiyyətlərin yetişməsi sayəsində Şərqin ilk operasının, teatrının və ilk cümhuriyyət quruluşunun məhz Azərbaycanda reallaşması heç də təsadüfi deyil. Azərbaycan və ümumilikdə müsəlman-türk tarixi üçün önəmli hadisələrdən biri də 1875-ci ildə imperiya əsarətində olan ölkədə ilk dəfə anadilli qəzetin nəşrinin əlamətdar hadisəyə çevrilməsi idi.

Milli mətbuat günü kimi qeyd etdiyimiz 22 iyul müstəqil Azərbaycan dövlətinin yaranması üçün ziyalıların xalqa gələcəklə bağlı fikirlərini çatdıran tribuna və ideoloji mərkəzinin yarandığı gün oldu. Şərqin ilk demokratik respublikasının ideoloji liderlərini məhz milli mətbuatda yetişməsi bu baxımdan təsafüfi deyildi. Poetik şəkildə ifadə etsək, “Əkinçi” maarifləndirici nəşr olsa da, Azərbaycan xalqının beyninə və ruhuna müstəqillik, demokratiya toxumu əkdi.

Bu da gələcək milli intibahın əsasını yaratdı. Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tarixi sərəncamında “Əkinçi”- nin yaradıcısı, böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabinin adının öndə çəkilməsi məhz bu tarixi reallıqdan irəli gəlirdi. “Əkinçi” təxminən iki il fəaliyyət göstərsə də, onun milli düşüncəmizə təsiri bugünümüzə qədər davam etməkdədir.

İftixarla qeyd edək ki, bu nəşr maarifçiliyin inkişafına böyük töhfə oldu. Sonrakı illərdə, xüsusilə cümhuriyyət dönəmində milli demokratik mətbuatımız özünün intibah dövrünü yaşadı. Milli dövlətimizin süqutu ilə sovet işğalı dövründə mətbuat da ciddi ideoloji və siyasi basqılara məruz qaldı. Xalqımız milli azadlıq hərəkatına başlayarkən yenidən ziyalılar demokratik mətbuatın bərpasına nail oldular və ən çətin, ən mürəkkəb siyasi dönəmdə azad mediamız müstəsna xidmətlər göstərdi, Zərdabi ilə başlanan xalqa xidmət yolu layiqincə davam etdirilməyə başlanıldı.
Müstəqillik illərində isə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Azadlıq, plüralizm  prinsipləri üzərində qurulan müstəqil mediamız  ictimai fikrin formalaşmasında aparıcı mövqe sərgilədi.

Vətənpərvər, milli maraqlarımızı müdafiə edən mətbuatımız etibarlı informasiya mənbəyi kimi auditoriyanın istinad nöqtəsinə çevrilməyi bacardı. Eləcə də 44 günlük Vətən savaşında mediamız mühüm rol oynayaraq həm ölkə daxilində xalqın ruh yüksəkliyini qorudu, həm də beynəlxalq aləmə haqq səsimizi çatdırmaqla informasiya müharibəsindən qalib ayrıldı. Hərbçilərimiz səngərdə ölüm-dirim müharibəsində torpaqlarımızı azad edərkən, ideoloji cəbhənin əsgərləri olan jurnalistlərimiz informasiya cəbhəsində düşmənə ağır zərbə vuraraq, haqlı olduğumuzu dünyaya çatdırdılar. Sübut etdilər ki, mətbuat təkcə xəbərin ünvanı və maarifçilik missiyasını üzərinə götürən tribuna deyil, eyni zamanda haqqın və ədalətin carçısıdır.  Peşəkarlıq, vətənpərvərlik və fədakarlıq kimi prinsipləri öz fəaliyyətində əsas tutan milli mətbuatımız hər cür alqışa və təqdirə layiq olmaqla yanaşı, bizlərin qürur yeridir. Böyük Zərdabi ilə başlanan və şərəfli bir inkişaf yolu keçən mətbuatımız 150 ildir ki, Azərbaycanın səsinə, xalqın sözünə və milli kimliyimizin daşıyıcısına çevrilib.

Mətbuatımız hər zaman bizi düşünüb, bizim üçün çalışıb və nəhayət, bizə arxalanıb. Necə ki, ötən əsrin əvvəllərində Mirzə Cəlil “Molla Nəsrəddin”lə xalqın dərd-sərini, acı gülüşündə gizlənən həqiqətləri qeyd etməklə bizi deyib gəlmişdi, Mirzə Ələkbər Sabir millətin maariflənməsi naminə qələmini, varlığını ortaya qoymuşdu. “Ömür vəfa etsəydi, sümüklərimi belə bu yolda çürüdərdim” deyən Sabir, qələmi ilə yaşadı, xalq üçün yazdı, xalqa xidmət etdi. Bu fədakarlıq bu gün də milli mətbuatımızın fəaliyyət prinsipini müəyyənləşdirir və mediamızın ictimai missiyasının təməlini təşkil edir. Milli mətbuatımızın nümayəndələri jurnalist, əsgər və vətəndaş olaraq Azərbaycanın keşiyindədir. Onlar təkcə sözü deyil, həm də ölkəmizi göz bəbəyi kimi qoruyurlar.

Dostlar, bayramınız mübarək.

Tanrı sizləri və qələminizlə müdafiəsinə qalxdığınız Vətənimizi qorusun! 

Rəşad Mahmudov, 
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri