Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Azərbaycanın son 33 illik tarixinə dair kitab yazılıb “Həqiqətdən kənar bir cümləyə belə rast gələ bilməzsiniz” (FOTO)

Azərbaycanın son 33 illik tarixinə dair kitab yazılıb “Həqiqətdən kənar bir cümləyə belə rast gələ bilməzsiniz” (FOTO)

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmış həkim və siyasi fəal Səxavət Əlisoyun "Dövlət: 33 il əvvəl, bu gün və 33 il sonra" adlı kitabı çapdan çıxıb.

“AzPolitika” bildirir ki, bu barədə müəllif “Facebook” hesabında paylaşım edib.

S.Əlisoy kitabda Azərbaycan dövlətinin son 33 ilinə (1991-2024) nəzər salıb. Müəllifin sözlərinə görə, kitabda sovet imperiyasının süqutuna səbəb olan faktorlardan, xüsusilə SSRİ-nin başında dayanan baş katiblərin nəhəng bir dövlətin tarixdən silinməsində “oynadıqları roldan” yazıb: “Müstəqil Azərbaycana rəhbərlik edən şəxslərin dövlət və dövlətçilik naminə etdiyi xidmətləri oxucuların diqqətinə çatdırmaq üçün konkret faktlara istinad etdim. Obyektiv olaraq bütün dövlət başçılarının fəaliyyətinə, həyata keçirdikləri və keçirə bilmədikləri işlərə rəğmən, ayna tutmağa səy göstərdim. Bu 33 ildə dövlətin keçdiyi mürəkkəb, çətin, əzablı və ləyaqətli yolu bilgilərimə, həyat təcrübəmə, gördüklərimə, yaşadıqlarıma, şahidlik etdiyim olaylara söykənərək anlatmaq istədim. Yoxdan yaranmış bir dövlətin 33 il müddətində kimlər sayəsində gücə və qüdrətə sahib olduğunu əsla tərəf tutmadan, obyektiv şəkildə oxucuya çatdırmağı hədəflədim. Dövlətin 33 ildə iqtisadi tənəzzüldən, federallaşmadan, separatizmdən, anarxizmdən necə xilas edildiyini faktlara söykənərək qələmə aldım. Mədhiyyəçilərin, nadürüst qələm sahiblərinin, el dili ilə ifadə etsək, “qarınotaranların” yazdıqlarından fərqli olaraq, kitabda obyektivlikdən, reallıqdan, həqiqətdən uzaq bir cümləyə belə rast gəlməyəcəksiniz. Gəlsəniz, açıq-aşkar iradınızı bildirə bilərsiniz”.

S.Əlisoy kitabın oxucularda, xüsusilə gənc nəsildə dövlətçilik şüurunun formalaşmasında, az da olsa, rol oynayacağı qənaətindədir. “Nədən ki, xalqın dövlətçilik şüurunun formalaşması dövlətə olan sevgini, təəssübü qat-qat artırır. Dövlətin inkişafı yolunda dayanan problemləri, xalqımızın islah olunmalı mental qüsurlarını kitabda diqqətə çatdırdım. Utopik sosializm sistemindən xilas olmuş cəmiyyətin yeni bir iqtisadi formasiya sisteminə adaptasiya olunması heç də asan məsələ deyil. Bu prosesin gerçəkləşməsi üçün öncə zehniyyətdə inqilabi dəyişikliklərin baş verməsi əsas şərtlərdən biridir. Bunun vacibliyini oxucuya çatdırmaq istədim”, - o qeyd edib.

S. Əlisoy əlavə edib ki, kitabda dövləti “ev” olaraq görməyin, bu evin inşasının, inkişafının, qorunmasının hər bir vətəndaşın müqəddəs görəvi olduğunu yazıb: “Kitab müstəqil Azərbaycan dövlətinin son 33 ilinə (1991-2024) dair bir dəyərləndirmədir. Gələcək nəsillərə güclü və qüdrətli bir dövlət əmanət edilməlidir. Bundan ötrü fəal cəmiyyətə ehtiyac var. Dövlət quruculuğunda cəmiyyətin rolunu, vətəndaş mövqeyinin önəmini qeyd etdim. Ümid edirəm ki, hər bir oxucu bu kitabdan özü üçün nəsə götürəcək...”

Müəllif daha sonra kitabın ərsəyə gəlməsində zəhməti olan redactor, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıla və korrektor Fəxriyyə Sakitə, kitaba ön söz yazan filologiya elmləri doktoru, professor Qulu Məhərrəmliyə, pedaqogika üzrə fəlsəfə doktoru Tapdıq Abbasa, tarixçi Ələsgər Siyablıya və texniki dəstəyinə görə Bədrəddin Quliyevə təşəkkürlərini çatdırıb.

Qeyd edək ki, "Dövlət: 33 il əvvəl, bu gün və 33 il sonra" kitabı ötən şənbə günü təqdim olunub.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Oktyabr 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see230

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see223

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see172

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see170

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see157

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri