Azərbaycanın siyasi sistemində Yeni Azərbaycan Partiyasının rolu mövzusunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri ilə görüş keçirilib
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
YAP Ağdaş rayon təşkilatında Konstitusiya və Suverenlik ili çərçivəsində "Azərbaycanın siyasi sistemində Yeni Azərbaycan Partiyasının rolu" mövzusunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri ilə görüş keçirilib.
Görüş iştirakçıları əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan söz açdı. Yeni Azərbaycan Partiyası dəfələrlə xalqın etimadını doğrultduğu üçün ümumxalq partiyası adını qazanmışdır. Partiyamızın banisi, ümummilli lider Heydər Əliyev ölkəmizi məhv olmaq təhlükəsindən xilas edərək möhkəm təməlli dövlətə çevirmişdir. Əlişah Rəcəbov onu da vurğuladı ki, Prezident İlham Əliyev ulu öndərin siyasətini hər bir sahədə layiqincə davam etidərərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, Azərbaycan xalqını qalib xalqa çevirdi.
Görüşdə şəhid atası Ayaz Vəliyev və Birinci Qarabağ müharibəsi iştirakçısı İsmayıl Xudiyev çıxış edərək işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs etdilər. Həmçinin şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət-qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv olan şəhid ailələri üzvlərinə və müharibə əlillərinə üzvlük vəsiqələri təqdim oldu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 19 Sentyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















